6 sonuçtan 1 ile 6 arası

Doğuluş və məqsəd

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Doğuluş və məqsəd


    Uşaq dünyaya göz açanda ağlamırsa onun yaşadığını, nəfəs aldığını bilmək olmur. Və hər kəsin- uşağın doğulmasını gözləyənlərin ikinci sevinci körpənin ağlamasıdır. Körpə ağlayır, yaxınları isə sevinir. Yaddaş insanla birgə doğulsaydı niyə ağladığımızı da bilərdik... Bəlkə, alın yazısına üsyandır. Deməli, dünyadakı ilk üsyan Allaha qarşı olur?

    Bütün insanların ilk ortaq nöqtəsi- doğuluş... Bununla da işıqlı dünya... Yaddaşımız bizimlə birgə doğulsaydı, bilərdik ki, ilk nəyə təəcüblənirik- ata-anamızın sevincinə, işığa, yoxsa kiçikliyimizə?

    Doğuluruq!!!

    Lal, kar, kor, yaddaşsız...

    Gördüyümüzü də, eşitdiyimizi, danışdığımızı da ətraf bizə qazandırır.

    Yalan-doğru, gerçəklərin nə oldğunu bilmədən doğuluruq. Nəfsin, tamahın dərəcəsini bilmirik- xam malıq.

    Ey insanlar, hər doğuluşla sıralarınıza biri də qoşulur. O da kütlənin bir tərəfi olacaq. O da"palaza bürünüb elnən sürünəcək". Amma sonrasını özü seçəcək. Fərqli, məqsədli yaşam, yaşamaq üçün yemək, yemək üçün yaşamaq? O ya yeni həqiqətlər deyəcək, ya da sizin dedikləriniz yalanları dəstəkləyəcək.

    Doğru nisbi anlayışdır. Məqsəddən asılı olmayaraq hər kəsin getdiyi yol onun üçün ən doğrusudur.

    Doğuluş insanın epiloqudur. Sonra o həyatdakı missiyasını, tapşırığını müəyyən edir. Cəmiyyətdən kənarda da olsa, cəmiyyətə xeyri olmasa da missiyamız, məqsədimiz var. Onlar yerinə yetirilməyincə heç kəs dünyanı tərk etməz. Doğuluş mənə, sənə göstərilmiş başlanğıcdır. Qaranlıqdan işığa...

    Yaddaşımızın ilk cücərtiləri yaranandan sonra bilirik ki, həqiqətən də, işıqlığa gəlmişikmi? Təfəkkür, məntiq qazanılandan sonra məqsədimizi müəyyənləşdiririk. O insanın halına acı ki, məqsədini bilmir, missiyasını anlamır. Oğrunun da, caninin də yaşamaq səbəbi, məqsədi var. Gündəlik məqsəddən başqa, əlçatmaz məqsəd...

    Doğuluş... Günəş də doğulur. Amma o işıqlığa yox, qaranlığa doğulur. O hər gün doğulur, hər gün ölür. Hər gün doğula yenisidir- yeni gündür... Amma günəş heç vaxt doğmur, bakirə qalır. O, insan kimi "palaza bürünmür". Öz "elindən", digər ulduzlardan fərqlənərək Yerə işıq saçır. Bu da günəşin missiyasıdır...

    Biz də doğuluşdan ölümə qədər kimlər üçünsə "Günəş", qoruyucu mələk oluruq. Amma vay o günə ki, özün "Günəş"dən məhrum "ulduz"a dönəsən.

    Acıyıram o insana ki, dünyaya gəlib nə üçün yaşadığını bilmir. Məqsədinə, amalına doğru getməyən insana acıyıram.

    Yaşa!!! Hər səhər gecənin necə gələcəyini təxmin et. Gizli olsun, məqsədin olsun. Amma hər işində yaşatmağı deyil, özünlə birgə sevdiyin insanları, xalqını yaşatmağı düşünsən Allah da sənin məqsədini sənə daha yaxın edər...

    Doğulmusansa, yaddaşın formalaşıbsa artıq sənin missiyan var. Fikirləş, bəlkə dünyanın xilaskarı sənsən!!!


    Sadiqov Perviz
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Doğuluş və məqsəd

    Çox sağ ol mövzu üçün maraqlıdı
    [

  3. #3
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: Doğuluş və məqsəd

    Mentiqli ve menali mövzudur! Amma, mence bundan sonra doqulanlar hec doqru-düzgün öz meqsedlerine cata bilmeyecekler. Ona göre ki, bizim yasadiqimiz dünyada insan haqqlari artiq kobudcasina pozulmaqdadir, ve görünür ki gelecekde de bu yeni doqulanlar hecbir meqsede ve nailiyyetlere qadir ola bilmeyecekler.

  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Doğuluş və məqsəd

    Kash ele usaq qalaydim,o qeder temiz ve xebersiz olaydim dunyadan.Dunayni xilaskari olmaq ucun biz kimik ki.Allah oz yaratdigini ozu de qoruyar,amma elbetde oz missyam ve meqsedlerim var.Bu gune kimi de qarsima meqsed qoydugum hec ne de uduzmamisam.
    Movzu ucun tesekkur,yeri var.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Doğuluş və məqsəd

    meqsedi olmayan insan yasamir demek . o ozunu bu heyatda tapa bilez hec vaxt . ozumu bu dunyanin cetinliklerinden ,enis ve yoxuslarinda xilas edim besimdi ,dunyani qoy daha aqilli mudrik adamlar xilas etsinler

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Doğuluş və məqsəd

    Əslində hər bir insanda 1 məqsəd olmalıdır Cənnəti qazanmaq heyf ki bu bele deyil
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.