3 sonuçtan 1 ile 3 arası

Həyat=qəhvə

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Həyat=qəhvə



    Yüksək səviyyədə öz peşələrinə yiyələnmiş, işlərini qurmuş, nüfuzlu universitetlərin birində təhsil alan tələbələr ziyarət üçün onlara dərs deyən yaşlı professorun evinə qonaq gedirlər. Görüş əsnasında söhbət işdən düşür və tələbələr işlərinin çoxluğundan və həyatın mürəkkəbliyindən şikayətlənməyə başlayırlar.

    Profesor onlara diqqətlə qulaq asır və bir anlıq qalxır mətbəxə gedir. Bir neçə dəqiqədən sonra əlində qəhvədan və üzərində cürbəcür formalarda fincan olan məcməyi ilə geri qayıdır. Fincanların bəziləri bahalı, bəziləri ucuz olur. Adi və fərqli
    Tələbələr fincanları paylaşdırdıqdan sonra professor onlara tərəf çönür və deyir:
    Fikir verin siz hamınız gözəl və bahalı fincanları götürdünüz lakin adi və ucuz fincanlara baxan olmadı
    Bu sizin üçün təbii ki, normaldır - özün üçün ən yaxşısını istəmək
    Ancaq onu düşünə bilmirsiniz ki, sizin bütün çətinliklərinizin mənbəyi elə bundadır.
    Anlayın ki, fincan öz özünə qəhvəni mükəmməl etmək gücünə sahib deyil. Onun sadəcə özəlliyi qiymətinin bahalı olmasında və ya formasının fərqli olmasındadır. Bəzən də içdiyimizin həqiqətdə nə olduğunu gizlədir. Ancaq həqiqət budur ki, sizin istədiyiniz sadəcə qəhvə idi, fincan yox. Ancaq siz bilərəkdən ən yaxşı fincanları seçdiniz daha sonra isə bir birinizə baxdınız ki, kimə daha yaxşı fincan çatıb…

    İndi isə düşünün: həyat – qəhvədir,
    Iş, pul, mövqe, cəmiyyət – bunların hamısı isə fincandır.
    Bu isə sadəcə həyatınızı təmin etmək üçün bir vasitədir.
    Bizim hansı fincana sahib olmağımız həyatımızın səviyyəsini nə dəyişir nə də təyin edir. Bəzən fikirlərimizi ancaq fincana toplamaqla, qəhvənin ləzzətindən həzz almağı unuduruq.
    Ən xoşbəxt insanlar hər şeyin ən yaxşısına sahib olanlar deyil, əllərində olanlardan ən yaxşısını hasil edənlərdir...


    Bu hekayəni oxuyarkən bu günki günə verdiyimiz dəyər gözümün önünə gəldi. Yəni biz sabahımızı düşünərkən bu günümüzdən həzz almağı, bu günümüzü qiymətləndirməyi unuduruq. Bəlkə sabahımız heç olmadı. Bəlkə sabah daha pis hallarla qarşılaşdıq. O zaman bu günümüzə vermədiyimiz dəyərə görə peşman olacağıq.
    Gəlin daha çoxu və ya daha yaxşısı üçün deyil, əlimizdə olanlara da qiymət verməyə çalışaq

    Yüksək səviyyədə öz peşələrinə yiyələnmiş, işlərini qurmuş, nüfuzlu universitetlərin birində təhsil alan tələbələr ziyarət üçün onlara dərs deyən yaşlı professorun evinə qonaq gedirlər. Görüş əsnasında söhbət işdən düşür və tələbələr işlərinin çoxluğundan və həyatın mürəkkəbliyindən şikayətlənməyə başlayırlar.

    Profesor onlara diqqətlə qulaq asır və bir anlıq qalxır mətbəxə gedir. Bir neçə dəqiqədən sonra əlində qəhvədan və üzərində cürbəcür formalarda fincan olan məcməyi ilə geri qayıdır. Fincanların bəziləri bahalı, bəziləri ucuz olur. Adi və fərqli
    Tələbələr fincanları paylaşdırdıqdan sonra professor onlara tərəf çönür və deyir:
    Fikir verin siz hamınız gözəl və bahalı fincanları götürdünüz lakin adi və ucuz fincanlara baxan olmadı
    Bu sizin üçün təbii ki, normaldır - özün üçün ən yaxşısını istəmək
    Ancaq onu düşünə bilmirsiniz ki, sizin bütün çətinliklərinizin mənbəyi elə bundadır.
    Anlayın ki, fincan öz özünə qəhvəni mükəmməl etmək gücünə sahib deyil. Onun sadəcə özəlliyi qiymətinin bahalı olmasında və ya formasının fərqli olmasındadır. Bəzən də içdiyimizin həqiqətdə nə olduğunu gizlədir. Ancaq həqiqət budur ki, sizing istədiyiniz sadəcə qəhvə idi, fincan yox. Ancaq siz bilərəkdən ən yaxşı fincanları seçdiniz daha sonra isə bir birinizə baxdınız ki, kimə daha yaxşı fincan çatıb…

    İndi isə düşünün: həyat – qəhvədir,
    Iş, pul, mövqe, cəmiyyət – bunların hamısı isə fincandır.
    Bu isə sadəcə həyatınızı təmin etmək üçün bir vasitədir.
    Bizim hansı fincana sahib olmağımız həyatımızın səviyyəsini nə dəyişir nə də təyin edir. Bəzən fikirlərimizi ancaq fincana toplamaqla, qəhvənin ləzzətindən həzz almağı unuduruq.
    Ən xoşbəxt insanlar hər şeyin ən yaxşısına sahib olanlar deyil, əllərində olanlardan ən yaxşısını hasil edənlərdir...


    Bu hekayəni oxuyarkən bu günki günə verdiyimiz dəyər gözümün önünə gəldi. Yəni biz sabahımızı düşünərkən bu günümüzdən həzz almağı, bu günümüzü qiymətləndirməyi unuduruq. Bəlkə sabahımız heç olmadı. Bəlkə sabah daha pis hallarla qarşılaşdıq. O zaman bu günümüzə vermədiyimiz dəyərə görə peşman olacağıq.
    Gəlin daha çoxu və ya daha yaxşısı üçün deyil, əlimizdə olanlara da qiymət verməyə çalışaq


    Bəs Siz necə?
    Əlinizdə olanları ən yaxşı etmək üçün, ya ən yaxşısı üçün çalışırsınız?
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    386

    Re: Həyat=qəhvə

    teşekürler .cox maraqli dersdi
    mence hami calişır ele mende.Tehvil verdiyimiz işi ele seviyyede elemeliyəm ki en azindan yeni işler gelsin

  3. #3
    Junior Member
    Üyelik tarihi
    May 2011
    Mesajlar
    1

    Re: Həyat=qəhvə

    slm ben türkiyeden murat

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.