Fəlsəfə mənə əminlik üçün lazım oldu. Mən ümid bəsləməyi sevməyənlərdənəm.
Ümid bəsləmək əmin olmamağın, həm də tərəddüdün nətijəsidir. Bəzən də təsadüflərdən asılı olmaqdır. Əmin olmaq isə asılı olmamaqdır.

Zaman keçdi, anladım ki, fəlsəfə, ümumiyyətlə, bəşəriyyətə əminlik üçün gərək olub.

Çünki yaşamaq üçün insana təkjə ət və zinət lazım deyil. İnsana lazım olanlar kifayət qədər çox və qədərinjə fərqlidir. Lakin həmişə insan ona lazım olanlara özünün və ya başqasının xüsusi məşğuliyyəti sayəsində yetə bilər. Məsələn, qəssablıq əti lazım olan şəkildə əldə etmək peşəsidir və məhz qəssabın məşğuliyyəti, bajarıq və vərdişləri əti lazım olan şəkildə əldə etməyimiz üçün bizdə əminlik yaradır. Fəlsəfənin qəssablığa oxşarlığı yalnız bundadır və o, bizə yaşamağımızın düzgün olub-olmamısına əminlik yarada bilər. Fəlsəfənin elmlə ən böyük fərqi də bundadır: fəlsəfə elmin əmin edə bilmədiyi məsələri həll edə bilir. Xətkeşlə ölçmək mümkün olmadığı halda da fəlsəfə ölçülər apara bilir, dəyəri və məqsədi isə xətkeş və bu kimi tutqajlardan az əhəmiyyətli deyil.

Xətkeşdən fərqli olaraq fəlsəfəni hər məktəblinin çantasından tapmaq olmur, lakin artıq hər ali təhsil jədvəlindən onun adını oxumaq olar. Doğrudur, əminliyi tək fəlsəfə yaratmır, insan zatından buna meylli və qabildir, onu qazanmağa az və ya çox dərəjədə mahirdir. Lakin fəlsəfəni bunu ali dərəjəyə çatdırmaq fənni də hesab etmək olar.

Fəlsəfəyə elm deyənlər yəqin ki, elmin nə olduğunu bilməyənlərdir.Fəlsəfəyə din deyənlər fəlsəfəni bilməyənlərdir. Fəlsəfəyə dinsizilk deyənlər, Tanrını qəbul etməyənlərdir, Tanrının insana verdiyi «faili-muxtarlıq» haqqını tanımamaqdır. Fəlsəfə həm də və həm də ən başlıjası, insanın əməl özgürlüyü imkanları olan Tanrı haqqının («faili-muxtarlığının») sərhəd və hüdudlarının, məqsəd və vəzifələrinin nədən ibarət olduğuna əmin olmağa yardım edə bilir.

Bəzən fəlsəfəyə dinsizlərin gəlişi də mümkün olub və olur. Onlar çox vaxt Tanrının insana tanıdığı əməl özgürlüyünü din sistemlərindən, din adamlarından, din dövlətlərindən, din toplumlarından qorumaq üçün çalışdılar. Çoxlarının adı haqlı olaraq bəşərin ən yaxşı övladları sırasında qalmaqdadır…

Bəzən də imansızlar, allahsızlar fəlsəfəyə gəldi. Onlar harda yoxdur ki?! Fəqət onların fəlsəfədə olması daha çox həyəjan yaradır. Həyəjana isə əsas yoxdur. Bəşərin ayrı-ayrı toplumlarının gözəçarpan qismini təşkil edən allahsızları unutmayın. Onları əmin edən, onları nizama gətirən görüş və inamları, təlim və kitabları məhz fəlsəfi kitabların içində tapmaq olur. Məhz bu kitabların aşıladıqları məzmun hesabına bəşərin ən sərt ateistləri də onun ən yaxşı övladları sırasına ujala bilmiş, qəbul etmədikləri Tanrını mənəvi və bəşəri yüksəkliklər vasitəsi ilə, yəni dolayısı ilə «tanımış»lar. Başqa sözlə, Göylərin və Yerlərin uja sahibini tanımadan da ona xidmət göstərmiş, Onun misilsizliyini nümayiş etdirmişlər .

Fəlsəfə din və elmin arasında (B.Rassel) durmur.O, elmin sərhəd və boşluqlarına yayılıb onu ağuşuna ala bilir. Eyni zamanda, dinin qoyduğu bütün məsələlərə yenidən baxmağa, onları tanrısal imperativlərdən kənarda, insanın öz ağlı və dərki ilə qəbul etməyə imkan yaradır.

Fəlsəfə insanı daha çox insanlaşdırır.

Fəlsəfə Uja Tanrının Dərgahına açılan qapının bir dərk işi olduğunu da ortaya qoya bilir və bütün fərqli yönlərində də Ona xidmət etmiş olur. Ən başlıjası, dinin, jəmiyyətin, sosial qanunların, adətlərin, başqa insanların və doğma dövlətlərin əzdiyi insanı qorumağa çalışan fəlsəfə, Tanrı səjdəgahına müti və əzilmiş ruhlar əvəzinə, Azad və Uja qəlbliləri aparmaq istəyir. Fəlsəfə insanın Tanrı tərəfindən böyük və gözəl yaradıldığına qətiyyətlə inanır və inandırmağa çalışır. Hətta ateist filosoflar da mahiyyətjə bundan fərqli bir şey demirlər. Bu mənada, fəlsəfə Tanrının insana verdiyi əməl özgürlüyünün ən çətin və ən yüksək məşğuliyyətlərindən biridir.

Fəlsəfə xüsusi biliyin axtarışındadır. Elmin tapdığı və isbatladığı biliklərdən sonra suallar bitmir və bu suallara javab verməyə fəlsəfə sadəjə məjburdur. Elmi biliklərə zidd getmədən, onları davam etdirmək, heç kimin isbat edə bilmədiyi və heç kimin təkzib edə bilmədiyi metafizik biliyi yaratmaq fəlsəfənin rasional mahiyyəti və ümdə işidir.

Məhz bununla fəlsəfə yalançı ümidləri təkzib edir.

Bunun nə olduğunu dəyərləndirənlər yaxşı bilir ki, başqa jür yaşamağa dəyməzdi. Ömrün nə qədər uzansa da, yalançı ümidləri önjədən gəlmiş şəxsi qiyamət, önjədən gəlmiş həyati sonluq saymağa əsas var.

Zaman-zaman tarix fəlsəfəni bir fikir davasından qanlı savaşlara çəkdi. Tanrının özünəbənzər yaratdığı, Yer üzünə əşrəf göndərdiyi insanın haqqını sosial, siyasi və hətta dini təmərküzlər tanımadıqda, insanı qorumaq üçün, tarixə və toplumlara, əməllərə və fikirlərə bir mütərəqqi nizam gətirmək üçün fəlsəfə qanlı və təhlükəli iddialara baş tutdu. Tanrının qaydalarını insan və toplumların qaydalarına gətirmək üçün fəlsəfə qanlı döyüşlərin, mənəvi, siyasi və ideoloci mübarizələrin əsaslarını hazırladı. Bunlara qoşulanların əminliyini yaratdı. Birgəyaşayış qaydalarını zaman-zaman yeniləşdirərək, çağdaş dövrdə mövjud olan duruma gətirdi.

Mürəkkəb görünərək, fəlsəfə məntiq və idrak nəzəriyyələri yaratdı, kosmosa və ruha izah verdi, insan və topluma baxışlar hazırladı. Mürəkkəb görünməkdən isə heç vaxt çəkinmədi. Lakin azadlığın sadə və tarixi görkəmini məhz fəlsəfə jızdı, azadlığın birgəyaşayış modelini fəlsəfə hazırladı, bunu fərdlərə və toplumlara aşıladı.

Fəlsəfə insanın əməl özgürlüyünü qorumağa çalışmaqla yanaşı,həm də insanın əməl özgürlüyünün ziyanlı aşırımlarından insalığı qorumağa səy edir. Bunun nə qədər vajib olduğuna isə toplumların gərəkli hissəsini əmin edir…

Bu əminliklə insan dünyanın fani olduğunu bildiyi halda, nətijəni önjədən görərək fədəkarlıq etmək, hətta həyatını qurban vermək qədər ali məqama, mənəvi ənginliyə yüksələ bilir. Bəşəriyyətin namusu və şərəfi isə bu ənginlikdir: insan və insanlıq naminə insanın ölümü bilərəkdən seçməsi, fədakarlığı və qurban getməyi əminliklə qəbul etməsi…

Ona görə də fəlsəfə özü bir ənginlikdir, onu bilməyənlər, anlışlmaz və əlçatmaz sayanlar da onun bir ənginlik olduğunu sezirlər…