PHP əsasən internetlə əlaqəli olan proqramdır və onunla web səhifələri düzəltmək mümkündür. Amma onu da bilmək lazımdır ki PHP digər məqsədlər üçün də işlədilir.
Ümumiyyətlə nəyə görə belə proqramlar yaradılır?
Bu cür kodlaşdırma səbəbi nədir?
Sən kimdənsə nə isə öyrənmək istədiyində ilk əvvəl etdiyin ona sualı vermək və sonra soruşduğun suala uyğun cavabın sənə bildirilməsini gözləməkdir. Eyni sistem ilə də kompüter informasiya sistemi qurulmuşdur.
Yəqin ki SERVER adlı nə isə eşitmişsən. Serverlərdə də eynən insanlar kimi onlara deyilən(yazılan) məlumatlar saxlanır (elə bil dostun Çingizin başıdır ) və ona sorğu verəndə o sorğu ilə uyğun məlumatı tapır və sənə cavab verir. Sadəcə olaraq o fikirləşmir, axtarış aparır yəni məlumatı axtarır(uyğun sorğunu, əmri) və məlumatı sənə ötürülməsi üçün bizim kimi danışmır amma müəyyən edilmiş proqram təminatında istifadə edərək cavab verir. Bu proqramlar aşağıdakılardır və hamısının ümumi funksiyası serverlə sifarişçi(yəni sən) arasında əlaqə yaradır.
Internet Explorer və ya hər hansı bir web browser—sən sorğunu burda yazırsan və ünvanlayırsan(kimdən cavab gələcək)
PHP- bu proqram vasitəsi ilə əmr vermək üçün sorğu düyməsi yarada bilirsən və php dilində sorğunu göndərirsən. Buna oxşar dillər(HTML,ASP və.s)
APACHE və ya MYSQL- Bu proqramlar vasitəsi ilə serverlə əlaqə yarada bilirsən və sonra o məlumatı sənə göndərir.
Bu qədər lori dil məncə bəs edər.
Brauzerin serverə müraciət prosesi necə getdiyinə baxaq. Beləliklə, əvvəl brauzer sorğunu .php formasında göndərir və ondan sonra web- server onu PHP maşınından keçirir və HTML formasına çevirib cavabı göndərir sifarişçiyə( yəni sənə) bildirir. Sorğunu PHP dilində vermək üçün, xüsusi teqlər daxilində yazıb göndərmək lazımdır. Onlar 4 növ olur(onlar bir-birlərinə ekvivalentdirlər və hər hansı birini istifadə etmək olar)

XML forması:
<?php
...
?>
SGML forması:
<?
...
?>
HTML forması:

...

ASP forması:

Biz bu formalardan əsasən XML və ya SGML formalarından istifadə edəcəyik.

Mən ilk proqramımı belə yazmışam.

Məcburi deyil ki, Dreamweaver-də yazasan əgər proqram yoxdursa adicə Notepad-i aç və yaz.
Dreamweaver-də ctrl+n (File\NEW ) Dynamic page və orada PHP seçin və yaradın (Create).


Yazdığın faylı C:\Program Files\Apache Group\Apache\htdocs –da salam.php formasında yaddaşa ver. (save as).
Artıq bildiyimiz kimi php dinamik dildir. Biz Apache yükləyəndə localhost yazdıq yəni daxildə yerləşdirmə. Daxildə yerləşdirmə 127.0.0.1 ip ilə təyin olunmuşdur. Biz sorğumuzu daxildə sorğu verərək 127.0.0.1 php-də yazdığımız salam faylını axtaracağıq. Yəni Internet Explorer-i açaraq orada ünvan yerində 127.0.0.1\ salam.php yazırsan. İnşallah aşağıdakı nəticə alınacaq. Alınmasa deməli təzədən oxumalısan harada səhv buraxıbsan. : )

Siz artıq php-də ilk proqramınızı yazdınız. Məndə ilk dəfə alınmayandan bəri bu cümlədən zəhləm gedir. : )

İzahlar:
Məndə WindowsXP ingilis dilində olan əməliyyat sistemi yüklənib və ona uyğun izah edəcəm.
Uzun sözün qısası burda mənim yazılarımdan baş çıxartmaq üçün qeydləri yerləşdirirəm.

Proqramı harda yazacaqsan:
Start düyməsinə bas və menyudan Run komandasını seç. Orada notepad yaz və qarşına çıxan proqramda kodları çap edə bilərsən.

Qeyd:
Bundan sonra mən sizə sadəcə olaraq komandaların izahını və .... daxilində gedəcək script-ləri proqram sətirlərini izah edəcəyəm.
Ümumi qeyd:
Bütün funksiyaların sətri bitdikdən sonra ; (nöqtə vergül) qoyulmalıdır. Digər halda ondan sonra gələn yeni funksiyalar qəbul olunmayacaq və nəticədə error(səhv) verəcək. Yazdığım cümlələr əgər çətin izah eləyərsə sadəcə olaraq kodları yaz və bax nə nəticə alınır və başa düşməyə çalış.
Əsasən php NotePad-də yazılır amma sırf PHP-də işləmək üçün proqramlar vardır ki siz kodu yazdığınız zaman sizə hazır formada təkliflər verir.
Demək olar ki əsas məsələlərdən biri. [ bu sayt sizə müəyyən problemlərlə bağlı kömək edə bilər.
Mən həmişə Nəticəsi yazmayacağam, nəticəni (\\) formada göstərəcəyəm. Çünki PHP də proqram 2 sləşdən sonra gələn sətirdəki yazıları qəbul eləmir və ora kommentari yazmaq mümkündür. Bundan başqa C++ stilində yazmaqda olar ( /*... */). Sləş və ulduz arasında qalan informasiya proqram tərəfindən qəbul olunmayacaqdır və ya Unix dilində sadəcə (#) diyezdən sonra gələnlər qəbul olunmayacaqdır.