Qırmabadam

Düyü unu – 84 q, şəkər tozu - 675 q, fındıq ləpəsi – 285 q, yumurta ağı – 35 q, limon turşusu – 1 q, keşniş toxumu – 2q.

Şəkər tozu su ilə qaynadılır, limon turşusu əlavə edilib tərkibində 5-6 faiz su qalanadək bişirilir. Bişmiş karamel kütləsini çala-çala soyudur və istiliyi 50-60 0 C olduqda üzərinə yumurta ağı əlavə edilir və çalınma sür`ətləndirilir. Çalıntının hazır olması onun ağ rəngindən və soyuduqda sınmasından bilinir. Çalınmış kütləyə xırdalanmış fındıq ləpəsi və keşniş toxumu əlavə edilib qarışdırılır və 0,5 – 0,7 sm qalınlığında 15x8 sm ölçüdə formalanır. Üzərinə qovrulmuş düyü unu səpilir.