2 sonuçtan 1 ile 2 arası

Duyğusallıq ağlı necƏ örtƏr?

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    Duyğusallıq ağlı necƏ örtƏr?

    DUYĞUSALLIQ AĞLI NECƏ ÖRTƏR?

    Əlbəttə hər insan, sevgi, şəfqət, mərhəmət, qorxu kimi duyğularla birlikdə yaradılmışdır. Bu duyğulara sahib olmaq insani bir xüsusiyyətdir. Bizim burada vurğulamaq istədiyimiz mövzu isə, insanın sağlam və sabit ruh halına sahib ola bilməsi üçün, bu duyğularını imanı və ağlı ilə idarə etməsi, istiqamətləndirməsi lazım olduğudur. Məsələn, sevgi insana, ən əvvəl onu yoxdan var edən, özünə hesabsız ruzi və nemət verən və ona sonsuz xoşbəxtlik dolu bir həyat vəd edən Allaha qarşı duyması üçün verilmişdir. Daha sonra da Allahı sevən və Allahın da özlərini sevdiyi kəslərə qarşı, yəni möminlərə qarşı yönəldilməsi lazım olan bir duyğudur sevgi. İnsanlara qarşı yönəldilən sevgidə ölçü şəxsin Allaha olan yaxınlığı, Allahın sərhədlərini qorumaqdakı diqqəti, Allah qorxusu yəni təqvasıdır. Bütün bu sevgilər də yenə Allah üçün və Allahın təcəllilərinə qarşı yönəldilən sevgilərdir. Allaha və dinə qarşı düşmənlik bəsləyənlərə qarşı gizli sevgi bəslənməsi Quranda möminlərə haram qılınmışdır.

    Eyni şəkildə Allah möminlərə ancaq Özündən qorxmalarını, başqa heç kimdən və heç bir şeydən qorxmamalarını əmr etmişdir, çünki hər kəsin və hər şeyin varlığı Allahın hakimiyyətindədir, Allahdan başqa heç bir güc və qüvvət sahibi yoxdur, bu səbəbdən özündən qorxulmağa layiq başqa bir varlıq da yoxdur.



    Ağıllı davranmaqdan uzaqlaşıb, duyğularının idarəsinə qapılan insan asanca hiddətlənə bilər, kin bəsləyə bilər və hətta güc tətbiq edə bilər. Halbuki iman edən ağıllı insan, Allahın əmri gərəyi "hirsini udub yatışdırar", daim etidallı olar.

    Bir başqa nümunə olaraq da qəzəblənmə duyğusunu verə bilərik. Qəzəblənmək insanlara qarşı edilən haqsızlıqlara, ədalətsizliklərə, Allaha və dinə qarşı göstərilən düşmənçiliklərə, zülmlərə qarşı möminlərin məsuliyyət və vətənpərvərlik hisslərini oyadan, hərəkətə keçirən bir duyğudur, lakin möminin vətənpərvərlik hisslərini hərəkətə keçməsi hər zaman, ağıl, etidal və gözəl əxlaq çərçivəsində reallaşar. Heç vaxt mömini ədalət və mərhəmətdən uzaqlaşdırmaz. Mömin qəzəbinə qapılıb haqsızlığa qarşı haqsızlıq, zülmə qarşı zülmlə cavab verməz, ədalətsizliyə sapmaz. Necə ki belə etməsi Quranda qadağan edilmişdir.

    Duyğuları ilə davranan insan isə bəzən öz mənfəətinə maneə olacaq çox sadə bir mövzuda belə qəzəblənə bilər. Hadisələr öz istədiyi kimi reallaşmadıqda, kimsə onun istədiyi bir şeyi etmədiyində ani bir qəzəblə hərəkət edə bilər. Qəzəbinə görə, heç gözlənilməyən bir anda mühakimə və düşüncəsi tamamilə bağlanıb, fövri davrana bilər.

    Göründüyü kimi insan, Allahın özündə yaratdığı duyğuları yenə Allahın razılığına əsasən istiqamətləndirməlidir. Yəni Allahın razı olmadığı bir sevgi anlayışını, bir qorxu, ya da qəzəbi özündə saxlamamalıdır. Əks halda Allahın göstərdiyi deyil, duyğularının göstərdiyi yolu mənimsəmiş olar. Bu da başlı başına bir şirkdir.

    Budur insanda yaradılışdan bəri var olan bu duyğular, ağılın idarəsindən çıxdıqda, duyğusallıq dediyimiz xəstəlik başlayır. O insanın davranışlarını, danışıqlarını, hərəkətlərini, düşüncə tərzini, hadisələrə baxışını duyğuları idarə etməyə başlayır. Bu nöqtədə adam artıq ağlının idarəsindən çıxmış, duyğularının idarəsinə girmişdir. Belə insanın duyğuları ağlının önünə sədd çəkmiş, ağlını örtmüşdür.



    Duyğusal insanların əksərən əli qolu bağlı oturan, yalnız ağlamaqla kifayətlənən, şikayət edən, amma bu şikayətlənmələri,narahatlıqları yalnız sözdə qalan kəslər olduqlarına şahid olarıq.

    Bu insanlarda özünə acıma hissi o qədər çoxdur ki,heç bir səbəb olmasa da özlərinə ağlayıb sızlanacaq bir mövzu meydana gətirə bilərlər.

    Heç bir Qurani ölçü güdmədən sevdiyi insana ölümünə aşiq olan bir adamın, ya da müdirindən, ərindən, hər hansı birindən şiddətlə qorxan bir kimsənin, və ya qəzəbdən gözü dönmüş bir insanın əlbəttə ki, bu ruh halıyla ağıllı davranışlar etməsi mümkün deyil, çünki bu kəslər sərhəd və ölçü tanımayan duyğularının əsiri olmuşlar və bunun nəticəsində də ağılları bağlanmışdır.

    Duyğusallıq insanı gerçəklərdən uzaqlaşdırır. Duyğusal insanların ən diqqətə çarpan xüsusiyyətlərindən biri gerçək olmayan bir dünyada yaşamaq istəkləridir. Bu ruh halındakı bir kimsə xəyal aləmində yaşayır kimidir. Gerçəklərlə arasındakı əlaqə son dərəcə zəifdir. Ağlın və məntiqin yerini duyğular, gerçəklərin yerini isə xəyallar almışdır. Bu baxımdan duyğusal bir adamla dialoq qura bilmək, ona məsləhət vermək, tövsiyə etmək o qədər də mümkün olmaz. Əslində duyğusallıq, psixiatriya dilində "şizofreniya" olaraq bilinən ruh xəstəliyinin, yüngül bir şəklidir. (Daha əvvəl də ifadə etdiyimiz kimi, şizofreniya xəstələri, gerçəklərdən tamamilə qopar və öz xəyal dünyaları içində yaşayarlar.)

    Romantik kəslərin vəziyyətini televiziya qarşısında film seyr edən bir kimsənin ağlamasına bənzədə bilərik: Belə bir kimsə artıq gerçəklərdən o qədər uzaqlaşmışdır ki, bu filmdə oynadığı roldan pul alan, hətta bəlkə gerçək həyatda hər cür pis əxlaq xüsusiyyətini üzərində daşıyan bir insanın filmdəki roluna görə əzab çəkdiyi üçün ona kədərlənməkdə, hətta bu kimsə üçün ağlamaqdadır. Ağıllı bir adamın əsla içinə düşməyəcəyi bu vəziyyət duyğusal bir zehniyyətin insanı gerçəklərdən nə cür qopardığını, nə qədər sağlamsız düşünməyə sövq etdiyini açıqca göstərir. Bu yalnış dünyagörüşü gündəlik həyatda yaşanan hadisələrə də əks olunur.



    Duyğusal insanların əksəriyyətlə əli qolu bağlı oturan, yalnız ağlamaqla kifayətlənən, şikayət edən amma bu şikayətlənmələri, narahatlıqları yalnız sözdə qalan kəslər olduqlarına şahid olarıq. Məsələn bir yaxınının qəzaya düşdüyü xəbəri gəlir, bunda mütləq bir xeyir olduğunu, ardından da necə kömək edə biləcəyini düşünmək yerinə, duyğusal bir adam ağlamaya başlayır, huşunu itirir. Sağlamlıqla əlaqədar lazımlı tədbirlər alınmışmı, həkim çağırılmışmı, dərman varmı kimi ağıllı suallar vermək, vəziyyətin həssaslığını və edə biləcəyi köməyi öyrənmək yerinə, şəxsən özü təsəlliyə, köməyə möhtac mövqeyə düşər.

    Və ya yanında birinin birdən pisləşdiyini görər, amma bu adama ilk yardım etmək, təcili yardım çağıracağına təlaşlanmağa, çaxnaşma yaratmağa, heyifslənməyə, şüursuz və ağılsız reaksiyalar verməyə başlayır. Özündən olanları izah etməsi istəndiyində hadisəni belə söyləyə bilmir, qısacası yaşadığı duyğusallıq onun ağlını örtdüyündən belə bir adamla bütün əlaqə kəsilər.

    Ya da özünün əhəmiyyətli bir narahatlığı vardır, ancaq bunu bildiyi halda həkimə getdiyində ciddi bir xəstəlik diaqnozu ilə qarşılaşacağını, belə bir vəziyyətdə də qorxub kədərlənəcəyini düşünərək xəstəliyinin əlamətlərini əhəmiyyətli hesab etməz. Ağıllı davrandığında ala biləcəyi tədbirləri görməməzlikdən gələrək, xəstəliyini müalicə etdirmə fürsətini itirə bilər.



    Duyğusal insanların ən diqqətə çarpan xüsusiyyətlərindən biri də, qarşılaşdıqları problemlər qarşısında çarəsiz qalmaları, dərhal pessimist bir ruh halına düşmələridir.

    Duyğularıyla deyil ağlıyla hərəkət edən, təvəkküllü insanlar isə, hər hadisə qarşısında bənzəri olmayan,saysız çarə tapa bilərlər.

    Nümunələrini daha da çoxalda biləcəyimiz duyğusal kəslərin göstərdikləri bu tərz ağılsız reaksiyalar, həqiqi olmayan düşüncə və məntiqlər son dərəcə ciddi -həyati- nəticələr də doğura bilir. Nəticədə bu kəslər şeytanın da təsiriylə ətraflarında baş verən və mənfi kimi görünən hadisələrdən elə sarsılırlar ki şəxsən özləri kömək edilməsi, təskinlik verilməsi lazım olan kəslər olurlar. Halbuki bir az ağıl istifadə edərək, yaşadıqları hadisələr qarşısında məqsədəuyğun qərarlar alıb problemləri həll edə bilmə imkanları vardır.

    Göründüyü kimi duyğusal kəslər ağılla çarələr tapan, insanları istiqamətləndirən deyil qorunan, müdafiə olunan, insanlara yük olan kəslərdir. Bütün bunların nəticəsində də bu kəslər ağlını istifadə edə bilməyən, daxilən bədbəxt, narahat, ətraflarına problem olan kəslər olarlar. Məsələn duyöusal bir adam yanında köməyə möhtac biri olduğunda, bu adama köməknetmək yerinə heyfslənməyi, ", vay vay, heyf" kimi ifadələr istifadə etməyi kafi görər. Belə bir vəziyyətdə ağıl tamamilə geri plana atılmışdır. Bu səbəbdən də bu anlayışdakı bir kimsədən gerçək mənada bir fayda gözləmək səhv olar.

    Allah Quranda bu kimi insanlarla möminlərin fərqini belə izah edir:

    Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; Onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi? (Nəhl Surəsi, 76)



    Möminlər hadisələrə duyğusal deyil, ağıllı reaksiyalar verərlər və hər vəziyyətdə üstdəki ayədə ifadə edildiyi kimi "ədaləti əmr edər", yəni doğru olanın edilməsini təmin edərlər. Yaşadıqları hər hadisənin Allahın təqdiriylə olduğunu bildiklərindən və Allahın özləri üçün dilədiyinin xaricində heç bir şeyə güclərinin çatmayacağının şüurunda olduqlarından, bunun təslimiyyəti və rahatlığı içində etidallarını heç zaman itirməzlər. Gözlənilməz bir reaksiya verməz, ümidsizliyə əsla qapılmaz, pessimist bir üsluba düşməzlər. Çatışmazlıq kimi görünən hadisələri belə Allahın özləri üçün bir gözəllik olaraq yaratdığının fərqindədirlər.

    Duyğusallığın təhlükəli cəhətlərindən biri də bu adama yaşadığı ruh halının yalnış olduğu izah edilmək istənildiyində, bunu qətiyyən qəbul etməməsi, hətta belə bir ehtimalı dinləməyi də ən başdan rədd etməsidir. Duyğusal bir kimsə kənardan bildirilən hər cür fikrə elə bağlıdır ki, dərhal haqsızlığa uğradığı hissinə qapılaraq ya kədərlənib ağlamağa başlayar, ya da küsüb bir küncə çəkilər və içinə qapanar. Bu baxımdan duyğusal bir kimsəni nəinki tənqid etmək, bir şeyi xatırlatmaq, bir tövsiyə etmək belə mümkün olmaz.



    Duyğusallıq, insanlara küsəyən bir xarakter qazandırır. Bunun nəticəsi olaraq bu kəslər hər deyilənin altında özlərinə fərqli bir mesaj olduğunu düşünərək, ürəklərində son dərəcə fərqli və şişirdilmiş nəticələrə gələ bilərlər. Həmçinin heç bir izah etmədən uzun müddət danışmamaq, üzünü turşutmaq, salamlaşmamaq kimi uşaqlar kimi etiraz üsullarından istifadə edə bilirlər. Bununla yanaşı doğru düşünə bilmədiklərindən, ya da gerçəklərlə üz-üzə gəlməkdən çəkindiklərindən ötrü özlərini tənqid edib özlərini düzəltmələri də mümkün olmaz.

    Bir az əvvəl də ifadə etdiyimiz kimi bu zehniyyətdəki kəslər özlərinə deyilən hər sözü, ya özlərinə edilmiş bir haqsızlıq olaraq qiymətləndirərlər, ya da ümidsizliyə qapılaraq özlərinə böyük bir sıxıntiya çevirərlər. Necə ki, Allah özlərinə bədbəxtliyi seçən bu cür kəslərdən bir ayədə belə bəhs etməkdədir:

    Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. (Əla Surəsi, 10-11)



    Şeytan, verdiyi vəsvəsələrlə duyğusal insanları asanca yönləndirir.

    Onları ümidsizliyə və çarəsizliyə salır.

    Nəticədə, ağıllarını istifadə etməydikləri üçün duyğularının əmrinə düşən və buna görə gündən-günə ağılları daha da örtülən kəslərin bu hallarından təmizlənmədikcə dini qavramaları və yaşamaları mümkün deyil, çünki Peyğəmbər (səv)ın da ifadə etdiyi kimi, "Ağlı olmayanın dini yoxdur." Duyğusal, ağılsız insan sağlam mühakimə qabiliyyətindən, doğru-dürüst məntiqdən məhrumdur. Mömin üçün çox açıq olan bir mövzuda ziddiyyətlərə, vəsvəsələrlə qapılar. Təmiz ağıl sahibləri üçün bir öyüd olan Quranı anlaya bilməz, ondan öyüd ala bilməz, Allahı gərəyi kimi təqdir edə bilməz, özünün ətrafında, kainatda baş verən hadisələrin yaradılış hikmətlərini, dünyanın, cənnətin, cəhənnəmin yaranma səbəblərini qavraya bilməz. Allahdan başqa ilah olmamasının nə mənanı verdiyini anlaya bilməz. Bu şüursuzluqdakı bir kimsənin hər fikri, hər düşüncəsi, hər məqsədi, hər niyyəti, hər davranışı özünü bir şirkdən başqa bir şirkə sürüyər.

    Bu, şeytanın insanları Allahın yolundan sapdırma üsullarından biridir. Quranda şeytanın insanları cəhənnəmə aparmaq üçün hər cür üsuldan istifadə edəcəyi belə bildirilmişdir:

    Allah (şeytana) lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir. (Nisa Surəsi, 118-120)

    Allahın bu ayələrini bilərək şeytanın vəsvəsələrindən üz çevirən, bu səbəbdən duyğularının təsirinə qapılmadan ağlını istifadə edən bir kimsə gerçəkləri dəqiq və aydın şəkildə görər, bu istiqamətdə hərəkət edər. Duyğusal, bu səbəbdən ağlı örtülmüş bir kimsənin çıxılmaz vəziyyətdə qaldığı, çox qarışıq, ziddiyyətli, açıqlanması mümkün olmayan zənn etdiyi bütün məsələlər, ağıllı bir möminin gözündə son dərəcə asan, açıq, dəqiq və sadədir. Duyğularına qapılmış kəslər, ağıllarını bir kənara atmış, özlərini şeytanın cadusuna və iradəsinə təslim etmiş şəkildə şirkin qaranlığı və bataqlığı içində əbədi əzablarına doğru sürünməyə davam edərlər.
    (məqalə harun yahya)

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Duyğusallıq ağlı necƏ örtƏr?

    Bu movzu her zaman menim uçun prioritet movzulardan sayilir.
    Yazini bashdan sona qeder oxudum, yazdiqlariniz tamamen dogrudur, ancaq meseleye sadece bir tefeli yanashilib. Bu meseleye muxtelif askpektlerden baxmaq lazimdir.
    En dogrusu duygu ile mentiqi (agli) tarazlaya bilmekdir. Cox vaxt hedden ziyade mentiq ve agilla hereket etdikde insanlara qarshi sert olmaga, problemlere bigane yanashmaga, egoizme getirib çixarir.
    Insan agli ile birge duygulari ile de yaradilmishdir. Unutmayaq ki, hessassizliq ve duygusuzluq shefqet ve merhemet hissinden uzaq olmaga getirib çixarir, hansi ki, mehz bu gozellikler dunyani xilas edir. Eslinde aglin ve mentiqin de getirdiyi belalar var. Misal uçun : Nefsine qurban olmaq. Sevdiyini ve sevdiklerini maddiyyat ugruna terk etmek. Ireliye getmek uçun digerlerini istismar etmek, onlardan faydalanmaq, birinci olmaq ve ya ambisiyalar ugruna egoist olmaq, yaltaqlanmaq, keskin maddiyyatçi olmaq ve s.
    Tebii ki, sadaladiqlarim saglam aglin keyfiyyetleri deyil, ancaq bu hallar mehz duygusuzluqdan dogur.

    Ve netice :

    Hedsiz duygusalligin ve hedsiz agilli davranmagin menfi neticeleri olur. En esasi ikisi arasinda tam tarazligi tuta bilmekdir. Lazim gelen hallarda mentiqini, lazim gelerse de duygularini ishe salmaqdir. Her ikisini de saglam shekilde saglam yonlere, gozel sheyler ugruna serf etmekdir.

    Filme baxarken tesirlenen insanlar mence aktyorlara deyil, bu filmlerde bash verenlerin heyatda da bash verdiyini anlayan, filmdeki anlari heyatdaki anlarla korpuleshdiren insanlar oldugu uçun goz yashi axidirlar. Filmler de heyatdan goturulur.

    Coxsagolun.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.