2 sonuçtan 1 ile 2 arası

Dəyər ver...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Dəyər ver...

    Dəyər ver: həyatın hər bir anına, qarşına çıxacaq bütün ziddiyyətləri uğurla dəf et, mübarizə hissindən zövq al-sonda xoşbəxtliklə üzləşəcəksən deyə...

    Dəyər ver: ünsiyyətdə olduğun hər bir insana, düzgün hesab etdiyin qərarı qəbul et-sonda gözəl nəticə əldə edəcəksən deyə...

    Dəyər ver: aldığın məsləhətlərə, sadəcə dinləməyi bacar, müəyyən müddətlik olsa belə həyatına uyğunlaşdırmağa çalış-sonda peşman olmayacaqsan deyə...

    Dəyər ver: gördüyün, duyduğun və duya biləcəyin hər bir gözəlliyə, sadəcə hiss etməyi bacar-sonda bu sənə böyük zövq verə biləcək deyə...

    Dəyər ver: reallığı sənə göstərə biləcək kəslərə, səni bir müddətlik olsa belə xəyallardan çəkib apara biləcək kəslərə-sonda həqiqəti görə biləcəksən deyə...

    Dəyər ver: vəfalı hesab etdiyin dostlarına, daim səni buraxmayan, yanında var olan və sənə varlığını hiss etdirən insanlara-sonda həyat tərəfindən mükafatlandırılacaqsan deyə...

    Dəyər ver: sənə duanı öyrədən və sənin yanında dua edən kəslərə-sonda düzgün yolla üzləşəcəksən deyə...

    Dəyər ver: duyduğun, dinlədiyin, səni uzaqlara apara biləcək sənə sənin problemlərini unutdura biləcək hər bir musiqiyə-sonda ruhun dincələcək, rahatlıq tapacaqsan deyə...

    Dəyər ver: oxuduğun, cümlələrini xatırladığın, nəticə çıxara biləcəyin hər bir kitaba-sonda bilik, məlumat əldə edəcəksən deyə...

    Dəyər ver: yaxınlarına, səni yalnız buraxa bilməyəcək insanlara, sənə doğmalaşan insanlara- sonda yalnızlığı, tənhalığı hiss edə bilməyəcəksən deyə...

    Dəyər ver: ÖZÜNƏ! Dəyər ver ki, sənə dəyər versinlər, daim özünü qiymətləndirməyi bacar, sənə qiymət və hörmət qoya bilsinlər deyə....

    Yazı mənə aiddir...

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Dəyər ver...

    cox sağol

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.