Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır.

İnsan nəfsinindiqqətlə düşünməli olduğumuzəhəmiyyətli bir xüsusiyyəti var. Qarşımıza yaxşı hadisələr çıxdıqda, ətrafımızda həmişə gözəllik gördükdə, hər şey hər zaman istədiyimiz kimi, sevincimizə səbəb olacaq şəkildə baş verdikdə böyük məmnuniyyət hissi keçirərik. Amma bu zaman bəzi insanlar başına gələn belə gözəl hadisələrin, özündən qaynaqlandığına inanar. Məhz çox çalışdığı, yaxşı insan olduğu, bir çox mövzuda diqqət və əmək sərf etdiyi, ağıllı və tədbirli davrandığı üçün işlərinin də həmişə ümid etdiyi kimi müsbət şəkildə irəlilədiyini düşünər. Bir sözlə, əldə etdiyi bütün uğurlara layiq olduğunu düşünür.

Ancaq, həmin insan istəmədiyi hadisələrlə qarşılaşdıqda, işləri istədiyi kimi nəticə vermədikdə, maddi vəziyyəti aşağı düşdükdə, çətinliklər meydana gəldikdə, “bütün bunlara layiq olduğu üçün başına gəldiyi” qənaətində olmaz. Tam tərsinə, qarşılaşdığı uğursuzluqlara layiq olmadığı, haqsızlığa uğradığı, zərərə məruz qaldığı, hətta bütün bunların hər kəsə qarşı qəlbən təmiz olduğu üçün başına gəliyini düşünər. Hətta"haqsızlığa uğramış psixologiya"ya sahib olar.

Bu vəziyyətdəki insan çox vaxt bu sualları düşünməz: "Görəsən məndə bir çatışmamazlıq varmı? Mənim düşüncəm yalnış ola bilərmi? Başıma gələn hadisələr mənim bu səhv inancım və ya əxlaqımla əlaqədar ola bilərmi? Görəsən mən fərqli davransaydım, həyatımdakı müvəffəqiyyətlər və uğurlar daha fərqli olardımı? Bütün bunlara əxlaqımdakı qüsurlar səbəbindən məruz qala bilərəmmi?"

Halbuki insan bu şəkildə düşünsə və özünü səmimiyyətlə qınaya bilsə, əslində çox açıq olan gerçəyi görə biləcəkdir.

Allah Quranda, "Sizə üz verən hər bir müsibət, öz əllərinizlə qazandığınız günahların ucbatındandır! Allah (günahlarınızın) çoxunu əfv edər." (Şura surəsi, 30) buyurmuşdur.

Bu ayə insana qarşısına çıxan bütün hadisələrə ən doğru və əsaslı şəkildə qiymətləndirə biləcək dünyagörüşü qazandırır. Başqa bir ayədə Allah, "Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir..." (Yunus Surəsi, 26) deyə bildirmişdir. İnsan ürəyini təmiz tutduğu və səmimi olduğu halda, həyatındakı hər hadisədə Allahın rizasını axtararaq baxdığı halda, bütün hadisələri Quran əxlaqı ilə qiymətləndirdiyi zaman və insanlara da yalnız Quran əxlaqına əsaslanan dünyagörüşü ilə yaxınlaşırsa, Allah bu adamın həyatındakı gözəllikləri mütləq artıracaq.

Əgər niyyəti yaxşı deyilsə, səmimi olaraq Quranı ölçü götürmək əvəzinə, cahiliyyə əxlaqını nümayiş etdirirsə, hadisələri də cahiliyyənin dəyər mühakimələri və qaydalarıyla qiymətləndirirsə, əlbəttə ki, bu adamın həyatında qarşılaşacağı hadisələr və yaşayacaqları da, eynilə bu şəkildə olacaqdır. Özühansı əxlaqı nümayiş etdirirsə, bütün bunlar hər hansı bir şəkildə onun həyatında əks olunacaqdır.

Quranda çox açıq şəkildə bildirilmiş bu həqiqətin unudulmaması çox əhəmiyyətlidir. İnsan daim özünü düşünürsə,əldə etdiyi uğurlara layiq olduğunu, başına gələn çətinliklərə əsla layiq olmadığı kimiyanlış fikirlərə qapılmağa çox meyllidir. Halbuki nəfsindəki bu təlqlərinin doğru olmadığını anlaması üçün , Qurandakı bu ayələri düşünməsi kifayətdir.

Allah sonsuz şəfqət, mərhəmət sahibidir. Rəhməti hər yeri və hər şeyi əhatə etmişdir. Qullarını sonsuz sevən, onlara gizli və açıq yollardan daim yaxşılıq, gözəllik çatdırandır. İnsanın hər anı Allah sevgisini görə biləcəyi minlərlə detalla doludur. Allah sonsuz ədalət sahibidir.

Allah dünyanın ən böyük pis əməllərini icra edən bir insana belə mərhəmət edən və ona qurtuluş yollarını göstərəndir. Ona hər an yeni fürsətlər yaradır, pis əməllərdən çəkindirir, peşman olub imtina etməsi üçün vicdanıyla hər an ona doğru olanları ilham edir.

İnsanın Allahın əxlaqındakı bu sonsuz mükəmməlliyi görüb, Allahın ədalətinə tam təslim olması lazımdır. Əgər bir insanın həyatında bəzi çatışmamazlıqlar varsa, bunun həllini öz əxlaqında axtarmalıdır. Allahı daha çox sevməyə, Allahın istədiyi əxlaqı daha dərindən yaşamağa, ürəyində kiçik də olsa hər hansı bir neqativ düşüncə buraxmamağa, hər hadisəyə yalnız Quran əxlaqı ilə yanaşmağa və bütün həyatını Allahın istədiyi kimi yaşamağa niyyət etməlidir. O zaman -Allahın vəd etdiyi kimi- həyata keçirdiyi bütün yaxşı əməllərin dünyada da, axirətdə də daha yaxşı şəkildə əvəzini tapacaq inşaAllah.

Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik! (Nəhl Surəsi, 97)
(məqalə harun yahya)