2 sonuçtan 1 ile 2 arası

Duzlu məsləhətlər

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Duzlu məsləhətlər


    Duz həqiqətən sehrkar gücə mailkdir. Ondan yalnız ərzaq məhsulu kimi istifadə etməklə kifayətlənən adamlar çox şey itirirlər. Duzdan daha hansı məqsədlərdə istifadə etmək olar?

    Duz əlləri, üzün dərisini ağardır, şişkinliyin qarşısını alır. Odur ki, bir stəkan suya bir çay qaşığı duz töküb əskini isladaraq üzünüzə, boyun – boğazınıza sərin. 20 dəqiqədən sora üzünüzü su ilə yuyub qurulayın.
    *
    Damağın bərkiyib möhkəmlənməsi üçün həftədə bir dəfə duzlu su ilə (bir stəkan suya bir çay qaşığı duz) ağzınızı yaxalayıb qarqara edin.
    *
    Çörək saxladığınız qabın dibinə azca duz töksəniz çörək kiflənməz.
    *
    Ilin isti aylarında yağ qabını duzlu suda isladılmış əskiyə büküb saxlayın. Belə etsəniz yağ əriməz, təzə qalar.
    *
    Balıq təmizləyəndən, yaxud soğan soyandan sonra əllərinizi duzlu su ilə yuyun. Belə etsəniz xoşagəlməz qoxu təmamilə çəkilib yox olar.
    *
    Sürüşməsin deyə balığı təmizləyərkən üstünə duz səpin.
    *
    Piroq bişirərkən tavanı duz səpilmiş başqa tavanın içərisinə qoyun. Belə etsəniz piroqun dibi yapışıb yanmaz.
    *
    Xəmir mayasını uzun müddət narın duzun içərisində təzə və yumşaq saxlmaq olar.
    *
    Süd yanmışsa, tez onu başqa qaba boşaldıb üstünə bir çimdik duz ataraq ləyənə qoyun. Belə etsəniz südün xoşagəlməz tamı təmamilə çəkilər.
    *
    Bişirmək üçün qabaqcadan soyub doğradığınız alma qalıb qaralmasın deyə onu azca duz tökülmüş suda saxlayın.
    *
    Qəhvə dəmləyərkən üstünə azca dənəvər duz tökün. Bu qayda ilə hazırlanmış qəhvə daha ətirli olur.
    *
    Əti əvvəlcə qalın kağıza, sonra da üstündən duzlu suda isladılmış qalın əskiyə büküb saxlasanız uzun müddət təzə qalar.
    *
    Şaxtalı günlərdə buz bağlamış pəncərə şüşələrini çoxlu duz qatılmış su ilə yuyun. Buz dərhal əriyəcək. Şüşələri əvvəlcə duzlu su, sonra da soyuq su ilə yuduqdan sonra təmiz quru əski ilə silib təmizləyin.
    *
    Mətbəxdəki pilətəyə düşmüş yağ ləkəsini təmizləmək üçün ləkənin üstünə duz səpib qəzet parçası ilə möhkəm silmək məsləhət görülür.
    *
    Xörək qaynayıb daşaraq pilətənin üstünə dağılmşsa, həmin yanıb qaralmış yerə duz səpin. Beləliklə də tüstünün və xoşagəlməz qoxunun qarşısını almış olarsınız.
    [

  2. #2
    Member
    Üyelik tarihi
    Sep 2009
    Mesajlar
    92

    Re: Duzlu məsləhətlər

    Baştan yaşama şansım olsaydı eğer; kusursuz olmaya çalışmaz rahat bırakırdım yüreğimi korkmazdım çok riske girip sana aşık olmaktan..

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.