“De gəlsin”lə məzələnən Fərdaya cavab bu dəfə ANS ÇM-dən gəldi.
Meyxanaçı Kərim: “Vahiddən qalan sənətə lağ eləmə, üz vermişik daha bu qədər ağ eləmə!” Milli Televiziya və Radio şurasının sədri Nuşirəvan Məhərrəmli isə “De gəlsin” verilişində dini ayrı-seçkiliyə yol verildiyini iddia deyib.

Şənbə və bazar günü ATV-də yayımlanan “Tam sərbəst” proqramında ANS TV-nin “De gəlsin” adlı meyxana müsbiqəsinə ikinci dəfə sataşan Fərda və komandası bu dəfə də cavabsız qalmadı. Meyxanaçı Kərim ANS ÇM radiosunda yayımlanan verilişində Fərdaya cavab verdi. “Vahiddən qalan sənətə lağ eləmə, üz vermişik daha bu qədər ağ eləmə!”

Qeyd edək ki, Fərdanın söhbət gedən verilişini studiyada izləyənlər arasında meyxana müsabiqəsinin iştirakçılarından Aqşin Fateh də vardı. Aqşin hətta verilişin sonunda söz alaraq Fərda və komandasını təriflədi və parodiyaları bəyəndiyini bəyan etdi.

Xatırladaq ki, həmin verilişin bir neçə əvvəl yayımlanan bölümündə də ANS TV-nin “De gəlsin”i mövzu olmuşdu. Bir neçə gün sonra isə meyxanaçılardan Kərim parodiyalara etirazını bildirmişdi.

Bu arada Milli Televiziya və Radio şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, “De gəlsin” verilişində dini ayrı-seçkilik, şiəliyin təbliği ilə bağlı blok yayımlanıb. Şuranın hüquq şöbəsi bu pozuntuları qeydə alıb. Bizim işə qarışmağımızdan sonra sözügedən proseslərin qarşısı alınıb. Amma heç şübhəsiz ki, kanala lisenziya verilməsi zamanı bu məsələlər nəzərə alınacaq.