4 sonuçtan 1 ile 4 arası

Insanlarla hesablashirsan?????????

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Insanlarla hesablashirsan?????????

    ALLAH səbirliləri sevir” deyən çoxdur. Bəs işə gəlincə necə, ALLAHın bu buyruğunu yerinə yetirə bilirsinizmi?

    1) Ağlına gələn maraqlı və mühüm bir fikiri,ideyanı dostların,yaxınların bəyənməsə,səni dəstəkləməsələr,kədərlənərsən?
    - çox gümanki,hə - 1 bal
    - yəqin ki. Yox, hamıda olur da! - 2 bal

    2) Dostlarla bir yerdəsən.Birdən kimsə maraqlı bir oyun oynamağı təklif edir.Sən nəyə üstünlük verərsən:
    -ancaq yaxşı oynayanlar oynasın - 1 bal
    -heç nə olmaz,qoy oyun qaydalarını bilməyənlər də oynasın - 2 bal

    3) Xoşagəlməz xəbəri sakit qəbul edirsən?
    -bəli -2 bal
    -xeyr - 1 bal

    4) İctimai yerlərdə sərxoşların olması səni qıcıqlandırır?
    -özlərini pis aparmırlarsa və şəxsən mənə,yaxınlarıma mane olmursa,bu məni ümumiyyətlə narahat edtmir - 2 bal
    -özünü idarə edə bilməyən insanlardan həmişə xoşum gəlməyib - 1 bal

    5) Fərqli peşəsi, səviyyəsi, ənənəsi olan insanla rahat dil tapa bilərsən?
    -xeyr,çətinlik çəkərəm - 1 bal

    -belə fərqliliklərə əhəmiyyət vermirəm,hər insanla dil tapa bilərəm - 2 bal


    6) Səninlə zarafat edəndə buna necə reaksiya verirsən?
    -nə zarafatdan xoşum gəli,nə də ki,zarafat edənlərdən - 1 bal
    -zarafatdan xoşum gəlməsə belə,özüm də zarafatla cavab verməyə çalışıram - 2 bal

    7) Bu fikirlə razısanmı, əksər insanlar “öz yerində oturmayıb”, yəni öz işi ilə məşğul deyil…
    -bəli,hətta kimin öz yerində oturmadığını aydın deyə bilərəm - 1 bal
    -xeyr,bu,ümumi fikirdir,mən adətən öz işimlə məşğul olmağa üstünlük verirəm - 2 bal

    8) Hansısa bir yığıncağa özünlə rəfiqəni (dostunu) da gətirirsən. Hər kəsin diqqəti ona yönəlsə, buna necə reaksiya verərsən,
    -diqqətin məndən yayındığına görə narahat olaram - 1 bal
    -rəfiqəmə(dostuma) görə ancaq sevinirəm.Özü də rəfiqəmi(dostumu) buraya mən gətirmişəm axı! - 2 bal

    9) Qonaqlıqdasan.Birdən yaşlı bir qonaq sənin fikirlərinə zidd bir sözü oradakılara qəbul etdirməyə çalışır.Buna reaksiyan necə olar?
    -bir bəhanə gətirib məclisi tez tərk edərəm - 1 bal
    -mübahəsə etməyə başlayaram - 2 bal

    Nəticələr:
    0-9 bal: Öz fikrində qalan hətta demək olar ki, tərssən. Düşündüyünü başqalarına yeritmək istəməyin çox aşkar bilinir. Çalış ətrafdakılara,ünsiyyətdə olduğun insanlara daha çox ehtiram göstərəsən .Çünki səs yüksəltmək əsla insanı məqsədinə çatdıra bilməz. İnsan özünü idarə etməyi bacarmalı,başa düşməlidir ki,onun həmsöhbətinin, doğmalarının, dostlarının da öz məqsədləri var. Bunu nəzərə alsan, inan ki, daha gözəl nəticələr əldə edərsən.İnsanlarla əməkdaşlıq etməyi bacar, belə olduqda hər bir vəziyyətdə uğur qazanacaqsan. İnsanları hansısa bir fikirini qəbul etməyə məcbur etmə, əksinə onlarda maraq yaratmağa çalış.Sən xasiyyətli insana özün kimi düşünməyən,dediyinlə,etdiyinlə razılaşmayan adamlarla normal münasibət qurmaq çətindir.Bu barədə düşün və özünü düzəlt!

    9-14 bal: Öz fikirlərini müdafiə etməyi gözəl bacarırsan. Eyni zamanda dialoq qura, lazım gəldikdə öz fikirini dəyişə də bilərsən. Sən hər dəyişən vəziyyətə ayıq yanaşa bilirsən, bu da sözsüz ki, çox yaxşı cəhətdir.Lakin bəzən kobudluğa yol verib həmsöhbətinə hörmətsizlik də edə bilərsən. Adətən bu,işdə,evdə baş verir və gərək ki, iş qrafikini nəzərdən keçirirsən. Çünki güclü stress sənə təziq göstərir və kobud, aqressiv olmağa vadar edir.Belə olduqda özündən zəif xasiyyətli birisilə mübahisəni qazana bilirsən. Lakin daha ləyaqətli şəkildə qələbə çalmaq olarsa, qışqırbağır etməyə dəyərmi?

    15-18 bal: Fikirlərində əminliyin ağlının itiliyi, müdrikliyin ilə gözəl uyğunlaşır. Sən hər bir ideyanı qəbul və müzakirə etməyi bacarırsan, ilk baxışdan kifayət qədər qeyri-adi görsənən hərəkəti anlayışla qəbul edə bilərsən, hətta bu hərəkətlə razılaşmasan da. Səndən yaxşı rəhbər çıxar. Çünki sən sakit və səmərəli sürətdə iş görəcəksən. Məhz adətən sən kimilər işində müvəffəqiyyətə nail olur. Kifayət qədər fikirlərinə tənqidi yanaşırsan və düçüncələrinin səhv olduğunu anladıqda həmsöhbətinlə hörmət və ədəblə davranaraq onlardan imtina da edə bilərsən.Xoş sənin halına!...
    cavabları tam səmimi yazmağı unutmayın
    .
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Insanlarla hesablashirsan?????????

    15-18 bal: movzu ela movzudu

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Insanlarla hesablashirsan?????????

    9-14 bal TSK EDIREM

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Insanlarla hesablashirsan?????????

    basa dusmedım men bu movzuyu
    HaKKım heLaL,Sewqim haRam oLsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.