2 sonuçtan 1 ile 2 arası

7 duyğusal tələ

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    7 duyğusal tələ

    Psixoloqlar, ən yaxınımız belə olsa, insanların bizlərdən istifadə etmək üçün romantik tələ qurduqlarını söyləyirlər. Bunlar gündəlik ünsiyyətin axışı içində, əksəriyyəti günahsız tələlərdir. Bir də bizdən bir şey qoparmaq istəyənlərin qurduqları romantik tələlər var ki, bax bunlara diqqət yetirmək lazım. Mən sizə bunları az da olsa deyəcəm, qalanı sizlikdir

    Buyurun:

    1. Günahkarlıq. "Bunları səndən eşitdiyimə inana bilmirəm. Bunu necə deyə bilirsən?"

    2. Göz dağı. "Bu sənin üçün son şansdır. Məndən daha çox dəstək gözləmə."

    3. Şişirtmə. (loru dildə desək qoltuğuna vermək ) "Sənin kimi ağıllı və məntiqli biri bu işin öhdəsindən mütləq gələr. Sən olmayanda işlər getmir."

    4. Qorxu. "Belə getsə bütün qazandıqlarını itirə bilərsən. İşləri yoluna qoymaq üçün bu son şansındır, niyə riskə atırsan?"

    5. Maraq. "Bax, dünyaya bir dəfə gəlirsən, sına. Hər zaman geriyə dönə bilərsən. Sınamasan bilməzsən. Bəlkə də nəticəni görmədiyin üçün həmişə peşmanlıq çəkəcəksən?"

    6. Sevilmə istəyi. "Hərkəs səndən bunu gözləyir. Əgər bu işi bacara bilməsən, hər kəs üçün böyük bir məyusluq olacaq."

    7. Sevgi istismarı. "Məni sevsəydin…" deyə başlayan bütün cümlələr…

    Bir qeyd: Siz yenə də sevdiklərinizin kədərini bölüşməyə laqeydlik etməyin. Bəzən görməmək, eşitməmək, hətta aldanmaq daha gözəl nəticələr verir

    Belə duyğusal tələlərə düşdüyünüz anlar olubmu?

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: 7 duyğusal tələ.

    heyatda aldanmaq,esitemmek,gormemek ozude bezen insana ders olur.ele sey varki onu esitmemmek, gormemek daha yaxsidir. yazilardaki cox fikir tele temezdim,sadece destek ve stimul verici sozlerdir.Men elede asan teleye dusmurem,ister cox duygusal ve romantik olsun,yeni icimde ona inam varsa baska,ama aktyorlugu sevmirem. Aci gercek,sirin yalandan daha dadlidir. ama hayata umudle,mucadeleyle baxmaq hemise lazimdir,axi heyat cox gozeldir,yasamaga deyer...
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.