Avqustun 17-də “Azəri star 2009” mahnı yarışması start götürüb. APA-nın məlumatına görə, yarışmanın ilk günü 20 yarışmaçı (15 oğlan, 5 qız) ilk ifalarını tamaşaçılara və münsiflər heyətinə təqdim ediblər. Yarışmanın ilk günü iştirakçılardan Məzahir Məmmədov (SMS nömrəsi 6570) Elza İbrahimovanın “Gecələr bulaq başı”, İlkin Qasımov (6571) Elza İbrahimovanın “Gedək üzü küləyə”, Nigar Qüdrətova (6572) Gövhər Həsənzadənin “Yaşananlar”, Elşən Osmanov (6573) Cahangir Cahangirovun “Gecələr”, İlkin Dövlətov (6574) Emin Sabitoğlunun “Kəpənək”, Toğrul Zakir (6575) Emin Sabitoğlunun “Ala gözlüm”, Leyla Həsənova (6576) Hikmət Mirməmmədlinin “Sən oldun”, Rövşən Qasımov (6577) Ələkbər Tağıyevin “Bakı gecələri”, Murad Musayev (6578) Tofiq Əhmədovun “Güldür məni”, Gülnarə Eyvazova (6579) Hüseyn Abdullayevin “Səninəm”, Vüsal Şahbazov (6580) Oqtay Kazıminin “Bir zaman”, Elçin Dadaşov (6581) İsmayıl Səmədovun “Sən necə də gözəlsən”, Vəfa Məmmədova (6582) Eldar Mansurovun “Gecələr keçir”, Elvin Əmirquliyev (6583) Oqtay Kazıminin “Tələsin insanlar”, Elşən Cəfərov (6584) Oqtay Kazıminin “Məhəbbət”, Gözəl Qasımova (6585) Vüqar Camalzadənin “Məhəbbət payım”, Elçin Mirzəyev (6586) “Qara gözlər”, Fərhad Əkbərov (6587) Faiq Sücəddinovun “Əgər məni unutsan”, Firəngiz Orucova (6588) Hüseyn Abdullayevin “O mənim gözümün qarası” və Elçin Quliyev (6589) Tofiq Quliyevin “Sənə də qalmaz” mahnılarını ifa ediblər.
Hər bir iştirakçının ifasından sonra Yaşar Nuri, Faiq Sücəddinov və Aygün Səmədzadənin təmsil olunduğu münsiflər heyəti hər ifaya öz rəylərini bildiriblər. İlk gün olduğu üçün münsiflər iştirakçılarının ifalarındakı qüsurların həyəcanla əlaqədar olduğunu əsas gətirərək, onlara uğurlar arzulayıblar. Bu gün axşam isə 20 iştirakçı arasında ən az səs toplayan 1 yarışmaçı müsabiqəni tərk edəcək.
Bu müsabiqədə münsiflər də bəyəndikləri iştirakçını SMS verməklə dəstəkləyə biləcəklər. Müsabiqənin münsiflər heyətində təmsil olunan dörd münsifin hərəsinə ümumilikdə 200 SMS vermək hüququ verilib. Müsabiqənin qalibinə avtomobil hədiyyə ediləcək.
Qeyd edək ki, “Azəri-star-2009” müsabiqəsi “Space” televiziyası ilə “Azəri Star Production”un birgə təşkilatçılığı ilə həyata keçirilir.