3 sonuçtan 1 ile 3 arası

Bu dünya kimə qismət?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Bu dünya kimə qismət?


    Məşhur rus yazıçısı Tolstoy romanlarının birində rus kəndlisinin dünyaya duyduğu ifrat sevgini və bu sevginin necə faciə ilə nəticələnməsini ədəbi bir üslubla çox gözəl şəkildə qələmə alıb.
    Belə ki, romanın baş qəhrəmanı olan kəndli varlanmaq niyyətilə yurd-yuvasından ayrılır və istəyənə istədiyi qədər torpaq sahəsi verilən başqa bir diyara gedir. Burada ona deyirlər ki, günəş çıxandan batana qədərki müddət ərzində qət edə biləcəyi ərazi ona hədiyyə olunacaq. Ancaq o, günəş batana kimi hərəkətə başladığı ilk nöqtəyə qayıtmalıdır.
    Bu, ələdüşməz fürsət idi. Kəndli, əvvəlcə, qərbə doğru getdi, sonra istiqamətini şərqə dəyişdirdi. Gözü doymayan kəndli bir qədər sonra şimala yönəldi, daha sonra isə cənuba... Məqsədi bu fürsətdən maksimum istifadə edib, böyük bir əraziyə sahib olmaq idi. Durmadan irəliləyirdi. Günəş batmağa az qalmış gecikdiyini anladı. Sürətlə start nöqtəsinə doğru qaçmağa başladı. Ancaq təngnəfəs olduğundan məqsədinə çata bilmədi və start nöqtəsinə bir neçə metr qalmış ürəyi partlayaraq öldü...
    Süleymana qalmayan bu dünya kimə qalacaq ki? Bu sualın cavabı əslində hər kəsə aydındır: bu dünya heç kimə qismət olmayacaq, o, yerində qalacaq, biz gedəcəyik. Madam ki, vəziyyət belədir, onda niyə hamı dörd əllə dünyaya sarılır? Dünyanın cazibəsi nədir? Hətta “axirət dünyasına inanıram” dediyimiz halda, niyə bu dünyadan əl çəkə bilmirik?
    Ağlımızla əminik ki, bu dünya əbədi deyil və bir gün hamımız buradan köçüb gedəcəyik. Ancaq, digər tərəfdən isə, nəfsimiz sanki ağlımızı inkar edir və bizi var qüvvəsi ilə dünyaya sarılmağa təşviq edir. Sizə də elə gəlmirmi ki, potensial sevgimizi və məhəbbətimizi müvəqqəti olana - dünyaya sərf edirik? Yoxsa biz insanlıq hədəfimizi unutduq?
    Yoxsa qəlbimizi yanlış istiqamətlərə yönəltdik? Yoxsa biz əsl və mütləq sevginin qaynağını unutduq? Yoxsa bu dünyanın bərbəzəyi, əyləncəsi, mal-mülkü ağlımızı başımızdan aldı?
    Doğrudur, bu dünya ölümsüzlük arzumuza cavab verməsə də, bəzi həzlərimizə və ehtiyaclarımıza cavab verir. Bəlkə də, bizi dünyaya bağlayan elə bu “bəzi həzlərimizin və ehtiyaclarımızın” olmasıdır və bunlar bizi dünyanın oyuncağına çevirir. Siz necə düşünürsünüz: dünya bizim üçün bir nemət olaraq yaradıldı, yoxsa biz bu dünya üçün nemətik? Kim kimdən faydalanır? Bu dünyamı bizi önünə qatıb istədiyi kimi istiqamətləndirir, yoxsa biz mənəvi inanclarımız və dəyərlərimizlə ondan faydalanırıq? Əgər dünyanın süni gündəmləri ilə günlərimizi keçiririksə, söhbətlərimizin mövzusu başqalarının gördükləri işlərdirsə, “necəsən?” sualına “bir yoldur, tutub başını gedirəm” cavabını verdiyimiz halda, haraya getdiyimizi bilmiriksə, hətta bu barədə düşünmürüksə, dünya bizdən faydalanır. Duyğu, düşüncə və məfkurəmiz ümumbəşəri dəyərlərə köklənibsə, öz dar arzu və istəklərimizin çərçivəsindən sıyrılıb, bəşəriyyətin xilası yolunda gücümüz çatan qədər enerji sərf ediriksə, biz dünyanı istiqamətləndiririk. Yemək üçün yaşayırıqsa, dünya bizi, yaşamaq üçün yeyiriksə, biz dünyanı yönləndiririk. Yeganə məqsədimiz ev, avtomobil, mal-mülk sahibi olmaqdırsa, bu dünyanın kuklasıyıq, o, bizi oynadır. Sahib olduqlarımızı və gələcəkdə olacaqlarımızı ideallarımız yolunda sərf ediriksə və ya edəcəyiksə, dünya bizim oyuncağımızdır.
    Ömrümüzü dünyada özümüzə bir yer axtarmaqla səfr etməkdənsə, dünyanı öz ideallarımıza görə formalaşdırmağa çalışmalıyıq. Dünyanın yeganə düşünən canlısı kimi insana yaraşan da budur: dünyanı oyuncağa çevirmək. Dünyanın şablon həyat tərzinə şüursuz canlılar - bitki və heyvanlar da uyğunlaşır və ömürlərini bu çərçivədə davam etdirir. Madam ki, digər canlılardan fərqləndirilmişik, şüurla təchiz edilmişik, onda özümüzə yaraşanı edək. Onda düşünməyə başladığımız andan düşünə bilməyən dünyanın cilovunu əlimizə alarıq. Düşünməyi unutduğumuz andan isə dünya selində boğulub ömrümüzü heç nə uğrunda sərf edərik.
    Ruhumuzun qidası olan Qurani-Kərim bizi daim düşünməyə təşviq etmirmi? Bu müqəddəs kəlamın Baş Təbliğatçısı (s.ə.s.) da “dünya axirətin tarlasıdır” buyurmurmu? Elə isə, gəlin ömrümüz qış mövsümünü yaşamadan dünyaya ilahi vəhyin nuru altında ağıl, məntiq və sevgi çiçəkləri əkək ki, o biri dünyada rəhmət biçək.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Bu dünya kimə qismət?

    cox saq ol cox gozel bir movzudur .

    DUNYA BIR PENCEREDIR HER GELEN BAXAR GEDER


    ESAS ODUR KI ,BU DUNYADAN NESE ALA BILESEN ,NESE OYRENE BILESEN ,BELI O DUNYAYA DA EN AZI HAZIR GEDESEN

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Bu dünya kimə qismət?

    tsk, sizde sagolun serh yazdiginiz ucun.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.