6 sonuçtan 1 ile 6 arası

Sizin üçün hörmət nədir?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Sizin üçün hörmət nədir?

    Mədəniyyət anlayışı hər kəs üçün fərqli anlam kəsb edir. Mədəniyyət ilk öncə ailədən başlanır, daha sonra oxuduğumuz təhsil ocaqlarında daha da təkmilləşir.
    Həyat təcrübəsi mədəniyyət sözünü bizim üçün daha da formalaşdırır, onun nə qədər dərin mənalı söz olduğunu bizə dərk etdirir. Bunu isə biz ailədə, yaxınlarımızın ətrafında, hər hansı bir tədbirdə, bir sözlə ictimaiyyət içərisində sübut edə bilirik. Bunu isə biz hərəkətlərlə göstərə bilərik. Kimi də mədəniyyət yüksək inkişaf edib, kimi də orta səviyyədə, kimi də isə demək olar ki, mədəniyyət sözündən tam uzaqdır.

    Hörmət etmək, hörmətə layiq görülmək, hörmət qazanmaq mədəniyyətin bir göstəricisidir, simvolu saymaq olar. Mədəniyyət kimi hörmət də hər kəs üçün fərqlidir. Kimisi üçün hörmət qazanmaq asan, onu itirmək çətindir, kimisi üçün hörməti qazanmaq çətin, itirmək isə bir o qədər asandır. Kimisi üçün hörmət əməldə, hərəkətdə, davranışda göstərilməlidir. Mən də elə bu fikirlə razıyam. Hörmət qarşındakına olan bir növ sevgidir, nəzakətdir.
    Qarşındakını dinləməyi bacarırsansa, onun sözünü kəsmirsənsə, evdə, ictimai nəqliyyat vasitələrində özündən yaşca böyüyə, hamilə qadınlara, qüsurlu insanlara, qucağında körpəsi olan insana yol verirsənsə və s. bunlar hörmət kimi qəbul edilir. Bu da onu göstərir ki, özümüzdən böyüklərə, yaşlılara, yeri gələndə özümüzdən kiçiklərə və uşaqlara hörmət etmək lazımdır. Dinindən, irsindən, millətindən asılı olmayaraq.

    Hər kəs ilk öncə deyir ki, qarşımdakı mənə hörmət etməlidir. Bu bir növ tələb, əmr kimi səslənir. Axı ilk öncə insan özü hörmət etməyi bacarmalıdır ki, qarşındakı da bunu görüb eyni münasibəti sənə bəsləsin. Hər bir münasibət qarşılıqlı olduğu kimi hör mət də qarşılıq istər.



    Bəs hörməti necə qazanmaq olar?

    Hörməti yaşa bağlamaq olarmı?
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Sizin üçün hörmət nədir?

    Mene gore Hormet: Evvelce ozune qarshi, ondan sonrada her kese qarshi gosterilen,eyni zamanda hormet qarshiliq gozlemeden gosterilen, 1deyerdir. Ama inanin ki, hormet nedir sualinin tam ve deqiq menasini tapa bilmedim. Cunki Insandan insana deyishdiyini gordum. Ama buna eminem ki, hormet her sheyin temelidir...
    [

  3. #3
    Junior Member
    Üyelik tarihi
    May 2010
    Mesajlar
    6

    Re: Sizin üçün hörmət nədir?

    Sayğı,sevgi,hürmet,bunlar yürekten ve samimi olmalı,yoksa çok abes olur,çok komik olur.

  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Sizin üçün hörmət nədir?

    Bəs hörməti necə qazanmaq olar?
    Hormeti etrafındakı insanlarla olan munasibetlerden ve en əsası ozune hormet teleb etmelisen ki, hormeti de qazanasan.

    Hörməti yaşa bağlamaq olarmı?
    Yoo hec bu fikirle razı deyiləm. Hormet yashla heeeec baglı deyil
    .
    ..


    Movzu ucun teshekkur.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Sizin üçün hörmət nədir?

    fikirlərinizi bölüşdüyünüz üçün tşk
    [

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Sizin üçün hörmət nədir?

    Bəs hörməti necə qazanmaq olar?

    Hörməti yaşa bağlamaq olarmı?


    IKL ONCE HORMET ETMELISEN KI HORMET DE GORE BILESEN .

    HORMETIN ISE YASI YOXDUR ,EGER USAQ BOYUDUYU AILEDE HORMET GORUBSE ,O DA OZ NOVBESINDE HER KESE HORMETLE YANASIR.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.