Bəstəkar, dirijor, pedaqoq, folklorçu, ictimai və musiqi xadimi Müslüm Maqomayev 18 Sentyabr 1885-ci ilde anadan

olmusdur

Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olmuşdur. 1912-ci ildən opera dirijorluğu fəaliyyətinə başlamışdır.

"Şah İsmayıl" (1916), "Nərgiz" (1935) operalarının müəllifidir. 1927-ci ildə M.Maqomayevin redaktəsi ilə "Azərbaycan Türk

Xalq Mahnıları"nın ilk məcmuəsi (Üzeyir Hacıbəyov tərəfindən yazılmış və işlənmişdir) nəşr olunmuşdur.

Müğənni, bəstəkar Müslüm Maqomayevin babasıdır.

Kinorəssam Məhəmməd Maqomayevin atasıdır.

Bəstəkar Üzeyir Hacıbəyovla eyni ildə və eyni gündə anadan olmuşdur.

1936-ci ildə Azərbaycan Əməkdar İncəsənət Xadimi adını almısdır.

Filmoqrafiya

Azərbaycan İncəsənəti (1934)(Qısametrajlı Sənədli Film)

Doğma Xalqıma (1954)

Müslüm Maqomayev (1976)

Bəstəkar Müslüm Maqomayev (1977)

Üzeyir Ömrü (1981)

Hər Şey Olduğu kimi. Beşinci Film. Rəşid Behbudov (2000)

İlisu (2006)