2 sonuçtan 1 ile 2 arası

3 sual və 1 cavab

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    3 sual və 1 cavab

    Mövlana Cəlaləddin-i Ruminin hüzuruna fəlsəfəçilərdən bir qrup gəldi. Sual soruşmaq istədiklərini bildirdilər. Mövlana həzrətləri bunları Şəmsi Təbrizə həvalə etdi. Onun yanına getdilər. Şəmsi Təbrizi həzrətləri məsciddə, tələbələrə bir kərpiçlə təyəmmüm necə ediləcəyini göstərirdi. Gələn fəlsəfəçilər üç sual soruşmaq istədiklərini bildirdilər, Şəmsi Təbrizi;

    "Soruşun" deyə buyurdu. Onlardan birini başçı seçdilər. Hamısının adına o soruşacaqdı.
    Soruşmağa başladı:
    "ALLAH var deyirsiniz, amma görünməz, göstərin inanaq."
    Şəmsi Təbrizi həzrətləri;
    "O biri sualınızıda verin!" buyurdu.
    O;
    "Şeytanın oddan yaradıldığını söyləyirsiniz, sonra da odla ona əzab ediləcək deyirsiniz heç odda oda əzab edərmi?" dedi.
    Şəmsi Təbrizi;
    "Yaxşı o birisini də soruş!" buyurdu.
    O;
    "Axirətdə hər kəs haqqını alacaq, əməllərinin cəzasını çəkəcək deyirsiniz. Buraxın insanları canları nə istəyirsə etsinlər, qarışmayın!" dedi.
    Bunun üzərinə Şəmsi Təbrizi, əlindəki quru kərpici adamın başına vurdu. Sual soruşmağa gələn filosof, dərhal şikayətçi oldu.
    Və;
    "Mən, sual soruşdum, o başıma kərpic vurdu." dedi.
    Şəmsi Təbrizi;
    "Mən də yalnız cavab verdim." buyurdu.
    Qazı bu işin şərhini istədi. Şəmsi Təbrizi belə izah etdi:
    "Əfəndim, mənə ALLAHu təalanı göstər də inanım, dedi. İndi bu fəlsəfəçi, başının ağrısını göstərsin görək."
    Fəlsəfəçi çaşaraq;
    "Ağrıyır, amma göstərə bilmirəm." dedi.
    Şəmsi Təbrizi;
    ''Budur, ALLAHu təala da vardır, lakin görünməz.''
    Yenə mənə, şeytana odla necə əzab ediləcəyini soruşdu. Mən buna torpaqla vurdum. Torpaq onun başını ağrıtdı. Halbuki öz bədəni də torpaqdan yaradıldı.
    Yenə mənə;
    "Buraxın hər kəsin canı nə istəsə onu etsin. Buna görə bir haqq olmaz." dedi. Mənim canım onun başına kərpici vurmaq istədi və vurdum. Nə üçün haqqını axtarır? Axtarmasın! Bu dünyada kiçik bir məsələ üçün haqq axtarılsa, o sonsuz olan axirət həyatında nə üçün haqq axtarılmasın? "Buyurdu.

    Filosof, bu gözəl cavablar qarşısında pərt olub, söz söyləyə bilməz hala düşdü.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: 3 sual və 1 cavab

    ibrətamiz hekayədir tşk
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.