Sayfa 1/5 123 ... SonSon
42 sonuçtan 1 ile 10 arası

Keçmishin sehvleri uzerinde qurulan yeni baslangic

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Keçmishin sehvleri uzerinde qurulan yeni baslangic

    Əminəm bir çoxunuz hər hansı bir xoşagəlməz bir səhvi buraxdıqda, qarşıya çıxan fürsət və imkanı əldə verdikdən və yaxud boş yerə sərf etdiyiniz zamanınızı yada saldıqdan sonra – “Kaş geriyə dönüb hər şeyi başqa cür edərdim” – deyə düşünübsünüz. Hər biriniz hər hansı bir sehirli vasitə ilə geriyə dönmək istəyibsiniz. Bu tək sizin deyil bütün insanların istəyidir. Zaman maşını, sehirli çubuqlar və s. kimi mistik alətlər fikirləşərək sağalmaz yaralarını bu cür nağıllarla yaddan çıxartmaq istəyirlər. Bəziləri də keçmiş həyat barədə danışır. Kimisi də dünyaya yenidən gəlsə idim nələri dəyişərdim, sualına cavab axtarır. Ancaq, nə olsun ki, olan-olub, keçən-keçib.

    Kimlərsə başını aşağı salıb keçmişi düşünərək irəli sürünə-sürünə gedir, kimlərsə bu ağırlığa dözməyərək həyatlarına son qoyur, kimlərsə də keçmişdəki bütün buraxdığı səhvləri unudub, həyatını yenidən başlayır. Lap kompyuterə bənzədi bizim həyat.

    Birinici yolu seçənlər bu dünyada gəldi gedərdilər. Onları ya toplu olaraq yada salınırlar, yada ki ümumiyyətlə heç yada da düşmürlər. İkinci yolu seçənlər çox zəif olduqlarını qəbul edib, hər kəsdən və hər şeydən küsürlər. Onlar da tez unudulurlar. Üçüncü yolu seçənlər də iki cür olur: ya yenidən ilk iki yola dönənlər, yada ki, həyatın heç bir maneəsinə baxmayaraq irəli gedənlər. Dünyada bütün nə dəyişikliklər, irəliləmə və inkişaf olursa bax elə həmin insanlardan olur.

    Sizcə niyə görə belə olur? Deyəcəksiniz, onlar güclüdürlər, onlar qarşılarına məqsəd qoyublar, onların bəxti gətirib və sairə sairə. Ancaq, yanılmış olacaqsınız. Mövzunun əsas sualı yadınızdadır? – “Dünyaya yenidən gəlsə idim nəyi dəyişərdim?” – baxın həmin insanlar həm bu sualın cavabını tapıblar, ən əsası isə hər dəfə dünyaya yenidən gələrək buraxdıqları səhvi yenidən düzəldirlər.

    Axı necə ola bilər? Bəyəm dünyaya yenidən gəlmək olar? Boş-boş danışma – deyə düşünəcəksiniz. Ancaq, tələsməyin. Həyatınızı yenidən dəyişdirmək üçün heç də ölüb, yenidən 9 ay ana bətnində və sonradan dünyaya gəlməyə ehtiyac yoxdur. Həm üstəlik bu mümkün də deyil. Bəs onda nə olur?

    Cavab isə sadədir. Tarix təkrarlanır və hər dəfə eyni bir hadisəni yenidən yaşamış oluruq ancaq, başqa formada. Fizika alimləri artıq çoxdandır ki, insan həyatının da fizika qanunlarına tabe olduğunu ortaya qoyublar. Ancaq, nə olsun ki, qulaq asan kimdir? Bizim bildiyimiz məktəb dövründən arximedin, nyutonun qanunlarıdır ki, onlarda həmin məktəb kitablarında qalıblar. Lakin, oturub diqqətlə fikirləşsəniz görərsiniz ki, həyatınızın hər bir anında fizika qanunları işləyir.

    Müsbət enerjili insanlar uğuru, var-dövləti, sevgini, insanları və s. özünə tərəf cəlb edir. O, bunu istəsə də, istəməsə də özünə tərəf cəlb edəcək. Mənfi enerjili insanlar isə nə qədər özlərinə əl qatsalarda hər şey onlardan qaçacaq. Buna görə də halal yol ilə öz həyatını quran insanlar elə bir həddə çata bilirlər ki, orda heç bir iş görməsələr belə onların hər şeyləri olur. Fırıldaq, yalan, rüşvət və s. ilə həyat quran insanlara isə daim nə isə çatışmır və onlar əllərində olanı itirməmək üçün daim vurnuxurlar. Sonda isə heç nəsiz bu dünyanı tərk edirlər.

    Bütün qanunları və maddələrin xüsusiyyətlərini sadalamaq istəmirəm. Özünüzə də bir şey qalsın. Əsas bir qanun göstərəcəyəm və onun üzərində konkret misal verərək, mənə görə doğru olanı göstərməyə çalışacağam.

    Fizika qanunların birinə görə – “Enerji itmir, o sadəcə bir formadan digər formaya keçir.” Bizim həyatımızda yaşadığımız bütün hadisələr də heç zaman itmirlər. Əksinə daim bizimlə olurlar. Kimlərsə bunu təqib kimi, kimlərsə bunu xoşbəxtlik, kimlərsə isə bunu yeni bir şans kimi qəbul edirlər. Hər şey məsələyə baxış tərzindən asılıdır və həyatda həqiqi uğur qazanan və xoşbəxtlik əldə etmiş insanlar birinci mərhələdə həmin şansı görmüş və ondan istifadə etmişlər.

    Amma, təbii hər şeyə yenidən başlamaq olar. Axı həyat təkrarlanır.

    Odur ki, bu məqaləni oxuyanlara da bir məsləhətim var: – Keçmişdə buraxdığınız səhvlər, gələcəkdə sizə başqa bir formada dönəndə onları bir daha təkrarlamayın. Qarşınıza çıxan hər bir fürsəti düzgün dəyərləndirin. Yaxınlarınızı bir daha incitməyin. Hər dəfə eyni yol ilə alınmayan məsələni həll etməyin. Axı, hər an yenidən təkrarlanır və siz onları görməyə başladıqca, onların düzgün həlli yollarını da axtarıb tapacaqsınız. İnanın ki, bütün keçmişdə buraxdığınız bütün səhvləri bu gün düzəltməyi bacarsanız, həyatınız da ona uyğun olaraq dəyişəcək. Hər kəsə gözüaçıq olmağı və uğurlar arzulayıram….
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?

    Men shexsen ixtisasimi deyiserdim! Muhendis olmaqdansa Boytar Hekim oardim!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Moderlər
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Bakı
    Mesajlar
    917

    Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?

    men, valideyinlerimin sözünü dinleyerdim.
    Mesafler mi aşkı uzaklaştırır ,aşk mı mesafeleri yakınlaştırır,Uzayan yollar,kanayan sevdalar,ne kadar aşkı yansıtır,Sevmekten uslanmayan gönülmüdür.Uslanmayan sevdamıdır.Ey arsız sevda,yoluna gül dökülesi,İşte geldin yakınımdasın,Bir seslensem el uzatırmısın?

  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?

    Alıntı kombat80 Nickli Üyeden Alıntı
    Men shexsen ixtisasimi deyiserdim! Muhendis olmaqdansa Boytar Hekim oardim!
    da boytar hekim niye?xururqdan,kordioloqdan ola bilmersen?
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?

    Heyatimda 1-2 sehvim olub onlari etmezdim..Qalan ele indi ne varsa olarnanda davam eliyerdim.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  6. #6
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?

    Oğlan doğulmaq isterdim
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?

    çox sağ olun ki cavab bildirmisiniz hamınız ancaq bu cavablarınızdan belə başa düşürəm ki heç biriniz məqaləni axıra qədər diqqətlə oxumayıb..
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?

    bu gun ucun men heyatimdaki hec neye gore pesiman olmamisam , indiye kimi neleri arzu etmisemse onlara da cata bilmisem ,duzu arzular cox ve onlara doqru gedirem .1 seyi yegin bilirem ki eger ne vaxtsa hansisa bir problemin olsa bax onda mutleq ve mutleq durub her seyi gotur -qoy edib yeniden baslayacam , nece deyerler suyun axari ile deyil ,lazim olan istiqametde uzecem , buna gucum catacaq .

    butun bunlari etmak ucun ilk novbede insana aqil ve irade lazimdir

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318

    Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?

    men yasadıgım son üç ili degiştirmek isterdim..
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


  10. #10
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?

    Dunyaya yeniden gelmek istemezdim. Bu cirkab dunyanin icinde birdaha yasamaq mi?!

Sayfa 1/5 123 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.