Sayfa 1/2 12 SonSon
11 sonuçtan 1 ile 10 arası

Niyə Kişilər qadınlara qarşı maraqlarını itirirlər?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Niyə Kişilər qadınlara qarşı maraqlarını itirirlər?

    Niyə Kişilər qadınlara qarşı maraqlarını itirirlər?

    Səbəb nədir?

    Yəqin ki nə vaxtsa fikirləşmisiniz ki, görəsən niyə bizim ən yaxın və ən əziz sevgilimiz birdən-birə bizə yadlaşır...Niyə dünən hər şeyin yaxşı olduğu halda, bu gün bizə qarşı maraq bele tez ölür... Mövcud münasibətləri davam etdirmək istəməyən kişilər əsasən 2 səbəbdən buna əl atırlar..
    I səbəb: bu kişilərin daima axtarışda olmaq instinktindən irəli gəlir.
    II səbəb: öz üzərilərinə öhdəlik qoymaqdan və onları həyata keçirtməkdən irəli gələn qorxu hissidir.

    Bəs kişilərin bu cür davranışına necə təsir göstərək?

    Əgər sevgilinizlə olan münasibətin birdən-birə kəsilməsini istəmirsinizsə o zaman aşağıdakıları öyrənməyi və həyata keçirtməyi məsləhət görurəm ...
    Vəziyyəti əvvəlcədən hiss etməyi bacarın
    Kişilər - qorxulu filmlərdən və yaxud hər hansı bir qorxunc həşəratların öldürülməsindən söhbət gedəndə əsil qəhrəmandırlar. Bəs onların bu cəsarəti ,qəhrəmanlıqları şəxsi münasibətlərə gəldikdə birdən-birə hara itir?
    Bildiyimiz kimi qarmaga düşmək qorxusu kişilərdə 100%dir. Çox kişilər kimisə yenidən tapa bilməmək qorxusu ilə yaşayır.Ona görə də çox kişilər yeni qızlarla tanışlığa can atirlar. Bu başqalarına və özlərinə onların hamını cəlb etmək və heyrətləndirmək xususiyyətinə malik olduğunu sübut etmək üçün bir vasitədir. Əsas məqam bütün bunlar baş verməmişdən əvvəl hər şeyi vaxtında hiss edib, tədbir görmək və uyğun zamanda hər şeyi danışıb məsələyə aydınlıq gətirməkdir. Problemi 2nizde aranızda müzakirə etməsəniz çox güman ki, problem elə problem kimi qalacaqdır və aranız get gedə korlanacaqdır.

    Arada qisa məsafə saxlayın
    Unutmayın ki, kişilər rəqabəti, sporu, kimisə və ya nəyisə əldə etməyi xoşlayırlar. Onlar hər istədiklərini əldə edən zaman onlar ücün hər şey sadəcə olaraq maraqsızlaşır və onlar yenidən yeni macəra axtarmağa gedirlər. Bundan başqa münasibətlər tez-tez irəliləyəndə, ciddi qərar qəbul etmək məqamı gələndə kişilər daima qorxurlar və nəticədə əlbəttə ki geri çəkilirlər. Ona görə də belə olmasını istəmirsinizsə bütün bunlara yol verməyin! İcazə verin onlarin sizi taniması prosesi uzun çəksin... Tələsməyin... Belə olanda münasibətlər tədricən özu özünə möhkəmləşir. Bundan əlavə özünüzu yalnız bir adamiın ünsiyyəti ilə məhdudlaşdırmayın. Sizin həyatınızda özünüzə və dostlarınıza da vaxt olamlıdır. Siz bununla ona bildirməlisiniz ki, sizin həyatınız tək onunla məhdudlaşdırmır, ondan asılı deyilsiniz. Bu vəziyyət münasibətlərdə kişilər üçün daima qaranlıq yer qoyur. Ona görə də onlar daima bu qaranlığı ışıqlandırmağa çalışacaqlar. Beləliklə siz onun marağındasınız.

    Dərinliklərə getməyin
    Əgər sizin sevgilinizin gələcək munasibətlərinizə dair heç bir fikri yoxdursa, ona qarşı heç bir ultimatum irəli sürməyin. Belə dərinliklərə getmək kimi olsa qorxuda bilər. xüsusilə kişiləri...Çalışın ki dərinliklərə varmayın və qatarın önündən qaçmağa çalışmayın... Bütün bunlara əməl etsəniz daima istəklərinizə çatacaqsınız.
    fikirlerinizi bildirmeyi unutmayın

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Niyə Kişilər qadınlara qarşı maraqlarını itirirlər?

    bu yazinda cox boyuk heqiqet vardir . Heqiqetende siz kisiler mesuliyyetden cox qorxursunuz

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Niyə Kişilər qadınlara qarşı maraqlarını itirirlər?

    baxır adamına

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Niyə Kişilər qadınlara qarşı maraqlarını itirirlər?

    Kişilər əgər bir qadini sevirlərsə məncə marag itməz..!Amma qadinlari maşin kimi ildə birini dəyişərsə bu onlarin şəxsi işləridir,Deməli onlarin seçim tərzi belədir,dəyişmək deyəndə ünsiyyət etdikləri qadinla danişdiqca,yaşadiqca bezdirici hallarindan usanirlar və dəyişirlər..

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Niyə Kişilər qadınlara qarşı maraqlarını itirirlər?

    ne bilim valla
    [

  6. #6
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Niyə Kişilər qadınlara qarşı maraqlarını itirirlər?

    Vapsheta kishiler cox muemmali varliqdilar.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  7. #7
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Niyə Kişilər qadınlara qarşı maraqlarını itirirlər?

    Alıntı _SeDRiK_ Nickli Üyeden Alıntı
    ne bilim valla
    Nə bilim deyəndə sənə də aiddieee.!Sən kimə deyirsən?!Elə sən də o cinsdənsən,odur ki,sualim belədir niyə beləsiniz?

  8. #8
    Member
    Üyelik tarihi
    Sep 2008
    Mesajlar
    36

    Re: Niyə Kişilər qadınlara qarşı maraqlarını itirirlər?


  9. #9
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Niyə Kişilər qadınlara qarşı maraqlarını itirirlər?

    nauthly_girl neceyikki?
    [

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Niyə Kişilər qadınlara qarşı maraqlarını itirirlər?

    Alıntı _SeDRiK_ Nickli Üyeden Alıntı
    nauthly_girl neceyikki?
    Ok..Hələ böyü deyərik.

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.