Azərbaycanda mobil telefonla yalnız səsli deyil, qarşıdakı adamı canlı olaraq görərək də söhbət etmək olacaq.
Üçüncü nəsil texnologiya adlandırılan 3 G Azərbaycanda da tətbiq ediləcək. Mobil operatorlar Azərbaycana 3G texnologiyasının gətirmək niyyətindədir. Rabitə Nazirliyinə bu xidmətlərin göstərilməsinə lisenziya verilməsi ilə bağlı müraciət artıq edilib.
3G sistemlərində sürətlər artıq megabitlərlə ifadə edilir. Mobil internet sürətinin 72 qat arttır. Sürətdəki bu artım xüsusilə internetə daxilolma anlayışına yeni bir ölçü gətirir. Və nəticədə mobil telefonda fasiləsiz görüntülü ünsiyyəti mümkün olur.Elə internet qiymətlərinindəki ucuzlaşmanın da davamlı olacağı gözlənilir.
Buarada ən böyük neft-qaz şirkətlərini birləşdirən Xəzər İnteqrasiya İşgüzar Klubu neft-qaz portalı yaratdı. Portalın 5 ildən sonra neft qaz birjasına çevrilməsi hədəflənib. Hazırda isə portalda yalnız şirkətlərin əməkdaşlığı üçün şərait yaradılıb.