İohann Ştraus (alm. Johann Strauss) — XIX əsrdə yaşamış dünya şöhrətli Avstriya bəstəkarıdır İohann Ştraus vals musiqisinə gətirdiyi yenilikərlə tanınır. XIX əsrdə Avropada valsın kralı hesab olunan Ştrausun qazandığı uğurları Avropada az sayda Bəstəkar qazana bilmişdir. Ən məşhur əsəri "Mavi Dunay" valsıdır. Mavi Dunay əslində xor üçün yazılmışdır. Xor tərəfindən ifa edilən əsər uğur əldə edə bilməmiş, sonralar Ştraus bu əsərini orkestr üçün bəstələmişdir.