Sony Ericsson Idou modeli haqqında ümumi məlumat

Sony Ericsson Idou - firmanın ilk 12 Mp-lik modelidir. Kamera ksenon qığılcımla, avtofokusla, mexaniki örtük və digər imkanlarla təchiz olunub.Böyük 3,5-düymlük sensorlu ekran 360x640 nöqtə ölçüsündə videoyaya baxmaq üçün əla şərait yaradır. Apparat Wi-Fi, 3G, GPS, akselerometer dəstəklidir. Bu smartfon (ОS Symbian) da Sony Ericsson Xperia X1 kimi kənar istehsalçı tərəfindən istehsal olunduğundan microSD dəstəklidir. Bu özü bir müsbət haldır. Qeyd etmək lazımdır ki, ümumiyyətlə rəsmi olaraq bu model ilk 12 MP-lik telefondur.