Sayfa 1/3 123 SonSon
27 sonuçtan 1 ile 10 arası

Qüsursuz bir insan kimi yenidən doğulmaq - Virtual Həyat

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Qüsursuz bir insan kimi yenidən doğulmaq - Virtual Həyat

    Naməlum dostlara bu qədər inam nədəndir?? Onlara ayırdığımız vaxtları, onlarçün işlətdiyimiz ürəkdən sözləri, real yaxınlarımızdan nəyə görə əsirgəyirik? üzünü görmədiyimiz, əlini tutmadığımız, göz təmasında olmadığımız bu naməlum dostlar nəyə görə bizlərdə həyəcan oyadır? Onlarla yazışanda dilimizin tilsimi açılır? Ama realda susqun təbiətliyik evdə canparələrimizlə kəlmə kəsmirik. Necədə qəribə varlıqlarıq biz insanlar qanı qanımızdan olan
    insanlara qan uddururuq iki divarın arasında, ama məsələ virtual dostlara gəldiktə içimizi açıb tökürük. bu nədən irəli gəlir? Çəkilməməzlikdən? yəni insan qarşısındakını görmür deyə daha rahatdı? yox məncə bu insanda mənəvi problem olduğunu göstərir. Lənətləndiyini göstərir təkcə yəhudilər yox hamımız lənətliyik. .Naməlum bir qəhrəman kimi gizlənirik monitor arxalarında və həyat macəramızın əskik tərəflərini gizləyərək yeni bir insanla onun hissləriylə qarşılaşmaq yeni bir həyəcan verir bizə. Öz hislərimizi naməlum birinə açırıq qarşı tərəfin gözündə yeni bir insan olaraq doğuluruq və yeni bir qüsursuz insan oluruq..yalanlar deyirik,birdən qarşıdakının xoşuna getməyə bilərik deyə. Tanışdığımız hər insanda yenidən doğuruq, o “kiçik” yalanlarımızla.. Aldığımız hər cavabda yenidən biz oluruq sanki.Xoşlayırıq belə anları..istədiyimiz kimi oluruq onun yəni qarşıdakının gözündə . Həyat hər zaman belə olsun istəyirik bir birimizi tanımadan yaşasaq uzaqlarda . Bir söz qədər yaxında ama əsla qarşılaşmayacaq aqədər uzaqda . Yalnız və yalnız sözcüklərdən ibarət dostluqlar olsa. Yaşamın yükləri çökməsə dostluqlarımızın üzərinə . Bir sözcük qədər azad olsaq, bir musiqi kimi axıb getsək .. Bu sehir heç vaxt pozulmasın istəyirik.. Yeni bir MƏN axtararıq həyatda, elə MƏN ki qüsursuz.. qüsurları gizlədib saf bir insan kimi tanınmaq heç olmasa birinin gözündə. bu bizi rahatladır.. Kompyuterin yalnızlığında oturub naməlum birindən gələn bir “salam” vəya “necəsən?” kəlməsi inanılmaz bir həyəcan və rahatlıq doğurur bizdə?
    niyə?
    lənətliyik?

    Düzdü internet əsrində yaşayırıq gənclərin hamısının virtual əlaqələr qurması bu baxımdan çox normaldır.Birdə günümüzün ən qabaqda gələn Virtual sevgililəri var.gündə bir sevgili dəyişirik .. Təəssüfki biz oğlanlar qızları tez aldada bilirik.Oğlanlar tez və asan sevir və tez unudur.Qızlarsa gec və çətin sevir və gec unudur..Qızlar bizə inanıb dərhal romantik xəyallar qurmağa başlayırlar..heyif..içimizdən bir ağıllı çıxıb o qızlara həqiqətləri göstərəndədə onlar həqiqətin bircə qramınada dayana bilmirlər.. bilmirlər.. Saatlarla virtual insanlarla danışan birindən “neyləyirsən?” deyə soruşanda “dərtləşirik” deyib vicdanını rahatlatmağa çalışır.Tanımadığın biriylə insan necə dərtləşə bilər axı. Bir birinizi nə qədər tanıyırsınız. Yaxşı oğlanlar edir qızlara nə xəbərdi. Qızlarda yoldan çıxıb onsuzda.. Hamımızda səhvlər var və hamımız günahkarıq..sadəcə bəzilərimiz bu halımızı görüb tez özümüzü düzəldə bilirk.Bir çoxumuzda batıb gedirik virtual fantaziyalarla...İnda yazını oxuyan hər kəs içindəki mənliyiylə dialoga girib müxtəlif bəhanələrlə özünü sakitləşdirməyə çalışacaq və “bu kimi virtual əlaqələr insanı rahatladır tanımasanda içini tökürsən rahatlayırsan” deyib təskinlik tapacaq . Mən bunu inkar etmirəm bir baxımdan düzdü elədi.Ama bunun nəticəsi yaxşı olmur.bu vəziyəti dəyişmək lazımdır ..Və sonda Bertold Brechte qulaq verək: “Dünyanı dəyiş,onun buna ehtiyacı var...”
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Qüsursuz bir insan kimi yenidən doğulmaq ..-virtual həyat.

    X.Kərimo v...
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Qüsursuz bir insan kimi yenidən doğulmaq ..-virtual həyat.

    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Qüsursuz bir insan kimi yenidən doğulmaq ..-virtual həyat.

    çox sağol
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Qüsursuz bir insan kimi yenidən doğulmaq ..-virtual həyat.

    sexsen men ozumu lenetlenmis hesab etmirem .kim size deyir ki ,manitorun arxasindaki tanimadiqiniz insana bu qeder cox baqlanasiniz???? evdekilerle aci danismaqin qusuru da, sebebi de her iki terefden asilidir , yeni sen her defe "can" de sana "zehrimar" deye canab verseler elbetdeki sen de ya susursan ya da sen de acilayirsan ,yeni bunu netle hec bir elaqesi yox .

    Meger manitorun arxasinda her kece " can " demek olur ? yox hec vaxt bu mumkun deyil . insan manitorun arxasinda oz "men"ini gorur ve ondan sonra he bax baslayir yalanci umudler , yalanci xeyallar

    “Dünyanı dəyiş,onun buna ehtiyacı var...”
    bu dunyani hec birimiz deyise bilmerik biz bu dunyanin damalariyiq , yaxsi olar ki , deyismek isteyen ozu deyissin

    goresen niye beledir ? hec kec ozunde gunahi gormur???? net gunahgardi , etrafdaki insanlar gunahgardi ,bes sen ,sen nece ozunde 1 defe de olsun gunah gormusenmi???????


  6. #6
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Qüsursuz bir insan kimi yenidən doğulmaq ..-virtual həyat.

    həmişə günahı birinci özümdə axtarmışam.. olanda da üzr istəməyi bacarıram. ancaq qarşımdakı uşaqlıq eləyəndə məna kəsb etmir.
    razıyam insan birinci özün dəyişməlidir, çünki ancaq o dəyişilməklə nəyisə dəyişə bilərsiz.
    NETə gübahkar demədim səhv başa düşməyin ondan istifadə eləyənlərlədir sözüm.
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Qüsursuz bir insan kimi yenidən doğulmaq ..-virtual həyat.

    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Qüsursuz bir insan kimi yenidən doğulmaq ..-virtual həyat.

    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  9. #9
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Qüsursuz bir insan kimi yenidən doğulmaq ..-virtual həyat.

    hamini bir arshinla olcmey olmaz
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  10. #10
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Qüsursuz bir insan kimi yenidən doğulmaq ..-virtual həyat.

    Alıntı Kralica_ Nickli Üyeden Alıntı
    hamini bir arshinla olcmey olmaz
    Elbette biri,ikisi,ucu,yalan danishirsa monitor arxasinda bu o demek deyil ki,hami yalan danishir.

Sayfa 1/3 123 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.