Pul… Bu bizim sivilizasiyanın icadıdır, halbuki onsuz da ötüşmək olardı. Və pullar ta qədimdən insanların fikir ayrılığına gətirən bir mövzulardandır. Varlı olmaq yaxşıdır yoxsa pis? Pul ümumiyytele ne mena kesb edir? Bir çoxları bu sualları cavabsız qoymayıblar. Pul barədə ən məşhur aforizmləri sizlərə təqdim edirem...
Pul heç də dünyada ən önəmli şey deyil. Ən önəmlisi sevgidir. Xoşbəxtlikdən, mən pulları sevirəm.
(Jeki Meyson)
Əgər siz banka $100 borclusunuzsa, o sizin şəxsi probleminizdir; əgər siz banka $100 milyon borclusunuzsa, bu artıq bankın problemidir.
(JP Getty)
Sizin dərinizin nə rəng olduğunun heç bir fərqi yoxdur. Məna daşıyan yeganə rəng yaşıldır.
(Amerikalıların atalar sözü)
Əgər siz pulun dəyərini anlamaq istəyirsinizsə, onları kiməsə borca verin.
(Benjamin Franklin)
İstədiyim bir şey var-mənə sübut edin ki, pullar məni xoşbəxt etməyəcək!
(Spayk Milliqan)
:D :D :D mende axirincinin subut olunmasin istiyerdim :D :D