3 sonuçtan 1 ile 3 arası

Susmaq

  1. #1
    Senior Member Mystery_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    393

    Susmaq

    SUSMAQ-qəbul etməkdir xəbərsiz gələni;
    bəzən acı çəkməkdir,haqlı olduğunu bilə-bilə boyun bükməkdir,
    sözlərə küsməkdir, üzməmək üçün sevdigini...

    Susmaq- Dinləməkdir ala bildiyinə asi düşüncələri,
    bəzən gözyaslarını saxlamaqdır,hüznü sessizlige zəncirləməkdir,
    göstərməmək üçün topraga düşəni...

    Susmaq-Sevməkdir adını çəkə bilmədiyin kisini;
    bəzən güzəşt etməkdir,hicranıyla ürəyi daglamaqdır,
    getməsin deyə möhkəm-möhkəm örtməkdir ürəyini...

    Susmaq-Həbs etməkdir qalib gələ bilmədiyin çarəsizliyi,
    bəzən gələcəyi gözləməkdir,xatirələr ugruna sinəyə çəkməkdir,
    dostluq adına, çiynəməkdir qürurunu...
    bəzən qaçıb getməkdir,həyatla qədəri birləşdirməkdir,
    təslim olub itirməkdir...

    Susmaq-çox vaxt susuruqçhətta lazım olan yerdə də susuruq,bizə yaxın olan insanların xətrinə dəyməmək üçün,kimisə incitməmək üçün.Belə bir atalar sozü var
    Danışmaq qızıldırsa susmaq gümüşdür.
    Amma bir şeyi də unutmayın ki,susmaq insanın içini dağıdır.

    Susmaq -bəzən sabaha məktubla göndərilmiş ümid məktubu olur. Bəzən ürəkdən danışarkən belə susur insan. Bütün sözlər, hərflər, danışıqlar otaqdakı boşluğu doldurmaq üçündür. Susmaq danışmaqdan daha çətindir əslində. Danışarkən istədiyin cümləni qurub istədiyin yerdə dayanıb nəfəslənirsən, istədiyində qışqırır, istədiyində hirslənir, istədiyində gülürsən, amma susarkən...Susarkən bütün qışqırıqların, hıçqırıqların, yalvarışların, üsyanların düyünlənib qalır bir yerdə.


    Bəs sizin üçün susmaq nədir və susaraq danışdığınız anlar olubmu?

    P.S Çalışağın sözümüzü vaxtında deyək.Çünki gecikdirəndə sözümüzün mənası itə bilər.Ya da artıq çox gec ola bilər.

    Təvazökar ol amma özünü heç vaxt UCUZ SATMA!!!
    Geriyə bax amma heç vaxt GERİ DÖNMƏ!!!
    Bağışla amma heç vaxt UNUTMA!!!
    Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Susmaq

    SUSMAQ-qəbul etməkdir xəbərsiz gələni;
    bəzən acı çəkməkdir,haqlı olduğunu bilə-bilə boyun bükməkdir,
    sözlərə küsməkdir, üzməmək üçün sevdigini...

    susmaq ele susmaqdır...susmaq bezen qarşındakını üzmemek ücündür..bezen düz başa düşülmür..
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Susmaq

    Susmaq -bəzən sabaha məktubla göndərilmiş ümid məktubu olur. Bəzən ürəkdən danışarkən belə susur insan. Bütün sözlər, hərflər, danışıqlar otaqdakı boşluğu doldurmaq üçündür. Susmaq danışmaqdan daha çətindir əslində. Danışarkən istədiyin cümləni qurub istədiyin yerdə dayanıb nəfəslənirsən, istədiyində qışqırır, istədiyində hirslənir, istədiyində gülürsən, amma susarkən...Susarkən bütün qışqırıqların, hıçqırıqların, yalvarışların, üsyanların düyünlənib qalır bir yerdə.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.