2 sonuçtan 1 ile 2 arası

Sərbəstlik hər zaman yaxşıdır?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Sərbəstlik hər zaman yaxşıdır?

    Hər kəsin tələb edəcəyi və istəcəyəyi bir şey. Bununla rahatlığımızı tapır, fəaliyyətimizi istədiyimiz şəkildə qura bilrik. Asılılıq nəyəsə bizi məcbur edir. Bundan daim narazılığımızı bildiririk.
    Lakin hər zaman sərbəstliyimizdən istifadə edərək istədiyimiz hərəkəti etməliyik?
    Bu ad altında istənilən hərəkət qəbul ediləndir?
    Məhz bu addan istifadə edilərək gənclər: qız və oğlanlar tərəfindən istənilən hərəkətə yol verilir. Qəribədir ki, bu kimi hərəkətlər əksəriyyət tərəfindən normal qarşılanır.
    “Mən sərbəstəm”-bu ifadə adı altında bildiklərimizi və doğru hesab etdiklərimizi etmiş oluruq. Lakin ətrafdakıların fikri nə dərəcədə önməli və vacibdir? Məgər onların bizim haqda düşüncələri, bizə önəm vermələri və bizi dəyərləndirmələri bizlər üçün önəmli deyil?
    “Düzgün hesab edilən o hərəkətdir ki, edilən zaman özünü deyil ətrafdakıları düşünmüş olursan”-Bernard Şou.
    Dəqiqliklə işlənmiş bu ifadə indi sərbsətlik kəliməsinin altında gizlənmişdir.
    Bu gün sərbəstlik müasir zaman üçün aşağıdakı ifadə adı altında işlədilir:

    Sərbəstlik- istədiyini etmək haqqın, eyni zamanda başqalarına istədiklərinə etməyə mane olmağın deməkdir.
    Bəs əslində sərbəstlik nədir?
    Sərbəstlik: qüvvə və haqq tərəfindən qadağan olunmasa belə, insanın malik olduğu yeganə təbii haqqdır.

    Sərbəstlik: bizim fikir və düşüncələrimizi elan edən yeganə vasitəçidir..

    Sərbəstlik: o qədər fərqlidir ki, biz onda hətta gözəllik belə tapa bilirik. Bundan başqa sərbəstlik gözəl olmasa idi dünya onun üçün mübarizə aparmazdı..

    Sərbəst olmaq hər zaman yaxşıdır?
    Sərbəstlik adı altında hansı hərəkətlər qəbul ediləndir?
    Bu addan istifadə edərək gənclər tərəfindən edilən hansı hərəkətlər qəbul edilməzdir?

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Sərbəstlik hər zaman yaxşıdır?

    Bizim millətdə sərbəstlik elə də yoxdur.Azad,sərbəst insanlara da pis baxirlar..Sərbəstlik yaxşidi,amma çərçivə daxilində..Bizdə sərbəst adam Royadi,Rəksanədi ona da pis baxirlar..
    Sərbəst olmaq hər zaman yaxşıdır?----------------Hər zaman yaxşidir,insanin dünya görüşünə müsbət təsir edir..
    Sərbəstlik adı altında hansı hərəkətlər qəbul ediləndir?---------------------Uşaq əyər ailəsi verən sərbəstlikdən müsbət yöndə istifadə edərsə deyilən hərəkətlər qəbul edilər..
    Bu addan istifadə edərək gənclər tərəfindən edilən hansı hərəkətlər qəbul edilməzdir?--------------Hərdən görürsən ki,həddi-buluğa çatmayan uşaqlar sigaret və spirtli içkilər qəbul edirlər,bu da onlara həddindən artiq sərbəst buraxildiğlarindandir məncə..Rus demişkən həmin gənclər özlərini "krutoy" hesab edirlər.,day demirlər ki,onlara verilən bu şansdan,sərbəstlikdən belə vəhşicəsinə istifadə edərək özlərini məhv edirlər..

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.