İnsan Həyatının Ölüm Qabağı Durumu

Son illər can vermə və ölüm proseslərini öyrənən alimlər xeyli yeni kəşflər etmişlər-çox vaxt bu kəşflər həyat və ölüm haqqında geniş yayılmış baxışlara zidd olur.Hal-hazırda tibb elmi də öz əvvəlki fikirini yenidən nəzərdən keçirir.Belə ki, yeni məlumatlar göstərir ki,ölüm şəxsiyyətin həyatının sonu olmayıb onun başqa mövcudluq şəraitinə keçididir.20-ci əsdə adamların əksəriyyəti ölüm haqqında can vermə vaxtı və ondan sonra nə baş verməsi haqqında çox az bilirdilər.Ölüm haqqında fikirləşməmək daha çox dəbdə olmuşdur.Qəribə səslənsə də qeyd edək ki,ölüm insanın yer həyatındakı ən mühüm hadısədir və hər birimizin başına gələn hadısədir.Bu hamıya aydındır,bununla belə biz günümüzün keçməsini izləyir və ölüm haqqında düşünməməyə çalışırıq-ancaq qəlbimizin dərinliklərində labüd və qarışıq olan bir həyəcan qalmaqdadır.Ölüm haqqında fikir çətin və xoşagəlməzdir,ona görədə biz onun haqqında düşünmək istəmirik.Biz bütün gün məşğuluq , günümüz tam dolu olur:gələcək haqqında düşünmək lazımdır, nəysəyə nail olmaq , nəysə çatdırmaq,nəysə tamamlamaq lazımdır.Birdən ölümlə üz-üzə dayanırıq,elə həmin an bütün planlarımızın və ümidlərimizin sonu çatır.Bu qəribə, anlaşılmaz , qeyri-məntiqi görünə bilər.Necə ola bilər ?
Görmək istədiyim işlərə yenicə başlamaq istəyirdim ki,birdən bu vəziyyət yarandı.Biz ölümü tanımırıq və ona görə də onun laiq olmadığı səviyyədən də çox ondan qorxuruq.İlk növbədə bizi ən çox nə qorxudur?
Çoxları üçün ölüm yuxugörməsi olmayan yuxudur.Gözlərini yumub yuxuya gedirsən –daha heçnə yoxdur ,zülmət .Yuxu səhər başa çatır ,ölüm isə əbədidir,əlbəttə burda sevdiklərimizi itirməyimizə təəssüflənirik ,bu qorxudan çox kədərdir.İnsanlar başlarına nə gələcəyini bilmədiklərinə görə-naməlumluqlardan qorxurlar.Ona görə də ölümün labüd olduğunu unutmağa çalışırlar.Hər birimiz bu həddi keçməliyik,ancaq biz ən əsas olan haqqında düşünmürük və ona hazırlaşmırıq.Çoxları “nə fikirləşmək lazımdır ? nəyə hazırlaşmaq vacibdir ? Bizdən heçnə aslı değil , vaxt gələcək və biz öləcəyik” deyirlər.Bununla belə hər kəsin beyninə belə bir fikirdə gəlir : “ Bəlkə bu belə deyil ? Bəlkə ölüm heçdə son deyildir, bədənin ölümündən sonra insan tamamilə yeni bir şəraitə düşəcək burada da görmə, eşitmə,hissetmə qabiliyyətini saxlayacaqdır? “
Ən əsası bəlkə o biri dünyadakı vəziyyətimiz bizim bu həyatda necə yaşamağımızdan ,ölüm darvazasını necə keçməyimizdən aslı olacaqdır?Hər kəs bu həddi aşacaq və orada heç vaxt gözləmədikləri,fikirləşmədikləri hadisələrlə üzləşəcəklər.Çoxları ölümdən sonrakı həyatın varlığını qəbul etmir.Kimin inanmağından və ya inanmamağından yox, məsələni məntiqi – nöqteyi-nəzərdən təhlil etmək daha məqsədə uyğundur.


Davamı var...

“Ölümdə bir fəlsəfədir” kitabından.
Yazı mənə məxsusdur.