Şirkətin baş hüquqşünası Bryus Syuell “Nokia”nın “Apple” şirkətinin ideyalarını oğurladığını söyləyib

Oktyabr ayında “Nokia” “Apple” şirkətini plagiatlıqda ittiham edərək məhkəməyə vermişdi. Şirkət iddia edirdi ki, rəqibi onun istehsalçısı olduğu “iPhone”u mənimsəyib. Oğurlanmış 10 yeni patent siyahısında simsiz telekommunikasiya xidmətləri və mühafizə sistemlərinə aid avadanlıqlar da var. “Nokia” şirkətinin rəhbərliyi rəqiblərinə görə, son 10 il ərzində 60 milyard dollar ziyana düşdüklərini bildirib.