Albomuma daxil edilmiş 17 mahnı məhz mənim üçün yazılmış mahnılardır. Azərbaycanda albomdan pul götürmək mümkün olmasa da, mən öz yaradıcılığım qarşısında hesabat verməli idim. Və bu məqsədlə albom çıxarmalı idim". Bu sözləri bu gün ilk albomunun təqdimat mərasimində müğənni Emil Bədəlov jurnalistlərə açıqlamasında bildirib.

ANS PRESS-in məlumatına görə, müğənni Emil Bədəlov ilk albomu ilə birlikdə həm də yeni klipini mediaya təqdim edib. Təqdimat mərasimində müğənninin həmkarları Səidə Sultan, Natavan Həbibi, Samira Allahverdi, Kərim Abbasov, Ramal İsrafilov, Elnur Məmmədov, Coşğun Viləş, Leyla Ramazanlı, Sevinc Musayeva, Sevda Yəhyayeva və digər şou-biznes nümayəndələri iştirak edirdi.

Emilin mediaya təqdim etdiyi albom "Bakı gecələri", klip isə "Dost olaq" adlanır. Maraqlı məqam budur ki, klip çəkilmiş mahnı albomda yer almayıb. Adətən müğənnilər yeni albomlarının tanıtımı məqsədilə albomdan seçilmiş bir mahnıya klip çəkdirirlər. Nədənsə Emil Bədəlov fərqli addım atıb.

Emin Bədəlov "Dost olaq" klipinə gənc instrumental ifaçı Alişanla birgə çəkilib. Klipi "Ultras production"da ərsəyə gəlib. Klipin rejissoru Azər Baxşəliyevdir.