1918 – Qara Qarayev fevralın 5-də Bakı şəhərində anadan olub.

1926 – Azərbaycan Dövlət konservatoriyası yanında musiqi məktəbinin şagirdi.

1930 – Azərbaycan Dövlət konservatoriyası yanında musiqi texnikumunda (“rabfak” - yeni işçi fakultəsi adlanırdı) professor G.Şaroyevin fortepiano sinfinin tələbəsi.

1935 – Azərbaycan Dövlət konservatoriyasında bəstəkarlıq (professor L. Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (professor Ü.Hacıbəyov) siniflərinin tələbəsi.

1937 – Azərbaycan bəstəkarlar ittifaqının üzvü. 1938 – P. İ. Çaykovski ad. Moskva Dövlət konservatoriyasında 1940-cı ilədək bəstəkarlıq sinfinin (prof. A. N. Aleksandrov) tələbəsi.

1941 – Bakıya qayıdışı. M. Maqomayev ad. Azərbaycan Dövlət filarmoniyasının bədii rəhbəri.






1952 – Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, sovet mədəniyyət və incəsənət ustalarının bir qrupu ilə Albaniya Demokratik Respublikasına səfər.

1953 – Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında “Yeddi gözəl” baletinin ilk tamaşası.

1954 – 1982-ci ilədək SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü.

1955 – Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, 1959-cu ilədək IV çağırış SSRİ Ali Sovetinin deputatı.

1956 – 1973-cü ilədək Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi.

1957 – SSRİ kinematoqraf işçiləri ittifaqının üzvü, “Bir məhəlləli iki oğlan” filminin musiqisinə görə birinci Ümumittifaq sovet filmləri festivalının laureatı, 1962-ci ilədək SSRİ Bəstəkarlar ittifaqı idarə hey’ətinin üzvü.

1958 – Azərbaycan SSR-in xalq artisti, V çağırış SSRİ Ali Sovetinin deputatı, yanvarın 4-də Leninqrad Dövlət opera və balet teatrında "İldırımlı yollarla" baletinin ilk tamaşası. "Uzaq sahillərdə" filminin musiqisinə görə II Ümumittifaq kino festivalının laureatı.

1959 – SSRİ xalq artisti, Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət konservatoriyası bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının akademiki, Çexoslovakiyada “Yeddi gözəl” baletinin ilk tamaşaları ilə bağlı yaradıcılıq səfəri (Praqa, Bratislava, Brno şəhərləri).

1960 – Azərbaycan KP MK üzvü.

1961 - “İldırımlı yollarla” baletindən İkinci süitanın ifası ilə bağlı Los-Anjelesdə (ABŞ) I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı, “Qırmızı Əmək Bayrağı” ordeni ilə mükafatlanıb.

1962 – VI çağırış SSRİ Ali Sovetinin deputatı, P. İ. Çaykovski ad. İkinci beynəlxalq müsabiqənin iştirakçısı, sovet mədəniyyət və incəsənət ustaları arasında ABŞ-a səfər.

1963 – Leninqrad Kiçik (“Malıy”) opera teatrının qastrolları zamanı Qahirədə “Yeddi gözəl” baletinin göstərilməsilə bağlı Misir Ərəb Respublikasına səfər.



1964 – SSRİ Böyük teatrının qastrolları zamanı “İldırımlı yollarla” baleti tamaşasının göstərilməsi ilə bağlı “Varşava payızı” çağdaş musiqi festivalına səfər.

1965 – “Antoni və Kleopatra” (V.Şekspir) tamaşına yazdığı musiqiyə görə M. F. Axundov ad. Mükafatın laureatı, aprelin 21-i Moskvada, iyunun 2-i – Bakıda Üçüncü simfoniyanın ilk ifası.

1966 – VII çağırış SSRİ Ali Sovetinin deputatı, dirijorların İkinci Ümumittifaq müsabiqəsində münsiflər heyətinin sədri, sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər, Bakıda “Klassik süitanın” ilk ifası.

1967 - “İldırımlı yollarla” baletinə görə Lenin mükafatı və Lenin ordeni ilə mükafatlanıb. 1968 – aprelin 21 – Qorkidə (indiki Nijni Novqorod), aprelin 28-i – Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları.

1969 – “Yeddi gözəl” baletinin və “Leyli və Məcnun” simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına səfər, sovet mədəniyyət və incəsənət ustaları arasında Yaponiyaya səfər.

1970 – VIII çağırış SSRİ Ali Sovetinin deputatı.

1971 – “Qoyya” filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə ADR-ə (Almaniya Demokratik Respublikasına) səfər, "Oktyabr inqilabı" ordeni ilə mükafatlanıb.

1972 – “Varşava payızı” çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında iştirakı, keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü.

1973 – IX çağırış SSRİ Ali Sovetinin deputatı, P.İ.Çaykovski ad. V beynəlxalq musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri bağlı Türkiyədə keçirilən beynəlxalq konqres iştirakçısı.

1976 - “Gənc bəstəkarların yetişdirilməsi” simpoziumun işində, sovet və italıyan bəstəkarlarının ikitərəfli görüşündə iştirakı ilə bağlı İtaliyaya, - Pezaro şəhərinə səfəri.

1978 – Sosialist Əməyi Qəhrəmanı, Ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisət səfəri, “Çılğın qaskonlu” müziklinin ilk tamaşası (Moskva operetta teatrı).

1982 – Mayın 13-də Moskva şəhərində dünyasını dəyişib. Bakıda Fəxri Xiyabanda torpağa tapşırılıb.