6 sonuçtan 1 ile 6 arası

Məsuliyyət nədir?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Məsuliyyət nədir?


    Məsuliyyət qısaca, "fərdin uyğunlaşma təmin etməsi, üzərinə düşən vəzifələri yerinə yetirməsi və özünə aid bir hadisənin başqaları üzərindəki təsirlərinin nəticələrini boynuna götürməsi, başqalarının haqqlarına hörmət göstərməsi və öz davranışının nəticələrinə sahib çıxa bilməsi" olaraq təyin olunmaqdadır.

    Məsuliyyət sahibi uşaqlar:
    Öz qərarlarını verə bilən, qərar alarkən əllərindəki qaynaqları istifadə edə bilən, dəyər mühakimələrini güdən, müstəqil davrana bilən, özünə etibarlı, başqalarının haqqlarını tapdalamadan öz ehtiyaclarının qarşılaya bilən uşaqlardır. Etdiyi işi sonuna qədər aparan və etməkdə olduğu bir davranışın ola biləcək nəticələrinə dözməyi gözə alan uşağa məsul uşaq olaraq baxa bilərik.

    Məsuliyyət duyğusunun inkişafı:
    Məsuliyyəti öyrənmək də eynilə digər bacarıqları öyrənmək kimidir. Uşaq nə qədər çox sınasa bu mövzuda o qədər çox müvəffəqiyyətli olar. Uşağın öz özünü idarə edən, yüksək mənlik hörmətinə sahib, doyumlu bir fərd olaraq inkişafı, böyük ölçüdə ona təmin edilən fürsətlərə və valideynlər yanaşmasına bağlıdır.
    Valideynlər yaxşı niyyətlə yaxınlaşdıqlarını düşünərək uşaqları üçün hər şeyi etmələri lazım olduğuna inanarlar və onların bütün etdiklərindən özlərini məsul hiss edərlər. Yeməyindən geyiminə, ev tapşırıqlarından hobbi və yoldaş seçkilərinə qədər, uşaq adına hər şeyə qərar verərlər. Çünki onlara görə uşaqların davranışları öz ana atalıqlarının kafiliyini əks etdirər. Lakin uşaqlarını bütün nəticələrdən qoruduqları üçün onların öz etibarlarını və müstəqilliklərini yox edə bilərlər. Bir başqa ailə tutumu olan dəstəkləyici yanaşma, uşağın sərhədlər içində qərar verməsinə və bu qərarların məsuliyyətini daşımasına imkan tanıyar.Eyni zamanda öz intizamı, yəni öz özünü istiqamətləndirmə qabiliyyətini inkişaf etdirər. Bu tutumu mənimsəyən ailələr, evdəki işlər mövzusunda uşaqdan kömək gözlədiklərini açıqca ifadə edərlər. Beləcə başlanğıcda uşağın naşıca edəcəyi bu işlər, daha sonra təcrübəyə və məsuliyyətə çevriləcək. Bu səbəblə iki yarım yaşından başlayaraq tökə saça da olsa uşağın şorbasını öz başına içməsinə fürsət vermək, öz otağında öz yatağında yatmasına mühit hazırlamaq, süfrə hazırlama, alver, avtomobil təmizliyi kimi mövzularda onun köməyini gözləmək, "məsuliyyət" mövzusunda uşağı cəsarətləndirici və dəstəkləyici bir mühit təmin edər. Bu mühit, uşağın öz-özünə çatmasına və özünü idarə etməsinə fürsət verəcəyindən onun özünə olan etibarını da artıracaq. Uşağınızın əvvəlcə evdə bəzi məsuliyyətlər boynuna götürərək məsuliyyət şüurunun inkişafı, onun məktəb ilə əlaqədar məsuliyyətlərini də daha asan boynuna götürməsinə və qarşılaşa və qarşılaşa biləcəyi problemlərlə baş edə bilməsinə köməkçi olacaq.
    Ancaq məsuliyyət, başqalarının söylədiyi hər şeyi yerinə yetirmə olaraq düşünülməməlidir. Valideynlərinin, müəlliminin ya da ətrafınızdakı hər hansı birinin söylədiklərini yerinə yetirən uşağa məsul uşaq gözüylə baxa bilmərik. Bu şəkildə davranan uşaq, lazım olduğunda prioritet verməsi lazım olan mövzuların ayrı-seçkiliyini edə bilməz.


    Məsuliyyət qazandırmada ata-anaya düşən vəzifələr:
    Uşağınız sizinlə əməkdaşlıq etsə də,etməsə də şərtsiz sevgi nümayiş etdirin.
    Uşağınız hər nə etsə etsin ona dəyər verdiyinizi və qəbul etdiyinizi bilməsini təmin edin.
    Uşağınızın sizə asılı olduğunu düşünürsünüzsə qoruyucu tutumunuzu dəyişdirin.
    Davamlı məsuliyyətsiz davranan uşaqlar ana ataları tərəfindən məsul davranmalarına icazə verilməyən uşaqlardır.
    Uşağınızın öz davranışlarının məsuliyyətini almasına və yaxşı getməyən davranışlarını dəyişdirməsinə fürsət verin.
    Uşağınızın yaşına uyğun məsuliyyətlər siyahısı hazırlayın. Məsuliyyətini boynuna götürmək istədiyi işləri bu siyahıdan seçməsinə fürsət verin və onun doğru qərarlar verə biləcəyinə olan etibarınızı qoruyun. Bu siyahıdan seçki etməsi mövzusunda onu məcbur etsəniz ya da edəcəyi işləri siz seçsəniz məsuliyyət duyğusunu inkişaf etdirməniz çətinləşər.
    Ev ilə əlaqədar məsuliyyətləri uşaqlarınız arasında paylaşdırarkən ədalətli olun. Bunun ən yaxşı yolu işlərin sırayla edilməsidir.
    Uşağın qırıb tökməsinin və yaşadığı mənfi təcrübələrin öyrənmənin lazımlı şərti olduğunu unutmayın.
    Uşağınızın etdiyi səhv seçkilərin (həyatını təhlükəyə atmadıqca) nəticələrini yaşamasına icazə verin ki onlardan bəzi dərslər çıxara bilsin.
    Uşağınıza kömək edim deyərkən, onun məsuliyyətinin inkişafını maneə törədə biləcəyinizi unutmayın. Əgər işin necə edilə biləcəyini bilmirsə ona işin necə ediləcəyini nümayişin.
    Uşağınıza uyğun model meydana gətirin. Çünki məsuliyyət qazandırmaq istədiyiniz halda sizin məsuliyyətlərinizi yerinə yetirməməniz onu mənfi təsir edəcək. İşə yaramayan davranış, inanc və tutumlarınızı dəyişdirməyə istəkli olun.
    Uşağınız məsuliyyətlərini yerinə yetirmədiyi zaman nə kimi cəza və ya sanksiyalarla qarşılaşa biləcəyini söyləmək yerinə işini bitirdiyində onu mənəvi istiqamətdən dəstəkləyərək (afərin, çox gözəl oldu, təşəkkür edirəm kimi) güvən duyğusunun və məsuliyyət şüurunun inkişafını təmin edin.
    [

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Məsuliyyət nədir?

    Teshekkurler, beyendiyim movzulardan biridir, yazilarda heqiqet çoxdur.

    Mesuliyyetin formalashmasi birbasha ilkin sosiallashma (socialisation primaire) dovru ile elaqedardir. Bu dovr mektebde ve ailede bashlayir. Bu keçid dovrunde ushaqlarin mueyyen qeder mesuliyyetli boyumesi valideynlerin, muellimlerin, Dovletin mesuliyyetindedir.

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Məsuliyyət nədir?

    her bir insan her zaman mesuluyyet dasiyir .

    ana dunyaya evlad getirir onun ilk novbede en boyuk mesuluyyeti ovladina doqru qurust baxmaq ve duzgun terbiyye etmek ,

    ata eger aile bascisidirsa demek ailenin butun sorumluluqlari onun uzerine dusur , ailesini saxlamalidir her terefli temin etmelidir .

    oqlanlarin mesuluyyeti ondan ibaretdir ki , o , hem ailesine , hem de vetenine layiqli ovlad olmalidir .

    qizlarin mesuliyyeti ondan ibaretdir ki, onlar namuslu ve ismetli olmalidirlar .

    bu heyatda dunyaya gelen her 1 canli varliqin oz mesuluyyetleri var ve her bir kes oz mesuliyyetini basa dusse yasam o qeder asan olardi , onda yalanciliq da , firildaq da , oqurluq da , xeyanet de azalardi .

  4. #4
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Məsuliyyət nədir?

    Movzuya gore cox sag ol
    mene aid bir movzu idi
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  5. #5
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Məsuliyyət nədir?

    Ozum mesuliyyetli insanam.Mesuliyyetsiz insanlardan xoshum gelmir.Yashadigimiz heyati mesuliyyetle yashamaliyiq.Movzu ucun tesekkur.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  6. #6
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Məsuliyyət nədir?

    O qədər məsuliyyətliyəm ki,gəl görəsən,amma özümdən çox ətrafimdakilari düşünürəm,bu da yeri gələndə mənə mənfi təsir edir.Nə etsəm də bu zəifliyimi aradan qaldira bilmirəm.!

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.