4 sonuçtan 1 ile 4 arası

İki sualim...

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    İki sualim...

    Həyatımızda bəzən elə anlar olur ki, istəyimizə nail ola bilmirik. Bəzən bu istəklər əlimizin ulduza çatması kimi uzaq , bəzən isə sadəcə bizim inamlı səyimiz nəticəsində nail ola bilirik. Bəzən isə elə istəklər olur ki, onu yalnız maddi imkanımız imkan vermir qazanmağa.

    Uşaq olanda: “”niyə onun barbisi var amma mənim yoxdu?”
    “Niyə onun velosipedi var amma mənim yox?”

    Böyüdükcə istəklərimizdə böyüyür.
    “Niyə o ən son model palto geyinir amma mən köhnəsindən?
    Niyə o şəxsi avtomobildə gəzir mən isə avtobusda?”

    Bu cür sualları hər zaman valideynlərimizə söyləyirik. Sadaladığım bu istəkləri insan özü can atıb, pul qazanaraq əldə edə bilər. Bəzən valideyn qəlbən istəsə belə lakin maddi imkan buna imkan verə bilmədiyindən bizim istəyimizi reallaşdıra bilmir. Bu kimi hallarla valideyn üzləşəndə uşağın başını müəyyən yalanlarla aldadır. Uşaq uşaq olduğu üçün bu yalanlara inanır amma böyüdükdə bəzən bu istək hələ də onun qəlbində qalır.

    Bəzən fikir veririrk ki valideyn uşağına daha çox pul sərf edir. Hətta israfçılığa belə yol verir. Bu əsasən o valideynlər də olur ki, özləri uşaq olarkən istəkləri reallaşmayıb və indi öz övladlarına olduğundan daha çox geyim,oyuncaq və ya pul xərcləyirlər. Bu da elə bəzən ərköynlüyə bəzən isə uşağın pulun qədrini bilməməyi bu pulu çirkli şeylərə xərcləməyə sürükləyir.

    Sizin necə hansı arzunuz uşaqlıqdan ürəyinizdə qalıb?
    Siz valideyn olsanız uşağınızın istəklərinə bir sədd qoyarsınızmı?

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: İki sualim...

    Sizin necə hansı arzunuz uşaqlıqdan ürəyinizdə qalıb?
    Siz valideyn olsanız uşağınızın istəklərinə bir sədd qoyarsınızmı?


    menim butun arzularimi evdekiler hemise edibler , edirler ve edecekler de


    bax men ise men evladlarimi cox boyuk cercivede boyudecem . usaqliqdan onlari heddinden artiq yukleyecem , eh ne bilim bir gedek o vaxta cataq

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: İki sualim...

    Sizin necə hansı arzunuz uşaqlıqdan ürəyinizdə qalıb?--- buna cavab vermiyim en böyük arzum üreyimde qalib
    Siz valideyn olsanız uşağınızın istəklərinə bir sədd qoyarsınızmı?-- qoyardim. hər şeyin həddi olmalidi.Amma hed qoymaninda yollari var mence.Birine onu eleme desen o, o şeyi etmeye can atar.Mən başa salardim izah ederdim.Nəticədə uşağım özü ondan el cekerdi...men bele düşünürem.İnşallah elede olar
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Junior Member
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    5

    Re: İki sualim...

    Bu dunyada qollarini cirmalayib ireli geden insanlar istedikleri muhiti tapan tapa bilmedikde ise quran insanlardir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.