Bir cavan şəxs yeni aldığı Mersedes-Benz-ində hərəkət edərkən, avtomobilin təkəri buraxır. Təkəri dəyişmək istəyəndə domkratın olmadığını görür. “Heç olmaz, yaxınlıqdakı evlərin birinə gedib, xahiş edərəm verərlər”- deyə fikirləşir. “Ola bilsin ki, kömək istəyəcəyim adam, avtomobilimi görüb domkrata görə məndən pul istəsin” – deyə öz-özünə fikirləşir. “Bu cür avtomobil, üstəlikdə mənim kimi geyimli keçimli adam, yəqin ki, 10 manat istəyər. Yox hətta 50 manat da istəyə bilər, çünki o görəcək ki, mənim domkrata həqiqətən də ehtiyacım var. O, mənim ona ehtiyacım olduğumu gördükdən sonra, məndən bir neçə yüz manat da istəyə bilər”. Yoluna davam etdikcə, ona deyiləcək qiymət də qalxırdı. Artıq yaxındakı evə çatdıqda, evin yiyəsi qapını açar-açmaz adam onun üstünə qışqırır: “Siz fırıldaqçı oğrusunuz! Domkrat bu qiymətə ola bilməz! Alın bu pulları!”

Kim deyə bilər ki, o ömründə heç bu cür fikirləşməyib? buyurun...