
Həmişə mənə deyirsən niyə 8-i sevirsən?
Çünki,8 hərfliksən SƏN...!!!
(S)əssiz gəldin həyatıma amma gəlişin bütün dünyamı dəyişdi... İçində fırtınalar yaratsanda ürəyimin,hər zaman dinməsini bildi. Niyə bu qədər çox sevdim ki,səni?
Mən deyildim mi “sevgi yoxdur” deyən? Mən deyildim mi sevirəm deyənlərə gülən? Həyata yenə öz oyununu oynadı. Yenə atdı sonsuz sualların içinə...
(E)lə bil illərdir yanımdasan. Ta doğuluşumdan bəri... Sanki mən ilk nəfəsimi də səninlə almışam. Çünki sənsiz nəfəs ala bilmirəm... Elə çətindir ki,səni sevməmək. Bütün çətinliklərlə mübarizə edə bilərəm. Bircə səni unuda bilmərəm...
(V)axt keçdikcə bunun sevgi deyil bağlılıq olduğunu görəcəm deyirdim. Unutmuşam,bağlılıq özüdə sevginin bir parçası deyildimi? Keçən zaman səni mənə sevdirməkdən başqa bir şey gətirmədi... Deyirlər,sonunu bildiyin bir an yaşayırsansa bu sevincdir. Lakin onun sonsuz olacağını düşünürsənsə bu xoşbəxtlikdir. Razıyam onlarla, mən səninlə xoşbəxt olmaq istərdim...
(G)edəcəyini, bir gün bitəcəyini düşünmək ölmək kimi bir şey... Mənə söz ver, “getməyəcəm”, ”Həmişə yanında olacam” de. Yox ya da mənə sadəcə tuta biləcəyin,arxasında dayana biləcəyin sözlər ver...
“Hələki yanındayam” de. ”Səni çox sevirəm” de...”Sevəcəm” demə...
(İ)çindəki məni heç öldürmə. Çünki, onun mənə çox ehtiyacı olacaq bilirəm. Zaman öz işini görür. Bəlkə, mən də olmaram yanında amma unutmaram səni. Nüsrət K.nin şeiri yadıma düşdü “Mən səni unutsam nələri unudam gərək?” Çünki......
(S)ən mənim ümidimsən. Axı deyirlər, Sonuncu ölən ümidlərdir... Yox ya da sən mənim ruhum ol. Axı insanın ruhu heç ölmür... Qərar verməkdə çətinlik çəkirəm, yaxşısı budur ki, sən mənim HƏRŞEYİM ol...
(Ə)gər hər şey istədiyimiz kimi olsa nə gözəl olardı... Sənə oxşayan oğlumuz olacaqdı amma demişdik ki,sənin kimi tərs olmasın. Sən də razılaşmışdın mənimlə. Demişdin ki, ona sevməyi öyrədəcək ikinci bir tərs olmayacaq,sənin mənə öyrətdiyin kimi... Bacardım özümü sənə sevdirməyi,çünki sevgiyə inanmadığın bir anda qarşına çıxmışdım... Xəyallar da keçmiş kimi şirindir, amma heyf ki onları yaşayıb,yaşamacağımız sual altındadır..
(N)əhayət... Son hərflə yekunlaşdırmalıyam hər şeyi. Məni bağışla,yekunlaşdıra bilmərəm!!!
Çünki,sən mənim nöqtəsini qoya bilməyəcəyim yeganə cümləsən,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,



















