2 sonuçtan 1 ile 2 arası

Bu həyatdan sıxıldınızmı?

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Bu həyatdan sıxıldınızmı?

    Bu həyatdan sıxıldınızmı?
    Uzun zamandır həyatınız düm-düz uzanan, soyuq və darıxdırıcı bir yola bənzəyir. Halbuki bu təkrarlananı qırmaq və həyatınızın axışını dəyişdirmək əlinizdə. Necəmi?

    Cavabı çox sadə...
    Bir qadın həyatındakı hər şey yolunda gedərkən, yaxşı bir işi, möcüzə bir sevgilisi və sadiq dostları varkən, istədiyi yerə gedib istədiyini edəcək maddi imkanlara sahibkən, gündəlik problemlər xaricində əllə tutular heç bir problemi yoxkən bədbəxtliyin və qəribə bir boşluq hissinin pəncəsinə düşə bilərmi?
    Düşə bilər, həm də asanca…

    Təkrarlanan bir həyat sürmək, hər səhər qalxıb bir əvvəlki günün eynisini təkrarlamaq, tez-tez "Mən bu anı daha öncə yaşamışdım" hissinə qapılmaq, hər həftə sonu eyni məkanlara gedib eyni üzləri görmək bəzən insanı amansız bir xəstəlik kimi ovucunun içinə alan, ruhundakı enerjini azaldan, həyata sevincini korlaşdıran bir can çətinliyinə səbəb olar.

    Həyatı başdan yaratmaq
    Əgər siz də son zamanlarda tez-tez bu cür hisslərə qapılanlardansınızsa, həyatınızda ciddi bir dəyişiklik etmənizin zamanı gəldi deməkdir. Ancaq əsla bu dəyişikliyi çox yaxşı gedən bir romantik əlaqəni bitirərək, yoldaşlarınızla görüşməyərək ya da rahat bir həyat yaşamanızı təmin edən işinizdən ayrılaraq edəcəyinizi sanmayın. Çünki beləsi gərəksiz və mənasız bir macəraya atılmaqdan kənar heç bir işə yaramaz. Unutmayın ki, həyatınıza bir şeylər əlavə etməyə ehtiyacınız var, ondan bir şeylər azaltmağa deyil.

    Yeni bir başlanğıc üçün əvvəlcə özünüzə soruşmanız lazım olan bəzi suallar var.
    Həyatınızı dəyişdirəcək doqquz sual:

    1. Gün içində nələri yalnız vərdiş etdiyiniz üçün edirsiniz?
    2. Bu etdiklərinizdən hansılarına həqiqətən davam etmək istəyirsiniz?
    3. Niyə geri qalanını etməyi buraxmırsınız?
    4. Həyatınızda nələri dəyişdirməyə ehtiyacınız var?
    5. Sizi bu dəyişiklikləri etməkdən saxlayan nədir?
    6. Bu dəyişiklikləri etsəniz ola biləcək ən pis şey nədir?
    7. Bu ən pis ehtimalın reallaşması ehtimalı nə ola bilər?
    8. Tam mənasıyla xoşbəxtsinizmi?
    9. Yoxsa yalnız həyatınızdan məmnunsunuzmu?

    Bu sualları cavabladıqdan sonra özünüz və həyatınız haqqında daha çox məlumat sahibi olduğunuzu düşünəcəksiz.
    Unutmayın ki, bu sizin həyatınızdır və bir daha belə şansınız olmayacaq...



  2. #2
    Junior Member
    Üyelik tarihi
    Dec 2009
    Mesajlar
    11

    Re: Bu həyatdan sıxıldınızmı?

    belə sıxıntılar hərdən olur,özüdə hamıda.amma belə düşünəndə paralel olaraq özümü qınayıram ki,naşükürlük edirəm.sadəcə günə başlarkən "bu gün son günüm ola bilər" və "bu gün son günüm olmaya da bilər" deyib,bu zidd fikirlərin ortaq mexrəcin tapıb yaşamağa çalışıram.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.