2 sonuçtan 1 ile 2 arası

Ordubad Üsulu Maş şorbası

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502

    Ordubad Üsulu Maş şorbası

    Ordubad Üsulu Maş şorbası

    Maş Şorbası Ordubad rayonunun ən məşhur yeməkərindəndir.Ordubadda doğulub,böyümüş insanlar bu yeməyin dadını,ləzzətini çox gözəl bilir.
    Ordubadda quru maş lobyadan və təzə maşdan (yaşıl lobya) çox istifadə olunur. Yayda bu yeməklər təzə qoyun əti ilə bişirilir, qışda isə qovurma ilə. Qovurma öz yağında bişən qoyun ətidir. Qızardılmış qoyun əti elə oz yağındaca qazan və ya verdələrə yığılır və sərin yerdə saxlanılır. Qovurma həm sulu, həm quru yeməklərə əlavə olunur. Onun dadı qeyri-adidir, çox ləzzətli olur.



    4-6 porsiya üçün nəzərdə tutulub
    Ərzaqlar
    1 stəkan (230g) quru maş lobya, gecədən soyuq suya qoyulmuş
    2 xörək qaşığı (30ml) ərinmiş kərə yağı
    500g doğranmış sümüksüz qoyun və ya mal əti (sümüklü ətdən də istifadə edə bilərsiniz)
    1 ədəd doğranmış orta boy baş soğan
    2 xörək qaşığı tomat
    8 stəkan su
    zövqə görə duz
    zövqə görə istiot
    4 ədəd 2 və ya 4 yerə bölünmüş orta boy karfof
    4 quru gavalı
    1 xörək qaşığı quru nanə


    1. Maş lobyanı süzün və su doldurulmuş qazanda 15 dəqiqə ərzində qaynadın. Bu proses quru maşın tünd rənginin çıxması üçün edilir. Maşı süzün və yuyun. Kənara qoyun.
    2. Qazanda yağı qızdırın. Əti qazana əlavə edib yağda təxminən 15 dəqiqə qızardın. Arada qarışdırın.
    3. Soğanı da qazana əlavə edib 5 dəqiqə və yaxud soğan yumuşalana qədər bişirin.
    4. Tomatı əlavə edib 1 dəqiqə taxta qaşıqla qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot vurun. Süzdüyünüz maş lobyanı əlavə edib üstünə 8 stəkan su töküb, qaynadın.
    5. Qaynayanda, odun altını azaldın. Qazanın qapağını örtün. Şorbanı vam odda təxminən 1 saat 15 dəqiqə ərzində və yaxud ət və maş lobya bişənə qədər bişirin.
    6. Kartof, quru gavalı, və quru nanəni də əlavə edib, kartof bişənə qədər bişirin. Bu şorba nə çox sulu, nə də çox qatı olmalıdır.
    Nuş Olsun!

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Ordubad Üsulu Maş şorbası

    Ordubad
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.