“Maksimum Gənc” olanlar “Azercell”dən qazanmaqda davam edir. “Azercell Telekom” MMC Gənc abonentləri üçün yeni kampaniyaya start verir. Artıq “Azercell”in gənc abonentlərini hər gün maksimum güzəştlər və maksimum sürprizlər gözləyir.

Bu proqram çərçivəsində Ali&Nino kitab mağazalarından istənilən bir kitab alan hər bir “Maksimum Gənc” abonenti 20 faiz güzəşt əldə edir. Həmçinin, Ali&Nino kitab kafelərində yemək yeyən “Maksimum Gənc”lər də 40 faizlik güzəşt qazanır.

Daha maraqlı bir təklif “Maksimum Gənc” abonentlərini “Alma Store” mağazalarında gözləyir. Bu şəbəkəyə daxil mağazalardan istənilən iPod alan hər bir “Maksimum Gənc” yenə də 20 faiz güzəşt əldə edir.

Bütün bunlardan əlavə, hər bir “Maksimum Gənc” abonenti yeni kampaniyaya görə 1 SMS-ə 2 Kontent qazanır. Yəni, kampaniya iştirakçıları bir kontentin qiymətinə özü və dostu üçün kontent əldə edə bilir. Bu güzəştdən faydalanmaq üçün “Maksimum Gənc” abonentləri [ saytına daxil olub istədikləri mp3 melodiya, oyun və ya şəkli seçməli və onun kodunu dostunun nömrəsi ilə birlikdə hər bir kontent üçün müəyyən olunan qısa nömrəyə göndərməlidirlər.

Sevindirici xəbərlərdən biri də budur ki, “Maksimum Gənc”lər bütün bu güzəştlərdən tək həftəarası yox, həm də həftəsonu günlərində yararlana bilərlər. Yeni güzəşt kampaniyası 13 oktyabr 2009 - 13 yanvar 2010 tarixləri arasında keçirilir.

“Azercell”in sürprizləri bununla da bitmir. Yeni güzəştlərlə yanaşı, “Maksimum Gənc”lər üçün qüvvədə olan kampaniyaların da vaxtı uzadılır. Belə ki, ABC/GRAND mağazalarında “Maksimum Gənc”lər bir CD-nin qiymətinə ikisini ala biləcəklər. Bu kampaniyanın müddəti də 2009-cu il dekabrın 31-nə qədər uzadılır. Bundan əlavə Azərbaycan kinoteatrında bir bilet alan “Maksimum Gənc” abonentləri ikincisini pulsuz ala bilərlər.

Kampaniyalardan faydalanmaq üçün “Maksimum Gənc” abonentləri “Maksimum Gənc” İD kodlarını təqdim etməlidirlər. Əgər abonent bu kodu unudubsa, onda 7777 qısa nömrəsinə “Maksimumgenc” sözünü yazıb göndərmək kifayətdir.

Bu cəlbedici kampaniyalarda iştirak edib güzəştlərdən yararlanmaq üçün Maksimum Gənc proqramının üzvü olmaq lazımdır. Bunun üçün də “Maksimumgenc” sözünü yazıb 7777 nömrəsinə göndərmək lazımdır. Bu zaman abonent “Maksimum Gənc” proqramına qoşlur və onun balansına avtomatik olaraq pulsuz 77 SMS və 77 MMS əlavə olunur.