7 sonuçtan 1 ile 7 arası

Üç nöqtə ilə bizi bağlayan nədir?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Üç nöqtə ilə bizi bağlayan nədir?

    Üç nöqtə ilə bizi bağlayan nədir?

    Bizlərin həyatı nöqtələrdən ibarətdir.Bəzən həyatımızda yaşanan hadisələrin heç bitməməsini istəyərik.Bəzən hadisələrin gedişatının necə olacağı barədə xüsusui bir fikrimiz olmaz.Bu zaman nöqtələrə müraciət edərik.əslində nöqtələr eyni zamanda bizim hisslərimizi ifadə edərlər.Sözləri ifadə edərkən bunu hiss etdiririk ancaq yazılı şəkildə hisslərin ifadəsi hər zaman mümkün olmur.Bu zaman bizlərin köməyinə nöqtələr yetir.Nöqtələrin dili olsaydı heç bilirsinmiz bizlərə nə demək istəyərdilər?

    Birinci nöqtə deyərdi ki;

    Mən əslində kiçik bir nöqtə idim.Taki insanlar məni kəşf edənə kimi...
    Mən hər insan üçün eyni məna daşımamasamda ilk dəfə bir şairin qələmində özümü gördüm.Bir şairin hisslərini, içindəkiləri dilə gətirmək, ona kömək olmaq o qədər çətindir ki...
    Şair yazını yaza-yaza fikirləşirdi.Hər dəfə o fikiləşdikcə məndə fikirləşirdim.Görsəən mənim vəzifəm nədir?Bizi bağlayan nədir? Mən qələmin ucunda idim.Özümü yüksəklərdə hiss edirdim.Ancaq birdən özümü yerdə görməyə başladım.Yerlə göy arasında əslində nə olduğu bəlli olmayan mənim sirrim ifşa olundu.Beləliklə böyük kainatdan uzun bir cümləyə çevrildim.

    Bu zaman ikinci nöqtə söhbətə qoşulub deyərdi ki;

    Birinci nöqtə incə və uzun bir cümlə idi. Hər dəfə bitdikcə yenisi yazılır, yeni cümlələr meydana gəlirdi. Mən əslində ikinci nöqtə kimi vəzifəmin nə olduğu barədə fikirləşirdim. Birinci nöqtə bizim hisslərimizi hər dəfəsində yeni cümlələrə əlavə edərək ifadə edir.Bəs mən? Bir gün şair yazı tərzini dəyişməyə başladı.Əslində yazdıqları onun yaşadıqları idi.Bir gün sadəcə bir nöqtə qoyacağını düşündüyüm halda məndən istifadə etdi.Əvvəl fikirləşdim.Görəsən mən onun üçün nə məna daşıyıram?Birdən cümləyə gözüm sataşdı."Artıq səni ifadə etmək o qədər asan deyil"Mən vəzifəmin nə olduğunu artıq bilirdim..
    Hər kəs daima birinci olmaq istəyir.Bizlər hər zaman birincilərin daiam yaxşı ikincilərin, üçüncülərin isə böyük əhəmiyyət daşımadığına inanarıq.

    Bəs üçüncü nöqtəsinin sirri nədədir?

    Harda yarımşıq bir cümlə varsa orada üç nöqtə var...
    Üçüncü nöqtədə böyük məna gizlidir.
    Əslində üçüncü nöqtə digərləri kimi konkret düşüncələr yaratmaq istəmir.O sizlərin düşünməsini və nəticə çıxarmasını istəyir.Hər kəs anladığı kimi yaxudda görmək istədiyi kimi ifadə edir.Ancaq heç kəsin düşüncəsi əslində səhv deyil.Məhz üçüncü nöqtənində vəzifəsidə budur.Fikirlərini elə tərzdə ifadə etmək ki, sizlər onu doğru anlaya biləsiniz.Sizlər onu oxuduqca anlaya biləsiniz.Nöqtələrə baxdığımız zaman kimimiz kimimiz yarımçıq qalan cümləni bitirmək, kimimiz cümlədə ki, həqiqəti görmək, kimimizdə yarım qalan bir şeyi tamamlamaq istəyərik.

    Üç Nöqtə ;
    Bəzən bir ümiddir.Həsrətlə onu gözlədiyini dilə gətirmək, onu ifadə etməkdə çətinlik çəkirəm deməkdir.
    Ümidlərimiz olmasa bizlər yaşaya bilərdikmi?

    Bəs gözlədiklərimiz? Darıxdıqlarımız? Həsrət?
    Üç nöqtə qədər uzun ,
    Üç nöqtə kimi susqundur bəzən yaşadıqlarımız...
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Üç nöqtə ilə bizi bağlayan nədir?

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    Bəs gözlədiklərimiz?
    Darıxdıqlarımız? Həsrət?
    Üç nöqtə qədər uzun ,
    Üç nöqtə kimi susqundur bəzən yaşadıqlarımız...
    ...

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Üç nöqtə ilə bizi bağlayan nədir?

    Menim 3 noqteli cumlelerden xoshum gelir.cunki oyun kimii.ardini ozun tapirsan,nece serf edirse ele

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Üç nöqtə ilə bizi bağlayan nədir?

    3 noqte demediyin,deye bilmediyin sozlere isharedir.Mende hec vaxt 3-noqte olmur.1 noqte i vsyo.
    Noqte-aci heqiqet
    Verguk-soz uzadandir
    Sual-sirli tebiet
    Nida-ureksalandir.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Üç nöqtə ilə bizi bağlayan nədir?

    Bəs gözlədiklərimiz? Darıxdıqlarımız? Həsrət?
    Üç nöqtə qədər uzun ,
    Üç nöqtə kimi susqundur bəzən yaşadıqlarımız...
    evet yasadıklarımız suskundur
    HaKKım heLaL,Sewqim haRam oLsun

  6. #6
    Junior Member
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    5

    Re: Üç nöqtə ilə bizi bağlayan nədir?

    Pis deyil...

  7. #7
    Junior Member
    Üyelik tarihi
    Dec 2010
    Mesajlar
    1

    Re: Üç nöqtə ilə bizi bağlayan nədir?

    salam men araniza bugun qatilmisam. movzu meni cox maraqlandirdi cunki yazdigim mesajlarda 3 noqteden cox istifade edirem. cunki deye bilmediyim sozler olur, yazmaga cekindiyim amma bu zaman meni basa dusen cox az insan var. mence bu noqtqlerin menasini ancaq duygulu insanlar anliya biler. menim fikrimde 3 noqtenin 1menasida davam demekdir-sonu bilmemek demekdir. ele insanin heyatida 3 noqteden ibaretdir... movzu ucun coxsagolun...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.