Bir elin istəki,səndə gizlənib
Yaşayır sevgində bir el,Tıraxtor!
Bu sınıq köksənin yaralarını
Bir mən bilirəm,bir yel,Tıraxtor!
Şərəfin alıbsan ilham,baybəkdən
Sana bağlıdır böyükdən,bəbəkdən
Bu sevgi bəllidir yaşlı bəbəkdən
Calanır Bağrıma sel-sel,Tıraxtor!
İndi elimizin bayrağı sənsən
Ərşə tək ucalan,Al-dağı sənsən
Savalan-Səhəndin dayağı sənsən
El sənə sən elə ver bel,Tıraxtor!
Ölkənin olmusan Ayi-Ulduzu
Hayatın nəfəsi, dadısan-duzu
Dilimin dağına sərin səp buzu
Olmuşam havanda tel-tel,Tıraxtor!
Yer imleri