9 sonuçtan 1 ile 9 arası

Ikiüzlü insanlar...

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Ikiüzlü insanlar...

    Canlı həyat faktları yaltaq,ikiüzlü adamların bəzi hallarda müvəqqəti də olsa həqiqətən müvəffəqiyyətlər qazandığını göstərir.Lakin yenə məhz həmin həyat faktları göstərir ki,əvvəla belə müvəffəqiyyətlər çox az davam edir.Çünki el arasında deyildiyi kimi ,yaltaq,ikiüzlü adamlar hamını özlərindən razı salmağa çalışsalar da,əslində heç kimi özlərindən razı sala bilmirlər,bəzən hətta özlərinə qarşı açıqca nifrət doğururlar.Yaltaq və ikiüzlü adamlar həyatda xoşa gəlmək,vəzifəli şəxsin rəğbətini qazanmaq üçün çox manevr etməli,müxtəlif donlara girməli,bəzən də aşkar sürətdə alçaq vasitələrə əl atmalı olurlar ki,bu da öz növbəsində çoxlu hədər vaxt,enerji və əsəb itkisinə səbəb olur.Necə deyərlər bunun zərəri qazancından çox olur.Yaltaq və ikiüzlü adamlar bir qayda olaraq həmişə öz fikir və əqidələrini gizlətməli olurlar.Əqidə və fikri daim gizlətmək cəhdi isə insanı psixi cəhətdən yorur,mübarizəni xaricə deyil,daxilə çevirir,həyatı maraqsız,üzücü,yorucu və mənasız edir.Belə adamlar bir qayda olaraq öz qüvvələrinə və imkanlarına deyil,başqasının mərhəmət və rəğbətinə güvənirlər.İnsan üçün ən vacib olan müstəqilliyi əllərindən alır,daxili səfərbəylikdən məhrum edir.Başqasının mərhəmət və rəğbəti isə heç vaxt insana etibarlı dayaq ola bilməz.

    Bütün bunlar göstərir ki,yaltaqlığı və ikiüzlülüyü fərasət,zirəklik kimi düşünmək son dərəcə yalnış və zərərlidir,insan şəxsiyyətini alçaltmaq deməkdir.Ömür boyu həyatla oynamaq,hətta özünə qarşı da səmimi olmamaq insan həyatını tam mənasız edir.Çünki,daim ikiüzlülük edən,həyatda həmişə artist kimi çıxış edib heç vaxt öz rolunu oynamayan,yad rolunda çıxış edən,həmişə səmimiyyətdən uzaq olan adam əslində öz ömrünü yaşamır,onun ömrü saxta olur.




    Sizcə insanlari ikiüzlü olmağa nə vadar edir?

    Niyə görə insanlar düşüncələrini içlərindən gəldiyi kimi yox,qarşi tərəfə xoş getsin deyirlər?

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  2. #2
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Ikiüzlü insanlar...

    Canim hechne vadar etmir insanin xasiyyetinden asilidir.Movzuya gore chox sag oll

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Ikiüzlü insanlar...

    Sizcə insanlari ikiüzlü olmağa nə vadar edir?

    ikiuzluluk vadarliqdan ireli gelmir , sadece insan kimese paxilliq etdikde , ve yaxud her yerde arzuolunmaz olduqunu bildikde ,hemin meclislere girir ve baslayir arani qatmaqa , nisbeten zeif eqidesi olanlar daha tez inanirlar hetda illernen dostluq etdiyi insanlardan bele vaz kecirler ikiezlu insanlara gore ,sonucda heqiqeti bildikde ise her sey artiq gec olur .
    bu yaxinlarda bele bir hadise ile rastlasdim ,canim qeder sevdiyim en yaxin qohumum menimle en yaxin diger qohumumun arasina girdi ve demediyim 1 sozu ona catdirdi ve zamanla men hiss etmeye basladim ki, yaxinim menden qacir , mene qarsi soyuq munasibet gosterir . sonra menum oldu ki , arada soz gezdiren var . bilirsiniz men ne etdim??? soz gezdirenden yox , ona inanan yaxinimdan kusdum ve bu kusululuk omrum boyu davam edecek . cunki o , mene deyil ona inandiqi ucun men onu hec vaxt baqislamayacaM!

    Niyə görə insanlar düşüncələrini içlərindən gəldiyi kimi yox,qarşi tərəfə xoş getsin deyirlər?

    bilirsen niye biz balaca insanlariq her zaman sehv ede bilerik , bezen bizim doqru saydiqimiz seyler hec de doqru olmaya biler , ona gore de ele itmeliyik ki , bizim hansisa hereketimiz insanlarin xosuna gelsin ne inki bizim hansisa hereketimiz onlarin gozunden salmasin .
    beledeki eger ozuvu doqru bilirsense hec kesi fikirlesme ve en doqru olanini et .

  4. #4
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Ikiüzlü insanlar...

    Genish, herterefli ve ziddiyetli yanashma teleb eden bir movzudur.

  5. #5
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Ikiüzlü insanlar...

    Bu mövzu herterefli bir yanaşma teleb edir.
    Bu bezen "sirr medeniyyeti" (culture du secret) ile bağlı ola biler. Sirr medeniyyeti ingilislerde daha çox yayılmış bir gerçeklikdir. İnsanlar bezen gerçekliyi olduğu kimi demekde çetinlik çekirler, bu qarşıdakı insanlarda menfi kompleksler yaratmamaq isteyinden ireli gelir. Yüksek maaş alan insanlar yaxınlarının yanında bunu belli etmirler, azgelirli insanlarda inciklik hissini yaratmamaqdan ötrü.
    Dilçilikde öfemizm (euphémisme) adı verilen kelimeler mövcuddur. Fiziki qüsurlu şexslere "şikest" ve ya "kor" demek ne derecede etik sayılır? Bu kelimeleri daha yüngül bir şəkildə hetta onlara öz zeiflikliklerini hiss etdirmeyecek derecede çatdırmaq bacarığı ikiüzlülük deyil mehz "öfemiya" ile bağlı hallardır.
    Vezifede ireliye getmekden ötrü edilen manevrler ise tamamen başqa bir yanaşmadır, bunu da sonra müzakire ederik

    Teshekkurler.

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Ikiüzlü insanlar...

    Fikirləriniz marağlidir..Hər birinizə tşk..

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  7. #7
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Ikiüzlü insanlar...

    Bilmirem onlari ne vadar edir ikiuzlu olmaqa.Teessuf ki,temiz insanlara yox mehz yalancilara cox vaxt inanirlar.Insanin ureyi partlayir bezen,qishqirmaq isteyirsen ki,ay insan sen buna nece inana bilirsen.Amma deye bilmirsen.Cunki ikiuzlu insanlar ele rol oynayirlar ki,yalanci da damgali da sen olursan.Shukur tanidigim insanlarin hamisi durust ve temizdiler.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  8. #8
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Ikiüzlü insanlar...

    Alıntı GLAMOURKA Nickli Üyeden Alıntı
    Bilmirem onlari ne vadar edir ikiuzlu olmaqa.Teessuf ki,temiz insanlara yox mehz yalancilara cox vaxt inanirlar.Insanin ureyi partlayir bezen,qishqirmaq isteyirsen ki,ay insan sen buna nece inana bilirsen.Amma deye bilmirsen.Cunki ikiuzlu insanlar ele rol oynayirlar ki,yalanci da damgali da sen olursan.Shukur tanidigim insanlarin hamisi durust ve temizdiler.
    Fikirlərinlə tamamilə raziyam,elə birda da bir mikrob var hami ona inanir,hələ də məndən danişir,hami da ona inanir,əccəb..Amma özümü həmin insanlarin yaninda isbatlamayacam,açiğlamayacam heç nəyi.Çünki elə həmin onun toruna düşənlər də,ona aldananlar,onun sözünə haqq verənlər də onlarin tayi..İlahi,insanlarda nə qədər hövsələ var bu oyunlardan çixmağa.!!Bezdiricidir amma mənə..
    Nə deyək..Bu həyatdir,biz də tamaşaçilari,seyr edək,sonu yaxşi olar əlbət..

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  9. #9
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Ikiüzlü insanlar...

    Ammaki menim etrafimda var ikiuzlu insanlar... :mad:

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.