Dilmanc.az saytında proqram haqqında yazılan məqalə.

Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesinin avtomatlaşdırılmasının mümkünlüyünün öyrənilməsi ilk dəfə 2003-cü ilin əvvəllərində akademik Ə.M.Abbasov tərəfindən qoyulmuş və onun rəhbərliyi altında maşın tərcüməsi sisteminin yaradılması istiqamətində tədqiqatlara başlanmışdır. Bu müddət ərzində Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesini avtomatlaşdırmağa imkan verən xüsusi modelləşdirmə metodu (rəqəmsal modelləşdirmə metodu) yaradılmış və bu metod əsasında Azərbaycan-ingilis maşın tərcüməsi sisteminin yaradılmasına başlanmışdır.
İşlərin məntiqi davamı kimi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin birgə həyata keçirdiyi bu layihəni göstərmək olar. Layihə üzrə işlərə 2005-ci ilin aprel ayından başlanılmışdır.
Layihə üzrə işlərə 2005-ci ilin aprel ayından başlanılmışdır. Layihənin həyata keçirilməyə başlanıldığı tarixdən etibarən Azərbaycan-İngilis, İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqamətləri üzrə tərcümənin ilkin versiyası hazırlanmış və istifadəçilərə təqdim edilmişdir.

Dilmanc tərcümə proqramını aşağıdakı saytdan endirə bilərsiniz:

[