6 sonuçtan 1 ile 6 arası

Mən gözəl deyiləmsə...?

  1. #1
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Mən gözəl deyiləmsə...?

    “Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi (BJTMİB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Qadın problemlərinin həlli mövcud vəziyyət və çıxış yolları” layihəsi çərçivəsində Azərbaycan qadınlarının məşğulluq problemini araşdırmaq məqsədilə sorğu keçirib. Sorğu Bakının 5 rayonunda, o cümlədən Sabunçu, Suraxanı, Nizami, Səbail və Nəsimi rayonlarında və ölkənin cənub bölgəsi sayılan Lənkəran şəhərində 200 respondent arasında aparılıb.

    Mərkəzin sədri Sevinc Kərimova bildirib ki, son statistik nəticələrə görə, hazırda muzdla işləyən qadınların sayı 601750 nəfərdir. Ölkədə 117,2 min işsiz qadın var. Aparılan araşdırmalar isə işsiz qadınların sayının daha çox olduğunu ortaya qoyur. Sorğuda iştirak edən qadınların yaş həddi 18-30, 30-45, 45 və daha çox götürülüb. Respondentlərin 50 faizdən çoxu işsiz olub.
    İşsiz qadınların 50 faizdən çoxu iş tapmaqla bağlı əsas çətinliyin işəgötürənlə münasibətlərlə bağlı olduğunu bildirib. Belə ki, qadınlar hesab edirlər ki, onların zahiri görünüşünün işəgötürən tərəfindən qabardılması, keyfiyyətli kadrlara təlabatın olmaması qadınların işsiz qalmasına səbəb olur. Əsasən bu kimi hallarla rastlaşan respondentlər arasında 30-45 yaşdakılar üstünlük təşkil edirlər. Bu, təhsilli və yüksək ixtisaslı insanların rastlaşdıqları problemlər sırasında ən çox rast gəlinən hallardır.

    Həmçinin, zahiri görünüşünün işəgötürənin şərtlərinə uyğun gəlmədiyinə görə iş tapmaqda çətinlik çəkən xanımlar da az deyil - 22 faiz. Əsasən 18-30 yaşlı respondentlər arasında bu səbəbdən işsiz qalanların olduğu ortaya çıxıb. Yaşının çox olması səbəbindən iş tapmaqda çətinlik çəkən xanımların əksəriyyəti 40 yaşdan yuxarıdır. Onların 45 faizi təhsilli insanlardır.

    Müdiriyyətin davranışının pis olması səbəbindən iş yerini dəyişənlər isə respondentlərin 58 faizini təşkil edir. 30 faiz respondent iş yerini dəyişməsinə səbəb kimi maliyyə məsələsini, 22 faiz respondent isə daha perspektivli işə keçməsi ilə əlaqələndirib.
    Sorğu zamanı iş yerlərini daha tez-tez dəyişən xanımların əsasən, özəl və qeyri-dövlət sektorunda çalışanlar olduğu ortaya çıxıb. Nisbətən sabit və uzun müddətli iş yerləri dövlət büdcəsindən maliyyələşən idarə və müəsissələrlə bağlı olub. Məsələn orta statistik işçi qadın dövlət sektorunda çalışan 3 dəfə iş yerini dəyişibsə, özəl sektorda çalışan eyni yaş göstəricili və təhsilli qadın 8-9 dəfə iş yerini dəyişməli olub.

    Bakı şəhərində aparılan sorğu zamanı daha çox iş yerlərində müdiriyyətin münasibəti, zahiri görünüşün işəgötürənin şərtlərinə uyğun gəlməməsi və yaxud işçinin zahiri görünüşünün işəgötürən tərəfindən çox qabardılması kimi hallar üstünlük təşkil edib.
    Lənkəranda aparılan sorğu zamanı qadınlar daha çox təhsilsizliyi və yeni texnologiyalara aid bilgilərinin olmamasından işsiz qaldıqlarını bildiririblər (62 faiz). Ailələrinin işləmələrinə etiraz etdiyini göstərənlər 24 faiz, işlmək üçün münasib iş olmadığına görə işsiz qaldığını bildirənlər 16 faiz təşkil edib. Respondentlərin əksəriyyəti təhsilli insanların dövlət orqanlarında yerləşməsində rüşvət amilini önə çəkiblər

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Mən gözəl deyiləmsə...?

    Bu indi heqiqetnede qlobal meseleye cevrilib ,gundeme getirdiyin ucun sag ol

  3. #3
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Mən gözəl deyiləmsə...?

    İSSİZLİK PROBLEMİ HER BİR DOVLETİN BİR NOMRELİ PROBLEMLERİNDENDİR.BİZİM OLKEDE QADİNLARİN İSSİZ QALMALARİNİN BİR COX SEBEBLERİ VAR .MESELCUN PUL OLMADAN TANİSLİQ OLMADAN İS TAPMAQ COX CETİNDİR TEHSİLİN SEVİYYESİ ASAQİ OLDUGU UCUN PESEKAR KADİRLAR AZDİR.BASQA BİR PROBLEM QADİNLARİMİZİN AİLELERİ TEFİNDEN İSLEMEKE İCAZE VERİLMEMESİ VE YA NECE İS YERİNDE İSLEYE BİLERSEN KİMİ MEHDUDİYETLERİN QOYULMASİDİR .BEZİ OZEL TESKİLATLAR İSE ZAHİRİ GORKEME GORE İSCİYE QİYMET VERİRLER BU O DEMEKDİR Kİ BACARİQİ OLAN AMMA GOZEL OLMAYAN XANİM İSSİZ QALMALİDİR.

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Mən gözəl deyiləmsə...?

    beli,cox teesufki bura Azerbaycandir! ele ona goredirki,kadrlarin savadsizligi bas alib gedir. tebiiki hamiya samil etmek olmaz.savadli kadrlarda coxdur,amma tessufki daydayi ve pulu olanlar savadsiz olsada savadlidan yuksek vezifededir. cox sukur eybecer deyilem,senetim uzre magistr pillesinide bitirmek uzreyem,oz biliyime,ama oz peseme ise goturmekden oturu rusvet isteyirler.axi bura Azerbaycandi.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Mən gözəl deyiləmsə...?

    Alıntı Sindy Nickli Üyeden Alıntı
    beli,cox teesufki bura Azerbaycandir! ele ona goredirki,kadrlarin savadsizligi bas alib gedir. tebiiki hamiya samil etmek olmaz.savadli kadrlarda coxdur,amma tessufki daydayi ve pulu olanlar savadsiz olsada savadlidan yuksek vezifededir. cox sukur eybecer deyilem,senetim uzre magistr pillesinide bitirmek uzreyem,oz biliyime,ama oz peseme ise goturmekden oturu rusvet isteyirler.axi bura Azerbaycandi.
    Heleki 2 ci kursdayam yeni bu problemle rastlasmamisam . senin sozunde cox boyuk heqiqet var . Amma ne ede bilerik , Biz bu dunyani duzelde bilmerik .

  6. #6
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Mən gözəl deyiləmsə...?

    Vallah eger o ish yerinin sahibi qadini ishe gozelliyi ucun alirsa ele ishsiz qalsaz yaxsidi. Ele adamin verdiyi corek minnetli olar ve bereketide olmaz. Ama aciqi men bele problemle uzlesdiyini deyen qadina rast gelmemisem.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.