2 sonuçtan 1 ile 2 arası

Dostluq haqqında aforizmlər...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Dostluq haqqında aforizmlər...

    O dost,əsil dostdu ki,hansıki qüsuruvu sənə çəkinmədən bildirər… N.Bualo

    Kiməsə bağlanma hissi qarşılıqlı olmaya bilər, amma dostluqda - əsla... J.Russo

    Dostluq var - məqsədi xeyir üçün,dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün… Aristotel

    Dostluq – qanadsız sevgidir… D.Bayron

    Sevgi və dostluq bir birlərini istisna edirlər… J.Lübruyer

    Zaman dostluğu gücləşdirər,sevgini isə zəiflədər… J.Lübriyer

    2 insanın kiməsə qarşı ən böyük nifrəti,ən güclü dostluğa gətirib çixardır… Tacit

    Əgər dostun sənə qarşı çox mehriban olub,demək ki,dostluq artıq pozulur… U.Şekspir

    Dost olmağa tələsməyin,amma dost olduzsa ,bu dostluğa xəyanət etməyin… Sokrat

    Dostluq çox vaxt dostluqla da bitir,Sevgi isə nadir halda dostluqla bitə bilər…Ç.Kolton

    Hörmət etmədiyin insanla heç vaxt dost olmağa çalışmayın… Ç.Darvin

    Dostluq – bir gəmidir… Yaxşı havada 2 nəfərə dənizin gözəlliyini göstərə bilər,pis havada isə – yalnız 1 nəfərə… A.Birs

    O insan ki,hər kəslə dostluq edə bilir,heç kəs üçün əsil dost ola bilməz… O.Bartelemi

    Qapımızdan hər kəsin çıxdıgı zaman,həmən qapını döyüb içəri keçmək istəyən insan – bizim əsil dostumuzdur…E.Jounz

    Insanlarla elə yaşa ki,gələcəkdə dostun düşmanın olmasın,düşmanın isə dostun olsun… Pifaqor

    Güvən itdiyi yerdə, dostluq da itir… Seneka.

    Bəlkə də əsil dostluğun qiymətini bilmək üçün,əvvəl sevgini yaşamış olmalıyıq… N.Şamfor

    Müdriklikdən sonra insanlara edilmiş ən gözəl hədiyyə – məhz dostluqdur… F.Laroşfuko

    Əsil dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir… F.Laroşfuko

    Əsil sevgini tapmaq çox çətindir,amma əsil dostluğu əldə etmək ondan da çetindir…
    F.Laroşfuko

    Dostluğa görə təşəkkür etməzlər,çünki o xidmet sayılmaz… Q.Derjavin

    Yalnız kişi və qadın arasında əsil dostluq ola bilər,çünki bu yeganə bağlılıqdırki,hansında paxıllıq ve rəqabət yoxdur… O.Kont

    Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz…Onların arasında yalnız sevgi,düşmənçilik,ehtiras və məftunluq ola bilər…Oskar Uayld

    Yalnız ağıllı insanlarla dostluq edin,çünki bəzən axmaq dost,ağıllı düşməndən də təhlükəli ola bilər… Rumi

    O dostluq ki,artıq bitib,deməli heç dostluq da deyildi…Publiy

    Ağa və qul arasında heç zaman dostluq ola bilməz…Kursiy

    Nədir axı dostluq? Bizi heyrətə gətirən bir söz,ilüziya. Xoşbəxt olduqda dalıyca qaçan ,pis anlarında sadəcə itən bir kölgədir dostluq…O.Qoldsmit

    Dostluq – özüvə arzuladığıvın digərinə arzuladığındır; Sevgi – özüvə arzuladığından digərinə daha çox arzuladığındır… I.Şevelev

    Ən qəddar düşmənin yalnız keçmiş dostun ola bilər… Andre Morua

    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Dostluq haqqında aforizmlər...

    Bir insani tanimaq ucun onun dostuna baxnaq yeter

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.