3 sonuçtan 1 ile 3 arası

Pessimistlər haqqında...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Pessimistlər haqqında...

    Optimist insan Pessimist insandan nə ilə fərqlənir? Belə bir məsəl vardır ki: Optimist insan şüşənin su ilə dolu olduğunu, pessimist insan isə onun boş olduğunu, optimist bütün imkanları görə bilir, pessimist isə yalnız hər şeyin çıxılmaz olduğunu fikiləşir. Bir sözlə hər şey məsələyə necə yanaşdığından, hansı tərəfdən və necə baxdığından asılı olur.
    Ancaq əgər həyatınızda daha çox pessimistlərə rast gəlirsinizsə bunun sizinlə nə kimi əlaqəsi ola bilər?
    Necə etmək olar ki panik halla rastlaşmayasınız?

    İlk öncə sadəcə pessimist insanı başa düşməyə çalışın.

    Pessimist insan həmişə özünü: əziyyət çəkən, hər şeydən tez narahat olan insan kimi qələmə verir və tanıdır. O həmişə belə fikirləşir ki, ərafında olan insanlar nəyisə düz etmirlər, bütün bədbəxtçiliklərində bu tip insanlar yalnız ətrafdakıları günahlandırır, özünü hadisələrin qurbanı hesab edir.

    Onun pessimist olma səbəbinin köklərini tapmağa çalışın.

    Pessimist insan həmişə səbəb tapacaq. Ola bilər ki, bu insan nə vaxtsa neqativ təcrübə yaşamışdır, onu aldatmişlar, atmışlar nəticədə isə o həyatda təəssüflənmiş, hətta həyatından küsmüşdür.

    İcazə verməyin ki, sizə neqativ təsir göstərilsin.

    Bu tip insanlar həmişə əmindilər ki: onlar dünyaya real olaraq baxırlar, və optimist insanları “Saf” olmaları ilə günahlandırırlar. Yalnız özünüzə onun haqsız olduğunu deyin, hətta bu tip pessimist proqnozların bir neçə dəfə səhv olduğunu xatırlayın.

    Ondan problemin həlli üçün bir təklif xahiş edin.

    Əgər pessimist hər hansı çətin situasiyaya görə şikayətlənirsə ona həmin situasiyadan çıxmaq üçün bir neçə variant təklif edin. Məsələn əgər o: işdən çıxdığını, və hal-hazırda vəziyyətinin çətin olması barədə sizə bildirirsə, bir neçə alternativ təklif irəli sürə bilərsiniz.
    Nəhayət sonda onunla olan bu ünsiyyətə sadəcə, psixoterapiya kimi yanaşın: çünki pessimist əhval-ruhiyyəsinin fonunda siz özünüzü daha əmin hiss edirsiz və həyat sizə bir o qədər də dramatik gəlmir.

    Həyatınızda pessimist və yaxud optimist insanlar: hansi tip daha çox yer almaqdadır?

    Pessimist insanları bir pillə belə optimistliyə yaxın etmək üçün nə edərdiniz?

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Pessimistlər haqqında...

    Her sheyi oldugu kimi gormek lazimdir.Niyese bele adamlara pessimist deyiller. Men onlara realist deyiremmmmmmmm.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Pessimistlər haqqında...

    Əslində optimist də pissimist də olmag yaxşidir. Məncə bəzən pessimist olmag da əlverişlidir(baxir harda), çünki həmin insanlar həddindən artiğ düşünmə qabiliyyətinə məxsusdurlar. Bir işi görməzdən əvvəl çox düşünürlər alinar alinmaz deyə!Ümidsizliklə irəliləyirlər çox vaxt da... Ona görə də panik hallarla üzləşirlər çox zaman!
    O ki, qaldi optimistliyə həmin kəslər hər an qalibiyyətə ugramaya da bilərlər, əminliklə yanaşdiğlari üçün...Ancaq optimist insanlar həyatda xoşbəxt insanlardi...Həyata yaxşi tərəflərini tez görüb anladiğlari üçün.
    Pessimist insanları bir pillə belə optimistliyə yaxın etmək üçün nə edərdiniz?
    Məndə də ümidsizlik çoxdu, pessimistəm!Hər halda heç nə...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.