İbrətamiz hekayə

Bildiyiniz çayxana. Her şey haqqında danışa bilersiniz.

Nəzarətçilər: Deli_UREK, fidan494, Elif

İbrətamiz hekayə

Mesajgöndərən sus-qun tarix Cümə İyu 03, 2009 7:17 pm

Keçmişdə bir qaniçən, istilaçı hökmdar vardı. Işi-peşəsi müharibə eləmək, ölkələri viran qoymaq, çapıb-talayıb qənimət yığmaq, xəzinəsini qızıl-gümüşlə doldurmaq idi. Bu xəzinənin qəribə bir sirri vardı. Qapısı ancaq çöldən açılırdı. Açarın biri hökmdarda, o birisi isə xəzinədə idi. Qapı gərək ehtiyatla açılaydı. Örtüldüsə onu içəridən açmaq mümkün deyildi. Padşah bir gün yenə böyük qənimətlə səfərdən qayıtmışdı. Xəzinədəki daş-qaşa, qızıl-gümüşə, zəngin sərvətə tamaşa eləmək üçün xəzinəyə yollandı. Sirli qapı hökmdarı məşğul eləməyə başladı: “Görəsən nə səbəbə qapı örtülür, ama açılmır?”. Bu fikir içində padşah xəzinənin qapısını açanda ehtiyatsız tərpəndi. Qapı örtüldü. Heç kəsin xəbəri olmadan o içəridə qaldı.
Bir gün, iki gün, üç gün keçdi. Padşah aclığa tab gətirə bilmirdi. Gördü ki, burda qalıb öləcək. Oğluna belə bir məktub yazdı:
“Oğul, ALLAH anlayandır. Taleyim elə gətirdi ki, ölkələr fəth eləyən atan xəzinədə acından öldü. Bu qədər qızıl, daş-qaş bircə həftə məni yaşada bilmədi. Bir xəzinə bir çörəyi əvəz edə bilmədi. Indi başa düşdüm ki, bundan ötrü bu qədər qan tökməyə dəyməzmiş. Ölkəni sülhlə idarə elə. Daş-qaş, qızıldan, var-dövlətdən ötrü müharibə eləmə, qan tökmə. Xəzinəni boş saxla. Təki anbarların taxılla, təknələrin çörəklə dolu olsun. Qızıl insanı yaşada bilməz, çörək yaşadar. Qızıl yeyilməz, Çörək yeyilər!!! “
İstifadəçi avatarı
sus-qun
Qızışan Üzv
Qızışan Üzv
 
Mesajlar: 498
Qeydiyyat: Bazar ertəsi May 25, 2009 10:06 am

Re: İbrətamiz hekayə

Mesajgöndərən kombat80 tarix Cümə İyu 03, 2009 7:26 pm

Gozel hekaye idi Allah razi olsun!
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.

ŞəkilŞəkil
İstifadəçi avatarı
kombat80
Qədimi Kişi
Qədimi Kişi
 
Mesajlar: 1928
Qeydiyyat: Cümə Sent 14, 2007 1:00 am
Yerləşmə: Azerbaycan

Re: İbrətamiz hekayə

Mesajgöndərən Xeyallarim tarix Çərşənbə axşamı İyu 07, 2009 6:07 pm

Cox gozel ibretamiz hekaye idi ALLAH razi olsun
Xeyallarim
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 2003
Qeydiyyat: Bazar Mar 22, 2009 1:53 pm

Re: İbrətamiz hekayə

Mesajgöndərən suzi333 tarix Çərşənbə axşamı İyu 07, 2009 6:14 pm

Çok güzel hikaye,tşk
Şəkil
İstifadəçi avatarı
suzi333
doktor aybalit
doktor aybalit
 
Mesajlar: 2054
Qeydiyyat: Cümə May 08, 2009 7:20 pm
Yerləşmə: TR

Re: İbrətamiz hekayə

Mesajgöndərən UREK tarix Çərşənbə axşamı İyu 07, 2009 7:10 pm

Cox sag ol.ALLAH razi olsun.
İstifadəçi avatarı
UREK
Yeni Forumçu
Yeni Forumçu
 
Mesajlar: 16
Qeydiyyat: Bazar ertəsi İyu 06, 2009 5:09 pm


Qayıt Çayxana

Kimlər xətdədir

Bu forumda gəzən istifadəçilər: Heç bir qeydiyyatlı istifadəçi yoxdur ve 0 qonaq