4 sonuçtan 1 ile 4 arası

BOŞANMANIN SƏBƏBLƏRİ

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Feb 2008
    Yer
    Bakı
    Mesajlar
    22

    BOŞANMANIN SƏBƏBLƏRİ

    BOŞANMANIN SƏBƏBLƏRİ

    Evlilik hər birlik kimi arabir axsayan tərəfləri olan bir qurumdur.Bu axsamalar aradan qaldırılmadıqda isə nəticə təəssüf ki,boşanma ilə nöqtələnir.Evlilik müddətində ailəyə yeni bir üzv gəlibsə,boşanma daha ağrılı olur.Evliliyin son qoyulmasına yol açan səbəblər çox müxtəlif ola bilər.Ən çox rast gəlinən səbəbləri aşağıdakı kimi sıralaya bilərik:

    1.İqtisadi problemlər
    2.Tərəflərin sosio-mədəni səviyyə fərqliliyi
    3.Cinsi problemlər
    4.Ünsiyyət problemi
    5.Tərəflərdən birinin xəyanəti
    6.Ailədaxili şiddət
    7.Qısqanclıq


    Yuxarıdakı səbəblərdən evlilik problemləri yaşayan ər-arvadın ata-ana olaraq da uşaqlarıyla sağlam ünsiyyət qura bilmələrini gözləyə bilmərik;ana ya da ata ayrı-ayrılıqda uşaqlarıyla sağlam əlaqələr qursalar belə,birlikdə övladlarına qarşı düzgün davranmaqda çətinlik çəkəcəklər.Bir evliliyi həlli olmayan,bacara bilinməyən,qurtarmaq bilməyən problemlərlə davam etdirməyin uşaqda yaradacağı mənfi təsirlər,bəzən boşanmanın özünün yaradacağı təsirlərdən daha çox və yıxıcı ola bilər.
    Boşanmanın səbəb və necəliyi uşaqların boşanmadan nə qədər təsirlənəcəyini müəyyən edir.
    Məsələn;Tərəflərin bir-birini başa düşməməsi(ünsiyyət problemi) səbəbiylə qurtaran evliliklə tərəflərdən birinin xəyanəti nəticəsində bitən evliliyi müqayisə edək.Birincisində,tərəflər daha uzlaşan və uşaqla bağlı problemlərin öhdəsindən gəlmək barədə daha düşüncəli davrana bilirlər.İkinci vəziyyətdə isə tərəflər bir-birilərinə qarşı daha qəzəbli və düşməncə davranışlar göstərirlər.Vəziyyət belə olduqda istəsələr də uzlaşan ola bilməzlər.İkinci tip boşanmalarda uşaqlara təbii olaraq daha çox zərər dəyir.
    Ona görə də boşanmanızdan uşağınızın ən az səviyyədə zərər almasına diqqət yetirin…



    [
    Psixologiya həyatın özüdür!!!

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    İlk
    [

  3. #3
    Member
    Üyelik tarihi
    Feb 2008
    Yer
    Baki
    Mesajlar
    87
    Er-arvad bosansa bele usaqlarla elaqeli butun meselelerde birlesmeli, aqilli qerar vermelidiler. Usaqlarinin yaninda kusulu olduqlarini, bir-birlerine nifret etdiklerini biruze vermemelidirler. Usaqlarinin xatirine dost olmalidirlar. Bosanarken sivil qaydada, kamil insanlar kimi ayrilmalidirlar.
    Qəlbində sevgi varsa, orda nifrətə yer yox. Sev ki seviləsən.

  4. #4
    Junior Member
    Üyelik tarihi
    Jul 2008
    Yer
    NAXCIVAN
    Mesajlar
    13

    Re: BOŞANMANIN SƏBƏBLƏRİ

    Mən boşanmanın səbəblərini oz gozlərimin gorduyu qədəri ilə valideyinlerde gorurem.Valideyinler ushaqlari ay evde qaldi ay taninmisha getsin varlisina getsin deye bedbext edir.Az yashda ushagi ere vermekden hec qorxmurlar.
    ikinci ise genc adi verib de ozlerine ushaq kimi olan yeni yetmelerdir sebebkar.yerinden duran boyumushem ideyasi ile evlenmeyi ve ya ere getmeyi dushunur.Aile qurmaq dilde deyilen qeder asan deyil bunu derk etmeyendi gunahkar.
    OLUM MENIM ELIMDE DEYIL,HAQQIN ELINDEDIR,ODUR KI OLSEM BAGISHLA.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.