Ana dedim...

Azərbaycan və dünya ədəbiyyatı. Şe'rlerinizi və hekayələrinizi bura yaza bilərsiniz.

Nəzarətçi: fidan494

Ana dedim...

Mesajgöndərən Damla1 tarix Şənbə İyu 04, 2009 10:51 am

ANA
Mikayıl Müşviq

Ana dedim, ürəyimdə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda.
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, Ana !.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.

Başqa aləm yaşamadım böylə gözal biçimdə,
Onu kimsə gözəlliyin cilvəsində yaratmış.
Ana, ana... çiçəkli bir fidandır ki, içimdə,
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.

O fidanı bə’zi vaqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım.
Sızıldarkən, sanki bir səs qopub incə və titrək,
Bir lisanla söylüyor ki: - Mənə dəymə yazığım!

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki, var beşiyinin üstündə,
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz, yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı,
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kes:- Anan, baban varmı ?-söyləsə,
Diyorom ki, - Qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan,
Bir müqəddəs, bir səmimi, əməlim var tapdığım.

İnandığım bir qiblə var, o da hər gün, hər zaman,
Yorulmayan qollarımla, düşünərək yapdığım.
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
İstifadəçi avatarı
Damla1
Princesse
Princesse
 
Mesajlar: 2240
Qeydiyyat: Çərşənbə May 27, 2009 1:00 pm

Re: Ana dedim...

Mesajgöndərən kombat80 tarix Şənbə İyu 04, 2009 10:58 am

Eyyub Yaqubovun ifasinda, bu gozel sere yazilmish musiqi her dinlyenin qelbinde ulvi hissler dogurur. Allah her kesin valideyini sag salamat elesin. Olenlere de Allah tealaan rehmet dileyek. Amin !
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.

ŞəkilŞəkil
İstifadəçi avatarı
kombat80
Qədimi Kişi
Qədimi Kişi
 
Mesajlar: 1928
Qeydiyyat: Cümə Sent 14, 2007 1:00 am
Yerləşmə: Azerbaycan

Re: Ana dedim...

Mesajgöndərən Damla1 tarix Şənbə İyu 04, 2009 11:33 am

kombat80 yazdı:Eyyub Yaqubovun ifasinda, bu gozel sere yazilmish musiqi her dinlyenin qelbinde ulvi hissler dogurur. Allah her kesin valideyini sag salamat elesin. Olenlere de Allah tealaan rehmet dileyek. Amin !


:cry: :cry:
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
İstifadəçi avatarı
Damla1
Princesse
Princesse
 
Mesajlar: 2240
Qeydiyyat: Çərşənbə May 27, 2009 1:00 pm

Re: Ana dedim...

Mesajgöndərən GLAMOURKA tarix Şənbə İyu 04, 2009 11:51 am

Ana boyuk varliqdir.duzdur ele analar varki,korpeleri dogulduqda imtina edirler.ushaq evlerine atirlar.bunlara ana demek olmaz.Allah butun analarin canini sag elesin.dunyadan kocenlere de rehmet etsin.

Gecələr yatmayıb yuxusuz qalan
Bizi əzizləyərək sevən anadır.
Bizi yedizdirib özü ac qalan,
Bizi yetişdirib böyüdən anadır

Ana əyilməzdir, ana müqəddəs
qoy bütün dünyaya yayılsln bu səs
Bir insan havasız yaşaya bilməz
Bizə havadan da vacib anadır

Ey dünya, səsimə səs ver mənim
Anadır həyatda mənim həmdəmim
Anadır sevincim, anadır qəmim
Mənim həyatım da, elə anadır
Şəkil
İstifadəçi avatarı
GLAMOURKA
Balaca Decel
Balaca Decel
 
Mesajlar: 3455
Qeydiyyat: Cümə axşamı May 21, 2009 7:47 pm
Yerləşmə: Mockow.

Re: Ana dedim...

Mesajgöndərən Xeyallarim tarix Cümə İyu 24, 2009 11:26 pm

kombat80 yazdı:Eyyub Yaqubovun ifasinda, bu gozel sere yazilmish musiqi her dinlyenin qelbinde ulvi hissler dogurur. Allah her kesin valideyini sag salamat elesin. Olenlere de Allah tealaan rehmet dileyek. Amin !

Amin
Xeyallarim
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 2003
Qeydiyyat: Bazar Mar 22, 2009 1:53 pm

Re: Ana dedim...

Mesajgöndərən suzi333 tarix Cümə İyu 24, 2009 11:27 pm

Damla1 yazdı:
kombat80 yazdı:Eyyub Yaqubovun ifasinda, bu gozel sere yazilmish musiqi her dinlyenin qelbinde ulvi hissler dogurur. Allah her kesin valideyini sag salamat elesin. Olenlere de Allah tealaan rehmet dileyek. Amin !


:cry: :cry:

:cry:
Şəkil
İstifadəçi avatarı
suzi333
doktor aybalit
doktor aybalit
 
Mesajlar: 2054
Qeydiyyat: Cümə May 08, 2009 7:20 pm
Yerləşmə: TR

Re: Ana dedim...

Mesajgöndərən NuriyeV tarix Şənbə İyu 25, 2009 11:21 am

ANAMA QURBAN OLARAM o bizim kimi belalara dözür :D en azından atama :D Milli Qehreman adı vermek lazım :D ::aze::
eşşi boş ver
İstifadəçi avatarı
NuriyeV
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 1719
Qeydiyyat: Bazar Mar 15, 2009 12:20 am
Yerləşmə: Azərbaycan.Bakı

Re: Ana dedim...

Mesajgöndərən Xeyallarim tarix Şənbə İyu 25, 2009 11:33 am

NuriyeV yazdı:ANAMA QURBAN OLARAM o bizim kimi belalara dözür :D en azından atama :D Milli Qehreman adı vermek lazım :D ::aze::

:D
Xeyallarim
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 2003
Qeydiyyat: Bazar Mar 22, 2009 1:53 pm

Re: Ana dedim...

Mesajgöndərən Damla1 tarix Şənbə Okt 17, 2009 10:45 am

Cəfər Cabbarlı "Ana"
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min ildə vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm çəkinmərəm əsla,
Və ya ki vəd edələr dövləti cahanı mənə.
Ki, bir kəsə baş əyib iczimi bəyan eyləyim,
Əyilmərəm nə ki yer, versələr cahanı mənə.

Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücüylə mənə hökm edə-olum təslim.
Əyilmərəm yenə haşa. Ölüm nədir ki, onun
Gücьylə xalqa haqiranə eyləyim təzim?!

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət ne güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?

Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox!
Fəqət ana! O müqəddəs adın qabağında-
O pak bağrına bassın məni, desin lay-lay,
Təbəssüm oyadaraq titrəyən dodağında.

Bütün vücudum əsər, ruhum eylər pərvaz,
Uçar səmalarda o aləmi xəyalətdə.
Yatar ölər bədənim, nitqdən düşər bir söz:
-Ana... Ana... Sənə mən rahibəm itaətdə!..




Ana
Neçəsini öldürmək istədim
Gözlərimin önünə gəldin
Dözmədim üzuləcəyinə
Neçəsinin qanını satın aldın,
Nə yaman varlısan,aana.

Oğullarını evli-eşikli etməlisən, qızını köçürməlisən
Baxma qaradı baxtın,
Qızıldı vaxtin
Nə yaman varlısan ,aana.
Əllərin əkində-biçində
-tozda, torpaqda, mal təzəyində
Pul əl çirkidi deyiblər
Nə yaman varlısan aana.

Doğmalarına uğur diləyirsən bir ayrı cür
Ölülərinə ağı deyirsən bir ayrı cür
Düşmənlərinə qarğış eləyirsən
-və hətta söyürsən bir ayrı cür
Sinənin altında söz xəzinəsi
Nə yaman varlısan, aana.

Əllərinin içi qabar-qabar, üstü damar-damar
Həyatın nəbzindən tuturmuş kimi
-tutmusan peyin vedrələrinin qulpundan
Mənim sənə qaytardığım oğulluq borcu
-bir vedrə peyinə dəyməz
Nə yaman varlısan,aana.

Müraciət

Ey dözümlü qardaş
Ömrümüzə balta çalanların,
-qəbrimizi qazanların dayağı olursan
Baltalarını, bellərini saplaya-saplaya

Ey çörəkpulundan ötrü fahişəlik edən qadın
Ayaqların çiyinlərdə mələk oldu,
-özün mələk ikən fahişə
Ayaqların ayağa qalxıb, özün də ayağa qalx
Gücünü, ehtirasını toplaya-toplaya

Ey Bakı arağı içən şair
Bütün Bakı araqlarının içi eynidi fahişələr kimi
Bütün fahişələrin içi eynidi siyasətbazlar kimi
Yenə nə ümid verib sənə onlar
-goplaya-goplaya

Ey eksnarkoman molla
İndi sənin bazarındı
-yırğalanır çiyinlərdə
-cənazələr beşik kimi
Fatihə oxuma,layla de,layla
Gəlirini hesablaya-hesablaya
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
İstifadəçi avatarı
Damla1
Princesse
Princesse
 
Mesajlar: 2240
Qeydiyyat: Çərşənbə May 27, 2009 1:00 pm


Qayıt Ədəbiyyat

Kimlər xətdədir

Bu forumda gəzən istifadəçilər: Heç bir qeydiyyatlı istifadəçi yoxdur ve 0 qonaq