5 sonuçtan 1 ile 5 arası

"Hər bir insan uşaqlığı qədərdir"

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    "Hər bir insan uşaqlığı qədərdir"

    Yaxınlarda bu fikir eşitdim və həqiqətən də ağlabatan gəldi. "Hər kəs uşaqlığı qədərdir" deyəndə, uşaqlıqda yaşadıqlarımızın bizim psixikamıza nə qədər təsir göstərdiyi nəzərdə tutulur. Yəni uşaqlıqda əgər əsəb gərginliyi, daimi stress, natamam ailədə böyüyürüksə, böyüyəndə də bu bizə böyük təsir göstərir. Kompleksli oluruq, bəziləri hədəfə bir addım çatanda biz yerimizdə sayırıq. Amma əksinə normal, xoşbəxt ortamda böyüyən insanlar isə böyüdükdə də hər şeyi asanlıqla əldə edir, özgüvənləri olur. Bu fərqi hiss etmisinizmi?

    Necə düşünürsünüz, uşaqlıqda yaşadıqlarımız həqiqətənmi bizə bu qədər təsir göstərir? Ya olanlar elə keçmişdə qalır? Elə şeylər varmı ki, özünüz yaşamısınız deyə, gələcəkdə uşaqlarınızın yaşamaması üçün əlinizdən gələni etməyə hazırsınız?

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: "Hər bir insan uşaqlığı qədərdir"

    Məncədə cox doğrudu .Uşaqlıqda olanlar dərin iz buraxırlar.Bəzi şeylər var ki mən uşaqlarıma qətiyyən etmərəm.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Senior Member Mystery_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    393

    Re: "Hər bir insan uşaqlığı qədərdir"

    Ushaqliqda olann hadiselerin mence geleceklerine tesiri boyuk olur.Men ovladima peshe sechiminde menim etdiyim sehvi etmemesini tovsiye ederdim

    Təvazökar ol amma özünü heç vaxt UCUZ SATMA!!!
    Geriyə bax amma heç vaxt GERİ DÖNMƏ!!!
    Bağışla amma heç vaxt UNUTMA!!!
    Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!

  4. #4
    Junior Member
    Üyelik tarihi
    May 2012
    Mesajlar
    2

    Re: "Hər bir insan uşaqlığı qədərdir"

    Cox təsir eləyir.
    Uşaq vaxti anamla atamin mubahisə elədiyini xatirlayiram Belə olanda mən qaçıb gizli yerlərdə ağlayardım. İndi məni incidən şeylərdeən uzaq qaçıram, onlarla (problemlərlə) mübarizə aparmaga çətinlik çəkirəm. Bir az sıxışdırılanda ağlamağa başlayıram. Ümumiyyətlə hər bir övlad valideyinlərinin sənət əsəridir, onların əməllərinin nəticəsi...

  5. #5
    Junior Member
    Üyelik tarihi
    Nov 2012
    Yer
    Baki
    Mesajlar
    9
    uwaqliq temeldir. duzgun temel seni duzgun yawadar heyatda

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.