4 sonuçtan 1 ile 4 arası

Utancaqlıqdan qurtulun.

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Utancaqlıqdan qurtulun.

    Araşdırmalara görə, hər keçən il xüsusilə qadınlar daha çox utancaqlıq problemi yaşayır. Tanımadığınız ya da yeni tanış olduğunuz insanlara qarşı utancaqsınızmı? Bu suala cavabınız "Bəli" isə, təlaşa ehtiyac yoxdur. Çünki siz tamamilə normal biriniz.

    Üzünüz qızarır?

    Əgər yeni iş mühitində, ayağa qalxıb özünüzü tanıtmanız istəndiyində, üzünüz qızarır, səsiniz titrəyirsə, sıxlıq qarşısında danışmanızı tələb edəcək vəziyyətlərdən uzaq dayanmağa çalışırsınızsa, təəssüf ki, utancaqsınız. Ancaq "hər kəs boşboğaz, girişkən olmaq məcburiyyətində deyil" gerçəyinidə ağılınızdan çıxartmamanız lazımdır.

    Özünüzü nəzarət edin

    Amma utancaqlığınız üzündən bəzi fürsətləri qaçırdığınızı düşünürsünüzsə, davranışlarınızı idarə altına almanın zamanı gəlmiş deməkdir. "Daimi Xoşbəxtlik" adındakı proyekti sayəsində, qadınların bir çox problemini həll edərək, xoşbəxt bir həyat sürməsini təmin edən ABŞlı psixoloq Artest Battler, utancaqlığın həll edilə bilməyəcək bir problem olmadığını ifadə edir.
    Səbəbini araşdırmaq gərək

    ABŞda bir çox qadın xəstəsinin utancaqlıq problemi yaşadığını ifadə edən Battler, "Birlikdə bu mövzuya sıxlaşaraq, hər 100 utancaq xəstəmdən 85′inin bu problemini həll etməyi bacardıq. Əvvəlcə utancaqlığın təməlini tapmaq lazımdır. Bunu danışaraq bacarırıq. Əgər siz də tövsiyələrimə xəbərdar etsəniz, köhnə utancaqlığınızdan böyük bir hissəsini atdığınızı görəcəksiniz" dedi. İşdə Battlerin tövsiyələri:

    Gərəksiz bəzi düşüncələrdən xilas olmalısınız

    Utancaqlıqla iç içə yaşamaq çətin bir duyğudur. Ətrafdakı insanların gözündə utanılacaq vəziyyətə, axmaq vəziyyətinə düşmə, onlar tərəfindən rədd edilmə ya da qeyri-kafi görülmə qorxusu, sizi qorxutmasın. Utancaq qadın, daim pis düşüncələrlə özünü daha çətin vəziyyətdə buraxar. Aşağıdakı düşüncələrdən xilas olmağa baxın, çünki bunlar sizə uyğun deyil.

    - Əfsus, bir az daha danışsam, özümü axmaq vəziyyətinə salacağam.
    - Ya burada olan hər kəs mənim üçün "axmaq" desə.
    - Söyləyəcək bir şey tapa bilməzsəm nə edəcəyəm.
    - Bu anda danışsam mütləq səsim qəribə çıxacaq.
    - Ya özümü idarə edə bilməzdə axmaqlasam…
    - Qızaracam, titrəyəcəm…
    - Ürəyim pis döyünməyə başladı, ya birdən infarkt keçirsəm…
    - Dəli ola bilərəm.
    - Görəsən çox qəribə görünürəmmü?
    - Bu mühitdən bir qaça bilsəm.
    - Hər kəs məni izləyir.
    - Nə qədər darıxdırıcı olduğumumu düşünürlər?

    Fərqinizi ortaya çıxardın

    Utancaq qadının ilk etapda qarşı cinsin əlaqəsini çəkməsi üçün bir az fərqli olması lazımdır. Kütlənin içində fərq edilmənizi təmin edəcək bir xüsusiyyətinizi önə çıxarın. Yoxsa bunu yaratmaq, sizin bacarığınıza qalır. Fərqli olduğunuzu hiss etdirdiyinizdə utancaqlığınızı bir sirr pərdəsi arxasına belə saxlamanız mümkün. Bu ilk baxışda bir az çətin görünə bilər ancaq siz artıq utancaqlıq probleminizdən xilas olmaq istəyirsiniz. Önünüzə çıxan heç bir hadisə sizi qorxutmasın.

    Bəs siz necə utancaqsız?

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Utancaqlıqdan qurtulun.

    utanmaq mi ???
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Utancaqlıqdan qurtulun.

    utancaqliga gore unsiyyet qurmaq problemi yaranir ne ise..oyresmisem artiq
    ...

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Utancaqlıqdan qurtulun.

    burda yazilarimda hiss olunmasa da heyatda cox utancaqam , her gun evden cixanda ve eve gelende sanki son gunum kimi heyecanlaniram ,ele bilirem hammi meni izleyir , utaniram , ne qeder istesem de bu utancaqliqdan qurtara bilmirem

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.