5 sonuçtan 1 ile 5 arası

Ümüd ən sonda ölür

  1. #1
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Ümüd ən sonda ölür

    Qırılmadılar həyata,
    Hirslənmədilər qədərlərinə,
    Küsmədilər yaradıcılarına,
    İtirmədilər ümidlərini…
    Qorxmadılar, yıxılmadılar…
    Ümidi bir körpə kimi böyütdülər sinələrində
    Yapışdılar həyata…
    Boş dayanmadılar, işlədilər, çalışdılar…
    Axtardılar
    Bir çıxış yolu var dedilər…
    Sabahlara ümid əkdilər…
    Müqavimət göstərdilər,
    Gözlədilər,
    Səbr etdilər,
    Sevdilər,
    Və qazandılar.
    Bilirdilər
    Həyatdakı rəng və ahəngin ümidlə yaxalanacağını,
    Ümit etdikcə xoşbəxt olunacağını,
    Sarsıntı yaşanan zamanlarda tək tuta bilmək və dayaq olduğunu,
    Ancaq ruha ümidlə qan nasosla vurulacağını və ruhun onunla bəslənəcəyini… Bilirdilər…
    Davamlı qaranlıq olmayacağını,
    Davamlı əziyyət və hüznlərin olmayacağını,
    Davamlı xəstəliyin olmayacağını,
    Amma ümidin davamlı olması lazım olduğunu da bilirdilər…
    Onlar
    Xəyalları arada bir qırılsa da;
    Həyatlarını qırmadılar.
    Hər xəyal qırıqlığını yeni xəyalların pilləsi etdilər.
    Bir sevdanı yola saldıqlarında, ürəklərinə; digər bir sevda cücərtisi tikdilər.
    Həyatda ağır qan itkinləri yaşadılar.
    Ayaqları arada bir ağrılara ilişdi…
    Amma Ümidlərini qaranlıqlara tərk etmədilər.
    Yaralı baharlar arzulamadılar.
    Yaşanan hüznləri yetişkinləşmə səbəbi gördülər.
    Həyatın özlərinə oynadığı bəzi oyunları itirdilər,
    Pullarını itirdilər,
    Sağlamlığını itirdilər,
    Sevdiklərini itirdilər,
    Amma ümidlərini itirmədilər…
    İtirilənlərin təkrar ümidlə qazanıla biləcəyini bilirdilər.
    Pessimizmin altındakı kürsüyə təpiklər sovurdular.
    Ümidlərinin qurumasına icazə vermədilər lazım olduğunda gözyaşları ilə suladılar.

    Bilirdilər
    Hal hazırda dünyanın müxtəlif yerlərində özlərindən hər baxımdan daha pis vəziyyətdə olanların olduğunu
    Ən qeyri-mümkün deyilən anda qeyri-mümkünü işıqlandıracaq tək işığın ümid olduğunu,
    Çarəsizlik əhatə etməyə başladığı an: ümidin cücərdiyi an olduğunu,
    Sabahları gözləmənin mənanının ümiddə gizli olduğunu,
    Ən sancılı anların xoşbəxt bir doğuma ən yaxın anlar olduğunu,
    Hamı/həmişə yoxuş çıxılmayacağını və hər yoxuşun şübhəsiz bir enişi olduğunu,
    Qırılsa da qanadlarının bir təki
    Bir gün amma bir gün göydən bir əlin kömək edəcəyini və
    Gömgöy vətənlərində təkrar azadca və sərhədsiz olaraq uçacaqlarını bilirdilər…
    Görürdülər
    Qışda/qışın açan çiçəkləri,
    Qaranlıq baramada gözləyən tırtılın bir gün qaranlıqları qırıb kəpənək olub uçduğunu,
    Həyatın ümid edilmədik bir anda gözəl sürprizlər etdiyini,
    Günəşin hər səhər yenidən doğulduğunu,
    Hər doğan yeni günün yeni başlanğıclar olduğunu,
    Və hər səhər pəncərədən içəriyə girən gün işıqlarının ümidlərini təzələdiyini,
    Sabahlar gözəl günlərin xəbərçisinin də ola biləcəyini,
    Özlərindən və ətraflarında yaşayanlardan görürdülər

    Və Onlar
    Həyat yanğınlarına qarşı ümidin üstünə "yanğından qurtarılacaq ilk əşya" olaraq yazdılar.
    Heybelerinde daşan bu qədər günahlarına baxmayaraq yaradıcıdan ümid kəsmədilər.
    Onun şəfqətinin qanadlarının altına sığındılar və cənnəti arzuladılar.
    Yaşanan ağrıların məhşərdə öz lehinə olduğundan xəbərdar idilər.
    Xülyalarını salsalar da yeni xülyalar qurmasını bacara bildilər.
    Ağrılara yumruq yumruğa var ola bilmə döyüşünü verdilər.
    Məğlub olmadılar.
    Pambıq ipliyinə bağlamadılar ümidlərini,
    Vida türküləri heç söyləmədilər.
    Ümidin yaşıllığında uşaqlar kimi diyirlənməsini bildilər.
    Və onlar sevdalarına qovuşa bilməsə də;
    Başqasının ümidi oldular.

    Üzü şüşəyə söykənən bir uşağın atasının gəlməsini ümit etdiyi kimi;
    Onlarda sabahları eyni ümidlə gözlədilər.
    Həyatı ümidə düymələdilər.
    Onlar cəsur ürəklərə sahib idilər…
    Çünki onlar ümidli idilər…
    Və onlar xoşbəxt idilər…

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Ümüd ən sonda ölür

    Ümid inasanı həyata bağlayan hisslerden biridir.Qəlbindəki ümid işığı sönmək istəsə də insan onu yenidən yandırmağa çalışar və əllərini hər zaman ona uzadaraq səbrlə gözləyər.Həyat gülüstanında ümid gülü bitirməyə belə qadirdi insan.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Ümüd ən sonda ölür

    Alıntı GLAMOURKA Nickli Üyeden Alıntı
    Ümid inasanı həyata bağlayan hisslerden biridir.Qəlbindəki ümid işığı sönmək istəsə də insan onu yenidən yandırmağa çalışar və əllərini hər zaman ona uzadaraq səbrlə gözləyər.Həyat gülüstanında ümid gülü bitirməyə belə qadirdi insan.
    ümüdün hec vaxct itmesin canim menim
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Ümüd ən sonda ölür

    Alıntı GLAMOURKA Nickli Üyeden Alıntı
    Ümid inasanı həyata bağlayan hisslerden biridir.Qəlbindəki ümid işığı sönmək istəsə də insan onu yenidən yandırmağa çalışar və əllərini hər zaman ona uzadaraq səbrlə gözləyər.Həyat gülüstanında ümid gülü bitirməyə belə qadirdi insan.

  5. #5
    Junior Member
    Üyelik tarihi
    Jun 2009
    Mesajlar
    4

    Re: Ümüd ən sonda ölür

    ELBETTEKI HEMISHE UMUD SONDA OLUR YANI INSANIN BEDENINEN RUH CIXAN ZAMAN MENCEDE BU O DEMEKDIRKI ARTIQ BURDA HEYATIN SONA YETDI VE BASHQA DUNYAYA KOC EDIRSEN BEZILERIMIZ BUNU QEBUL ETMEK NIYYETINDE OLMURUQ VE BU QEDERNENDE RAZILASHMAQ ISTEMIRIK NEYNESEKDE LAP DUNYANIN HARASINDA OLURQSA YENE OLUM BIZI YAXALAYIR VE SIZ FORUMCULARADA ARZUM BUDURKI INSHALLAH ALLAHIN REHMI GELIB O BIRI DUNYADA BIZE OZ REHMETINEN BEXSH ETSIN VE AMIN DEYEREK BU MOVZUYA SON QOYMAQ ISTEYIREM AMIN!!!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.